Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ruslan Soruşur Yazılma Tarixi:29.08.2018 20:47:10

salam mən işə qəbul üçün elektron müraciət edərək qeydiyyatdan keçmişəm lakin müraciətimi təsdiqləmək üçün göstərdiyim email poçt ünvanımın kodunu yaddan çıxarmışam onun üçün müraciətimi təsdiqləmək üçün təsdiq kodunu yaza bilmirəm. Müraciətimi təsdiqləmək üçün təsdiq kodunu mobil nömrəmə (055 956-62-66) gönndərəsiz bəya qeydiyyatımı təsdiq etmək üçün mənə köməklik göstərməyinizi xahiş edirəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin portalına müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizə əsasən istifadə edə bilmədiyiniz üçün portalda qeydiyyatınız ləğv edilmişdir. Yenidən qeydiyyatdan keçə bilərsiniz. 
Akim Soruşur Yazılma Tarixi:29.08.2018 17:55:47

Salam men ehtiyyatda olan zabitem.seferberlik ve herbi xidmete cagiris uzre dovlet xidmetinde zabit kimi islemek isteyirem.xidmet reisi adina erize yazmisam.hele cevabi gelmiyibdir.xais eleyirem ki bu ise bakasız

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə  qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Ruslan Soruşur Yazılma Tarixi:28.08.2018 20:26:24

salam mən işə qəbul üçün elektron müraciət etmişəm ancaq göstərdiyim o email adresin parolu yadımdan çıxıb itirmişəm deyə müraciəti təsdiqləmək üçün təsdiq edici kodu götürüb müraciətimi təsdiqləyə bilmirəm zəhmət olmasa mənim müraciətimi təsdiqləmək üçün təsdiq edici kodu mobil nömrəmə göndərərdiz 0559566266

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin portalına müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizə əsasən istifadə edə bilmədiyiniz üçün portalda qeydiyyatınız ləğv edilmişdir. Yenidən qeydiyyatdan keçə bilərsiniz. 
Şərqiyə Soruşur Yazılma Tarixi:28.08.2018 16:35:35

Salam men sizin saytda 2 hefte evve ise qebul ile elaqedar qeydiyytdan kecerken email sehv yazdim ve qeydiyyat tamamlandi.ancaq yazdigim email movcud deyil.meni indi nece qeydiyyatdan kece bilerem?cunki kecmek isteyirem alinmir.yazirki siz artiq qeydiyytdan kecmisiz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin portalına müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizə əsasən istifadə edə bilmədiyiniz üçün portalda qeydiyyatınız ləğv edilmişdir. Yenidən qeydiyyatdan keçə bilərsiniz. 
Röyal Soruşur Yazılma Tarixi:27.08.2018 13:23:53

Salam.Əliyev Royal Qələndər oglu 1997 il tevelludlu.Size muraciet etmisdim. Gence Kepez rayonunda qeydiyyatdayam.Xesteliyimle elaqedar mene mohlet huququ verilmir. Ancaq oktyabr ayini gozle deyirler. Bir daha deyirem menim aile usagim Turkiyede tek tenha qaliblar. Mene xidmet terfedinden STOP qoyulub. Cox xais edirem bu hefte erzinde menim stopum goturulsun ..niye meni 3 ildir get gele salirlar? ARTIQ INTIHAR HEDDINDEYEM..ETMEYIN BELE XAIS EDIREM. Az surundurun meni 2- 3 gun erzinde stop goturulmese menim artiq cixis yolum qalmir. niye 3 ildir meni ne herbi xidmete yola salirlar nede ki mohlet huququ vermirler? Gencede gondermedikleri xestexana qalmayib . Hamisindan da kecmisem. Xestelik akti da verilib . Yenede meni get gele salirlar. Cox xais edirem istisna hal olsa bele 2-3 gun erzinde qerar verilsin ve menim stopum goturulsun.

Bildiririk ki, Siz 04.03.2014-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsində ilkin hərbi qeydiyyata alınmış və rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafası ilə “Hərbi xidmətə yararlı” hesab edilmisiniz. Siz 2015-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Xidmətin Gəncə şəhəri Kəpəz rayon şöbəsində tibbi şəhadətləndirilmiş və 13.02.2015-ci il tarixdə Gəncə şəhəri Ruhi-Əsəb Dispanserinə əlavə müayinəyə göndərilmisiniz. Tibb müəssisəsində Sizə  “Ruhi xəstəliyi yoxdur” diaqnozu təyin olunsa da müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz mümkün olmamışdır. Bundan sonra sizin müddətli həqiqi hərbi xidmətə cəlb edilməyiniz istiqamətində Xidmətin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin əməkdaşları tərəfindən mütamadi axtarışlar aparılmış, lakin ölkə hüdudlarından kənarda olduğunuza görə çağırışa cəlb edilməniz mümkün olmamışdır.Buna görə də adınız 31.08.2016-cı il tarixdə “Sərhədkeçməyə məhdudiyyət siyahısına” daxil edilərək dövlət sərhədindən sərbəst hərəkətinizə məhdudiyyət qoyulmuşdur. Siz 06.08.2018-ci il tarixdə Xidmətin Kəpəz rayon şöbəsinə gəlmiş, hərbi-həkim komissiyası tərəfindən müayinə olunmuş və səhhətinizdən şikayət etdiyiniz üçün 06.08.2018-ci il tarixdə Gəncə şəhəri Kardioloji Xəstəxanasına və Gəncə şəhəri A.Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Gəncə şəhəri Kardioloji Xəstəxanasında Sizə “Mitral qapaqların ön tayının birinci dərəcəli prolapsı”, Gəncə şəhəri A.Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında isə “Sağ əlin ikinci barmağının açıcı kontrakturası, funksiyanın pozulması ilə” diaqnozu təyin olunmuşdur. Qeyd olunanlara əsasən 2018-ci ilin oktyabr çağırışı zamanı rayon çağırış komissiyası tərəfindən barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Cavid Soruşur Yazılma Tarixi:26.08.2018 21:56:51

Salam.Menim od kisemde daw var Bilmey isteyirdimki Bele problemi olani herbi xidmete aparirlar ?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: öd kisəsinin tək-tək daşları (4-8 mm) xəstəliyi olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Nurməhəmməd Soruşur Yazılma Tarixi:26.08.2018 14:44:26

Salam. Eskerliye gederken bedendeki doyme (tatu, tatuaj) silinmelidirmi ve ya tatu ile esker getmek olarmi?

Bildiririk ki, çağırışçılarda döymə (tatuaj) həqiqi hərbi xidmət keçməyə maneçilik törətmir.
İmran Soruşur Yazılma Tarixi:26.08.2018 01:20:11

Salam.Mənim 19 yaşım var hal-hazırda insitutda oxuyuram.mende bronxit xesteliyi var.bronxial-asma diaqnozu ile xestexanada mualice almisam 9 yaşımda. Hal hazirda bronxit xesteliyim var Herbi xidmete yararlı sayılıram ya yox?

Çağırışçılarda “Tənəffüs orqanlarının xəstəlikləri” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 52-ci maddəsinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Orxan Soruşur Yazılma Tarixi:25.08.2018 00:35:59

SALAM. Men Ehedov Orxan 1998 ci il yanvar 31 gunu anadan olmusam 2016 ci il aprel ayinda heqiqi herbi xidmete cagrilmisam bezi sebeblerden mualice aldigim ucun mene yarasiz herbi bilet verdiler ama indi mualicem tam bitib ve bu gun getdim xetai rayonu herbi komsarliga ki xususi gonderisle komisyadan kecim konullu olaraq yarali sayilaramsa herbi xidmetede gedim ya oktaybr ayi ucun ya yanvar ferq etmez mene bildirdiler ki 2019 aprelde gel. 23.02.2008 ci ilin 59 nomreli qerarina esasen mene 2016.ci.ilde yararsiz herbi bileti verdiler. Hal hazirda mualicelerim kutarib . Istiyirem heqiqi herbi xidmete gedim ailemde bu qerarla razidi. Xais edirem nezere alasiz. Vayonkamatdan mene dediler aprelde.gel men hal hazirda saglamam ve bilirem ki apreldende tez gede bilerem.xais edirem meni basa dusub ve menk qane eden bir cavab yazasiz artig derecede. Burda muraciet mektubuda yazmag istedim.alinmadi. nezere alardiz bu mektubumu zehmet olmasa artig derecede xais edirem. Elaqe nomrem. 0555987707

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.           Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə təqdim edildiyi halda mümkündür.
Röyal Soruşur Yazılma Tarixi:24.08.2018 13:48:17

Salam. Mən Gəncə şəhər Kəpəz rayonunda qeydiyyatdayam. 10 04 1997 il anadan olmuşam. 3 ildir mənə sag əlimin şəhadət barmagi işləmədiyi ucun Baki şəhəri travmatologiya institutuna gondəriş verirlər. Hər dəfədə gedirəm muayinədən kecirəm. Xəstəxanadan aktimi SHXCDX Kəpəz rayon şobəsinə gondəriblər bir necə dəfə. Lakin şobədən nə məni hərbi xidmətə yola salirlar nədə ki mənə mohlət haqqinda bir huquqi sənəd vermirlər. Get gələ salirlar. Bu azmiş kimi mənə sərhədi kecməyimə STOP qoyulub. Hal hazirda mən mualicəmlə və ailə vəziyyətimlə əlaqədar Turkiyə getməliyəm təcili. Atam 1 qrup Qarabag əlilidir. Mənim saglamligim imkan verirsə hər an Vətənimə xidmət etməyə haziram. Hal hazirda azyaşli ovladim və ailəm Turkiyədə tək tənha qaliblar. Kəpəz rayon şobəsinin əməkdaşlarinin səhlənkarligi nəticəsində mən onlari Azərbaycana gətirə bilmirəm. Cunki mənim cixişima STOP qoyulub. Sual yaranir əgər mən saglamamsa məni niyə hərbi xidmətə yola salmirlar 3 ildir ? Və ya yararsizamsa niyə mənə stop qoyulur və mənim haqqimda muvafiq qərar verilmir yanədə 3 ildir ? Cox xaiş edirəm təcili mənim məsələmə baxilsin. Əks halda mənim ailəmin başina bir iş gəlsə bunun məsuliyyəti SHXCDX uzərində olacax . Bir daha qeyd edirəm ki atam 1 qrup Qarabag əlilidir .Qabaqcadan təşəkkur edirəm.

Bildiririk ki, Siz 04.03.2014-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsində ilkin hərbi qeydiyyata alınmış və rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafası ilə “Hərbi xidmətə yararlı” hesab edilmisiniz. Siz 2015-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Xidmətin Gəncə şəhəri Kəpəz rayon şöbəsində tibbi şəhadətləndirilmiş və 13.02.2015-ci il tarixdə Gəncə şəhəri Ruhi-Əsəb Dispanserinə əlavə müayinəyə göndərilmisiniz. Tibb müəssisəsində Sizə  “Ruhi xəstəliyi yoxdur” diaqnozu təyin olunsa da müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz mümkün olmamışdır. Bundan sonra sizin müddətli həqiqi hərbi xidmətə cəlb edilməyiniz istiqamətində Xidmətin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin əməkdaşları tərəfindən mütamadi axtarışlar aparılmış, lakin ölkə hüdudlarından kənarda olduğunuza görə çağırışa cəlb edilməniz mümkün olmamışdır.Buna görə də adınız 31.08.2016-cı il tarixdə “Sərhədkeçməyə məhdudiyyət siyahısına” daxil edilərək dövlət sərhədindən sərbəst hərəkətinizə məhdudiyyət qoyulmuşdur. Siz 06.08.2018-ci il tarixdə Xidmətin Kəpəz rayon şöbəsinə gəlmiş, hərbi-həkim komissiyası tərəfindən müayinə olunmuş və səhhətinizdən şikayət etdiyiniz üçün 06.08.2018-ci il tarixdə Gəncə şəhəri Kardioloji Xəstəxanasına və Gəncə şəhəri A.Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Gəncə şəhəri Kardioloji Xəstəxanasında Sizə “Mitral qapaqların ön tayının birinci dərəcəli prolapsı”, Gəncə şəhəri A.Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında isə “Sağ əlin ikinci barmağının açıcı kontrakturası, funksiyanın pozulması ilə” diaqnozu təyin olunmuşdur. Qeyd olunanlara əsasən 2018-ci ilin oktyabr çağırışı zamanı rayon çağırış komissiyası tərəfindən barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14891