Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüqar Soruşur Yazılma Tarixi:13.11.2018 08:42:01

Salam.Menim oglumun 18 yashi yanvar ayinin 30 tamam olur.Xaish edirem bildiresinizki,o hansi ayin gönderishinde herbi xidmete getmelidir yanvar yoxsa aprel?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər. Lakin həmin çağırış ayı üçün verilmiş tapşırıq yerinə yetirilərsə, bu çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə göndərilirlər.
Təranə Soruşur Yazılma Tarixi:12.11.2018 17:58:52

Salam. Mən 16.08.2018-ci il tarixdə Yevlax şəhərində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olmuşam. Mənə imtahana çağırılacağımı dedilər. Lakin bu günədək mənə bir məlumat verilməyib. Xahiş edirəm mənə imtahanın nə vaxt keçiriləcəyi barədə məlumat verəsiz. Əvvəlcədən təşəkkür edirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən 16.08.2018-ci il tarixdə Yevlax rayon şöbəsində keçirilmiş vətəndaşların qəbulu zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə yenidən işə qəbul olunmağınıza köməklik göstərilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağıniz məqsədəuyğun hesab edilməmişdir.
Vüqar Soruşur Yazılma Tarixi:12.11.2018 12:06:46

Salam.Menim oglumun 18 yashi yanvar ayinin 30 tamam olur.Men oyrenmek isterdimki o hansi ayin gonderishine dushur.Yanvar yoxsa Aprel?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər. Lakin həmin çağırış ayı üçün verilmiş tapşırıq yerinə yetirilərsə, bu çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə göndərilirlər.
Tural Soruşur Yazılma Tarixi:09.11.2018 22:58:10

Salam. Yazıb Size bildirirəm ki,ehtiyatda olan zabitəm. Sizin Xidmətdə isə qəbul olunmama yardımçı olmanızı Xahiş edirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar həftənin tək günləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrinə, eləcə də fiziki hazırlıq göstəricilərinə (qəbul olunmuş normativlərə) uyğun olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Nicat Soruşur Yazılma Tarixi:09.11.2018 00:14:38

Salam. Mən Bakıda hərbi-həkim komissiyasından müayinədən keçmişəm. Zəhmət olmasa nəticəni deyə bilərsiz? Təvəllüd 1996. Gəncə şəhəri kəpəz rayonu.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və şəhadətləndirilmə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Bildiririk ki, müalicə üçün verilmiş möhlət hüququ bitdikdə, Siz, qeydiyyatda olduğunuz Xidmətin Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul ediləcəkdir.
Kamran Soruşur Yazılma Tarixi:08.11.2018 20:54:55

Mən sizə sual ünvanlamisdim ama cavablamadız?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə 23.11.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yalnız müddətli həqiqi hərbi xidmətdə olan və axtarışda olan vətəndaşlara dövlət sərhədini keçməyə məhdudiyyət qoyulur.
Kənan Soruşur Yazılma Tarixi:06.11.2018 14:25:49

Salam Mən Oktyabr ayında əsgərliyə getməliydim amma məni voenkamatdan geciktirdilər.Məni Samx rayonu xəstəxanasına,Gəncə Diaqnostiq xəstəxanasına və sonra isə Bakı Respublikanski xəstəxanasına göndərdilər.Heçbir problem olmaqığı təqdirdə yollamadılar.Mənə dedilər ki Sən Yanvar ayına qaldın.Xahiş edirəm bu haqda fikir bildirin.

Müraciətinizlə əlaqədar araşdırma aparılmış və məlum olmuşdur ki, Siz 2018-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Samux rayon bölməsində tibbi şəhadətləndirilmiş və “İkitərəfli yastıpəncəlik” diaqnozu ilə Gəncə şəhər A.Səhhət adına Xəstəxanaya, “Açıq dişləm” diaqnozu ilə isə Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Respublika Klinik Xəstəxanasında müayinə olunmağınız barədə akt Xidmətin Samux rayon bölməsinə 06.11.2018-ci il tarixdə daxil olduğuna görə Sizin 2018-ci ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz mümkün olmamışdır. Bildiririk ki, Sizin 2019-cu ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur.
Tural Soruşur Yazılma Tarixi:05.11.2018 23:29:38

salam men oktyabr ayinde herbi xidmete gedmeliydim lakin urekden mene 5 sayli xestexanaya gonderis verdiler xestexanaan geddim kecdim lakin cavabi sehf gonderdiler ozum ayrica geddim merkezi neftciler xestexanasindan urekden kecdim hec bir problem cxmadi ama men ozum herbi xidmete gedmek isteyirem men saglam ola ola 5 sayli xestexana mene qusur yazib yeniden 5 sayliya gonderis yazdilar mene ama men o xestexanaya inanmiram

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Xidmətin Səbail rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən 05.11.2018-ci il tarixdə aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinədən sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ı əsasında Xidmətin Səbail rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:03.11.2018 15:24:56

Salam. Mən sizə sual ünvanlamışdım. Təvəllüd və qeydiyyatda olduğum komissarlığı dediniz qeyd edim. 15.01.1995 təvəllüdlü Binəqədi komissarlığı. Xatırladım ki iyul ayının çağırışçısı idim. Lakin ilkin müayinə zamanı məni Zərifə Əliyeva göz instutuna göndərdilər.və barəmdə nə qərar çıxardılarsa iyul çağırışçıları siyahısında adım olmadı. Oktyabr ayında komissarlıq məni hərbi hospitala göndərdi ordada müayinədən keçdim. Və mənə müayinəmin nəticəsi barədə məlumat vermədilər. Mən müayinəmin nəticəsini bilmək istəyirəm. Komisarlıqdanda xəbər ala bilmirəm.

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. 
Kamran Soruşur Yazılma Tarixi:03.11.2018 00:13:41

Mən Aslanov Kamran Abdulla oğlu Tovuz ray komissarlığının göndərişi ilə Travmatologiya inistituna göndərildim .12.09.18 tarixində bilmək istəyirəm aktımın cavabını və möhlətdə olduğum vaxtda xarici ölkəyə səyahət edə bilərəmmi.?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə 23.11.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yalnız müddətli həqiqi hərbi xidmətdə olan və axtarışda olan vətəndaşlara dövlət sərhədini keçməyə məhdudiyyət qoyulur.
Cədvəldə sətir sayı :14891