Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
BİNNƏT Soruşur Yazılma Tarixi:14.09.2018 11:24:45

mən ehtiyatda olan zabitəm yəni leytenant.vayikomatda işləmək istəyirəm necə muraciət edim və hara edim

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
tofiq Soruşur Yazılma Tarixi:14.09.2018 03:19:48

Menim 17 yasim var ve herbi xidmete yararliyam yanvar ayinda 18 yasim tamam olur yeni yanvar ayinda xidmete cagirilacam 17 yasinda konullu gede bileremmi esgerliye yeni oktyabr ayinda

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə  çağırılırlar. Əlavə olaraq qeyd edirik ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Naidə Soruşur Yazılma Tarixi:13.09.2018 13:20:50

salam.burada hərbi və mülki şəkildə işləmək üçün secim var.hər ikisi haqqda izahlı məlumat istəyərdim.qadınlar rayonlara göndərilirmi?boy və yaş nəzərə alınırmı?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə (işə) qəbula bağlı qadınlar üçün nəzərdə tutulmuş vakant vəzifələr mövcud deyil.
Sənan Soruşur Yazılma Tarixi:13.09.2018 00:33:43

Salam Mən 30.09.2000 ci ildə olmuşam mənə çağırış vərəqəsi nə vaxt gələcək ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Saməddin Soruşur Yazılma Tarixi:12.09.2018 17:29:02

Salam.Mən işə qəbul üçün şəxsi kabinet yaratmışam,ancaq senedlerin yüklənməsində çətinlik var.Bilmək istərdim ki,ərizəni,anketi,tərcümeyi hal və sənədləri elektron poçt ünvana göndərə bilərəm?Xahiş edirəm məlumat verəsiz.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla və ya poçt vasitəsilə, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar (rəsmi ərizə ilə) müraciət edə bilərsiniz. Ərizəyə əlavə olunan İlkin sənədlər: - tərcümeyi-hal; - şəxsiyyət vəsiqəsinin sürəti; - diplomun sürəti (təhsil haqqında sənəd); - hərbi biletin sürəti. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Bəhruz Soruşur Yazılma Tarixi:12.09.2018 17:06:35

Salam, Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 44-cü maddəsində ehtiyatda olmağın son yaş hədləri və dərəcələri müəyyən edilmişdir. Əsgərlər heyəti üzrə birinci dərəcə 35 yaş qrupuna kimlərin aid olması barədə sualı cavablandırmağınızı xahiş edirəm.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeyd etdiyiniz kimi Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunun 44-cü maddəsində son yaş hədləri və dərəcələri müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilər (ehtiyatda olan bütün əsgər, matros, çavuş, gizir və miçmanlar nəzərdə tutulur) yaşa görə üç dərəcəyə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar:  
Hərbi vəzifəlilərin ehtiyatda olmanın son yaş hədləri birinci dərəcə - 35 yaşadək, ikinci dərəcə - 36 yaşdan–45 yaşadək, üçüncü dərəcə - 46 yaşdan – 50 yaşadək.
Ramil Soruşur Yazılma Tarixi:12.09.2018 13:18:54

Salam, mən oktyabr çağırışçısıyam və bilmək istəyirdim ki, əgər çağırışçının hərbi xidmətə yararlı olması oktyabr ayının 15-dən sonra komissarlığa bəlli olarsa, onun həmin ayın sonuna kimi hər xidmətə getmək şansı varmı? Çünki komissarlıqdan verilən məlumata görə axırıncı siyahı 15-i gedir. Bu zamandək kimin şəxsi işi SHÇDX-a göndərilməzsə, o, yararlı olsa belə növbəti çağırışa qalır. Digər tərəfdən müvafiq səhiyyə müəssisələri də lazımi informasiyanı gec göndərirlər komissarlıqlara.

Bildiririk ki, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir. 
Mehti Soruşur Yazılma Tarixi:11.09.2018 15:58:00

Salam USM yoxlanisi neticesinde od kisesinde 6,2mm polip askarlandi men bilmek isderdim polip diyaqnozu qoyulan herbi xidmete gede biler zehmet olmasa cavabladirardiniz

Çağırışçıların “Xoşxassəli yenitörəmələr (0,5 sm və daha iri): funksiyaların mülayim və ya cüzi dərəcədə pozulması ilə” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.  
Şamo Soruşur Yazılma Tarixi:08.09.2018 23:47:27

Men bundan evvel eyni problemle bagli size sual unvalamisdim yeniden qeydiyyatdan kece bilmirem xais edirem komeyliyinizi gosteresiniz

Yenidən yoxlayın. Qeydiyyatınız silinmişdir. 
Elyana Soruşur Yazılma Tarixi:07.09.2018 21:18:04

Salam Cenab General. Bir ana kimi yazib sizden xahis edirem ki oglum 12.03.2000-ci il təvəllüdlü Esgerov Ferit Elvin oglu Mingecevir seher Herbi Komisarliginda qeydiyyatdadir. Oktyabr cagirisinda Herbi Xidmete yollanacaq. Yazib sizden cox cox xahis ediremki tek ovlad olduguna, atasiz olduguna ve xeste oldugum ucun onu munasib bir yere teyin edesiz ki, yanina gedib gele bilim. Əvvelcecden oz tesekkurumu bildirirem. Xahis edirem menim isteyimi nezere alasiz cunki, size umidvaram.

Bildiririk ki, Əsgərov Fərid Elvin oğlunun sağlamlıq, ailə vəziyyətinə görə və digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmadığına görə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təyin edilib.
Cədvəldə sətir sayı :14891