Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüsalə Soruşur Yazılma Tarixi:29.11.2018 19:24:14

Sualımızı cavablandırdığınıza görə Təşəkkür edirik..Siz qeyd etmisiniz ki, Xəstəliklər Cədvəlinin 1 qrafasının tələblərinə əsasən 6 ay müddətinə Hərbi xidmətə yararsızdır.- Məlumdur ki,qeyd etdiyiniz Xəstəliklər Cədvəlində hər bir xəstəliyin Maddəsi var və hər bir maddənin də bəndləri var.Bizdə bilmək istəyirik ki,Hüseynov Həsənə, Xəstəliklər Cədvəlinin hansı maddəsinin hansı bəndi ilə və nəhayyət hansı xəstəliyə əsasən 6 ay möhlət hüququ verilibdir?Əvvəlcədən təşəkkür edirik.

Müayinə nəticəsində təyin olunmuş “OU-sadə miopik astiqmatizm, oxlarla Emm və M 1.0 D (bir). Daxili müştərək çəplik. Bel fəqərələrinin osteoxondrozu. L3-L4, L4-L5 fəqərəarası diskin yırtığları, L4 fəqərəsinin retrolistezi. Vegetativ damar distoniyası. Burun çəpərinin subkompensator əyriliyi” diaqnoza müvafiq, 1993-cü il təvəllüdlü Hüseynov Həsən Qurbanəli oğlu Ucar rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 24 “ç”, 34 “ç” maddələrinin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir.
Hicran Soruşur Yazılma Tarixi:29.11.2018 14:30:26

Salam mənim qardaşım Heydər Əliyev Türkiyədə təhsil alır . Bu il bitirməli idi amma Kəsirləri olduğu üçün təhsili bir il uzanır . Oxumalı olduğu il üçün inistudan sənət göndərb. Belə olan halda komisarlıq onu gözləməlidimi ? Yoxsa təhsili dondurub gəlməlidi əsgərliyə?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcu olan vətəndaşlara müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Rafael Soruşur Yazılma Tarixi:28.11.2018 18:54:52

Salam hərvaxtınız xeyr. Mən 2018 iyul çağırışcısıyam. Yoxlanış zamanı sol böyrəyimdə 2-3 cü dərəcəli Hidronefroz çıxmışdı. Əməliyyat olduqdan sonra yenə yoxlanışa getdim. Bu dəfə 1ci dərəcəli olduğu deyildi. Ancaq uzi həkimi isə dedi ki ağır qaldırmaq, qaçmaq olmaz yəni yararsızsan. İndi mən bilmək istəyirəm ki mən yararlıyam yoxsa yararsızam? Cavabınız üçün əvvəlcədən minnətdaram.

Məlum olmuşdur ki, Siz 2019-cu ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Mahir Soruşur Yazılma Tarixi:28.11.2018 15:31:44

Salam.men 2018 ci il iyul cagiriscisi idim ama herbi xidmete aparmadilar. yasti pence diaqnozu aldim. bilmek isteyirem men herbi xidmete yararliyam ya yox?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.




Təranə Soruşur Yazılma Tarixi:28.11.2018 15:10:49

Mən 16.08.2018-ci il tarixdə Yevlax şəhərində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olanda mənə yenidən bir şans verəcəyini dedi və mənim adımı imtahana yazdılar. Zəruri sənətləri hazırlayıb Xidmətin Tərtər rayon şöbəsinə hazırlayıb verməyimi dedilər. Məlumat verdilərki sentyabrın 20-sindən sonra imtahana çağırılacağsan. Sənətlərimi qısa müddət ərzində hazırlayıb Xidmətin Tərtər rayon şöbəsinə təqdim etdim. 3 aydan sonra nə oldudaki mənim işə qəbul olunmağım məqsədəuyğun hesab edilmədi? Həmdə imtahana çağırılmadan. Mən 3 aydır gözləyirəm mənə heç bir məlumat verilməyib bu günədək. Əgər portal vasitəsilə müraciət etməsəydim bu günədək bu haqqda bir məlumat bilməyəcəydim. Xahiş edirəm hansı səbəbə işə qəbul olunmağım məqsədəuyğun hesab edilməyib onu məlumat verəsiz. Səbəbin bilmək istəyirəm sadəcə.

Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız məktuba baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Siz 11.12.2014-cü il tarixli ərizənizə əsasən öz xahişinizlə işdən azad edilmisiniz. Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağıniz məqsədəuyğun hesab edilməmişdir.
Hicran Soruşur Yazılma Tarixi:28.11.2018 11:41:50

Salam mənim qardaşım Türküyədə təhsil alır Təhsil müddəti 4 ildir 1 ildə xarici dövlətdə oxuduğuna görə kurs Ümumi 5 il Kəsirlərini oxumağa görə əlavə 2 il müddət var Qardaşım kəsiri olduğuna görə qanini foormada 5 ildən əlavə 1 ildə qalmalıdı . Amma hərbi kamisarlıq deyir təhsilini dondursun gəlsin . İndi biz necə edək? Çox sağolun

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcu olan vətəndaşlara müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Orxan Soruşur Yazılma Tarixi:27.11.2018 20:23:04

Salam.Mən Məhərrəmov Orxan Sadiq oğlu 20.08.2000 ci ildəQax rayonunda anadan olmuşam. Bu ilin avqust ayında məni Qax rayon SHÇDX Bakı şəhərəni müayinə üçün yollayıb.hekim reyi barədə məlumat bu gunə kimi hələdə bizə deyilmıyib.oktyabr ayı çağırş vaxtı olduğu halda mənim çağrışçı olmamama səbəb həkim komiyissiyasının rəyi gəlməməyi deyilir.hələdə yanvar ayında çağırışçı olub olmamağı dəqiq bilinmədiyi deyilir.Xahiş edirəm bunun səbəbini izah edəsiniz?

Məlum olmuşdur ki, Siz 2018-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Qax rayon bölməsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Respublika Neyrocərrahlıq Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Qax rayon bölməsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Şahin Soruşur Yazılma Tarixi:27.11.2018 16:11:21

Salam men Dövlət Sərhəd Xidmetinin Nsayli Herbie hissesinden. Tetxris olmuşam Təxris olarkən Mənə xəsiyyətnaməbverilməyib özüm haqqında xəsiyyətnaməbverilməyib necə əldə edə bilərəm?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeyd etdiyiniz məsələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid deyil. Xidmət etdiyiniz qoşun növü üzrə müraciət etməyiniz tövsiyə olunur.
Rəhim Soruşur Yazılma Tarixi:27.11.2018 15:39:07

Salam. Az müddət əvvəl Sumqayıt ASAN-da yeni nəsil şəxsiyyət vəsiqəsini dəyişdirmişəm, ailə vəziyyətim və yaşayış ünvanım haqda olan məlumatlar da yenilənib. ASAN-nin hərbi qeydiyyat bölməsində hərbi biletimə əvvəlki qeydiyyatda olduğum rayondan qeydiyyatdan çıxarıb yeni qeydiyyatda olduğum Abşeron rayonuna qeydiyyatla bağlı möhür vurublar. Amma şəxsi kabinetdə hələ də köhnə məlumatlar yenilənməyib, məni köhnə ünvanımda göstərirlər. Bunu necə yeniləmək olar?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, elektron hökumət portalında (e-gov.az) yenilənmə aparıldıqdan sonra qeyd etdiyiniz məsələ ilə bağlı məlumatlar öz əksini tapacaq.
İlham Soruşur Yazılma Tarixi:27.11.2018 15:31:33

salam. mən 29.04.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuşam. 2012-2016-cı illərdə Milli Aviasiya Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə təhsil almışam və fərqlənmə diplomu ilə bitirmişəm. 2016-2017-ci illərdə 2001 saylı hərbi hissədə hərbi xidmətdə olmuşam. bundan başqa, 2018-ci il tarixdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunun Hərbi Hüquqşünaslıq ixtisasını bitirmişəm. Ədliyyə leytenantı rütbəsində xidmət edirəm. sualım ondan ibarətdir ki, SHXÇDX-də ixtisasıma uyğun olaraq zabit kimi xidmətə qəbul oluna bilərəmmi ?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ixtisasınıza uyğun vakant vəzifə olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891