Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xalid Soruşur Yazılma Tarixi:09.08.2018 10:24:13

Salam, Mən H.Əliyev adına Ali Hərbi Məktəb məzunuyam, xidmət dövründə zədələndiyim üçün ehtiyata buraxılmışam, 1-ci qrup əliləm, ikinci Ali Təhsilim üzrə hüquqşünas işləyirəm, SUALIM budur ki, Mən mülki işçi kimi Səfərbərlik Xidmətində işləyə bilərəmmi ?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarına əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Yuxarıda sadalananları nəzərə alaraq qeyd edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müddətli həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə və ixtisasına uyğun vakant vəzifələrə işə qəbul olunur.
Şəmistan Soruşur Yazılma Tarixi:09.08.2018 07:42:13

Salam andiçmənin vaxdını öyrənmək isderdim

Hərbi andiçmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə müəyyən edilmiş qaydada həyata keçirildiyi üçün adiyyəti üzrə qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Turqay Soruşur Yazılma Tarixi:08.08.2018 17:17:48

Salam Mən sizin orqanda işə qəbulla bağlı müraciət etmək istəyirəm. Özüm ehtiyyatda olan hərbi leytenantiyam.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə  qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Şərqiyə Soruşur Yazılma Tarixi:08.08.2018 10:08:52

Salam. Men işə qəbul ilə əlaqədar sənədlərimi vermək istəyirəm. Sənədlər elekton formada göndərildikdən nə qədər sonra cavab gəlir ?sənədlərə baxıldıqdan sonra eləcə birdəfəlik imtahana cağırılır yoxsa imtahan gec olur? Mən elə bilirəm əvvəl sənədlər qəbul olunur sonra imtahana hazırlaşmaq lazımdı ?zəhmət olmasa cavablandırardız.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz haqqında ətraflı məlumat təqdim etdikdən sonra barənizdə müvafiq qərar qəbul oluna bilər. Nəzərinizə çatdırırıq ki, işə qəbulla bağlı müraciət edən vətəndaşların test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. İşə qəbulla bağlı müraciət etmiş vətəndaşlar Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir.  
izzət Soruşur Yazılma Tarixi:07.08.2018 19:39:51

Salam, menim oktyabrin ayinin 9-u 18 yasim tamam olur, ve men bilmek isteyiremki herbiye cagiris vereqesi mene hansi ay ve ayin necesi gonderilecekdir,ve men Heqiqi Herbi Xidmete ne vaxt yollanacam???

Bildiririk ki, 09.10.2018-ci il tarixdə 18 yaşınız tamam olduğu üçün 2018-ci ilin oktyabr çağırışına cəlb olunaraq tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər.
Xəqani Soruşur Yazılma Tarixi:07.08.2018 16:59:53

Salam men 3 defe 6 ay mohlet almiwam ve inde kosbitala deyiler gedmeliyem kosbitalda gedenden sonra ne olacaq

Məlum olmuşdur ki, Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:07.08.2018 14:48:21

Hiss dəstəsinin sağ ayağcığının tam blokadası diaqnozu , hansı kateqoriya , maddə və bəndlə , xidmət keçməyə maneçilik törədir? Ətraflı məlumat versəniz sevinərəm.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42 “c” maddəsinin I qrafasına əsasən: “Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası” diaqnozu təyin edilən çağırışçılar “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlıdır” hesab edilirlər.
Rəfail Soruşur Yazılma Tarixi:06.08.2018 08:38:41

Salam, mən Rəfail Şərifov Məhəmməd (1997), 08.06.2018 tarixdə Bakakən hərbi komissiyasının göndərişi ilə, Baki şəhərində travmatologiya və ortopediya inistutunda hərbi yoxlamadan keçmişəm. Və ondan sonra bu günə kimi mənə yerli çağırış məntəqəsindən heç bir məlumat verilməyib. Əvvəlki ay bu haqda çağırış məntəqəsindən soruşduğumda mənə, hələ yoxlama nəticələrinin onlara çatmadığı söylənildi. Bilmək istərdim mənim haqqımda hansı qərar qəbul edilib və növbəti çağırışda mən hərbi xidmətə yola düşəcəm?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə 30.07.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır.
Babək Soruşur Yazılma Tarixi:05.08.2018 19:17:47

Salam, Mən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə işə qəbulla bağlı müraciyyət etmək isdəyirəm. Belə ki, müraciyyətin birinci mərhələsində sistem avtomatik olaraq isdifadəçi adı və parolu gösdərsə də mən portala girirş edə bilmirəm. Zəhmət olmasa bu barədə köməklik edərdiniz. İkinci sualım isə budur ki, mən bakalavırda GDU- da Təsviri İncəsənət müəllimliyi ixtisasını bitirərək bu quruma müraciyyət edə bilərəmmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Marif Soruşur Yazılma Tarixi:05.08.2018 18:13:28

Salam.19.07.2018 ci ildə keçirilmiş imtahanın nəticəsini öyrənmək istəyirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, 19.07.2018-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılması məqsədəuyğun hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891