Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Akim Soruşur Yazılma Tarixi:23.08.2018 12:39:22

salam.men size elektron erize ile muraciet etmisdim.amma muracietim cevabsiz qaldi.cagirmadilar

Salam. Nə zaman və hara müraciət etmisiniz?
Camal Soruşur Yazılma Tarixi:22.08.2018 23:26:47

Salam. Meni herbi xidmete hazirliq ucun yoxlanisa cagirdilar yoxlanis oldu dislerim eyridir deye aciq disler diaqnozu qoydular kagiz yazdilar bakidaki bir xeste xanaya getmemi dediler sualim budurki xestexana odenisli olacaq yoxsa vayenkamat hesabina gedirem ? Birde dislerim aciq oldugu ucun herbi xidmete getmeyimimde problem yaranar yeni saxladar meni vayenkamat dislerim biraz eydidir deye ?

Çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 54-61-ci maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Məlumat üçün bildiririk ki, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) tərəfindən göndərilən dövlət tibb müəssisələrində keçirilən müayinələr ödənişsizidr.
Nicat Soruşur Yazılma Tarixi:22.08.2018 22:59:58

Salam. Mən iyul ayında çağırışa çağırılmışdım. Lakin tibbi şəhadətləndirmədən sonra iyun ayının sonu adımın çağırışçıların sıyahısında yer almadığını gördüm. Bilmək istərdim ki, mən oktyabr ayında çağırışa cəlb olunacam? Və o müddətə qədər 1 həftəlik ölkəxaricinə səyahət edəcəm. Sərhəddən keçməyimə problem yaranacaq? Və bunun üçün nə etməliyəm?

Bildiririk ki, Sizin barənizdə yekun qərarın təsdiq edilməsi üçün Xidmətin Binəqədi rayon idarəsi tərəfindən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağınız nəzərdə tutulmuşdur.  Digər sualınızla əlaqədar bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Azər Soruşur Yazılma Tarixi:20.08.2018 19:09:58

Miyop goz derecesi minimum nece olduqda esgerlik ucun yararsiz olur? Bu haqda etrafli melumat verseniz sevinerem.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır.
Alp Soruşur Yazılma Tarixi:20.08.2018 14:58:59

Hər vaxtınız xeyir. Narahat etdiyimə görə öncədən üzr istəyirəm. Mən bu il tibbi yoxlanışlardan keçdim və bilet aldım. Biletdə xəstəliklər cədvəli 1ci qrafa 18b bəndinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız , müharibə dövrü üçün məhdud yararlı hesab edilmişdir qeyd edilib. Zəhmət olmasa mənə 18b bəndinin tam məğzini bildirə bilərsinizmi? Vaxtınızı ayırıb oxuduğunuza və cavab verəcəyinizə görə öncədən təşəkkürlər. Hörmətlə Alp Əliyev

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin “Ruhi pozuntular”ın 18-ci maddəsinin “b” bəndinə aşağıdakılar aiddir: -       affektiv tutmalar, reaktiv hallar, vegetativ reaksiyaların aydın təzahür edən əlamətləri ilə mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntuları; -       şəxsiyyətin psixopatiya, o cümlədin davamlı emosional-iradi və digər patoloji təzahürlər səviyyəsinə çatmayan tranzistor (parsial) pozuntuları; -       şəxsiyyətin infantil pozuntuları -       seksual identifikasiya və seksual üstünlük pozuntuları. Bu halda, seksual oriyentasiya özü-özlüyündə pozuntu kimi sayılmır. Konkret xarici zərərli amillərlə (infeksiyalar, intoksikasiyalar, travmalar və digər) əlaqədar yararnan psixopatobənzər hallar, həmçinin maraq pozuntuları olan şəxslər, «Xəstəliklər cədvəli»nin ruhi-əsəb pozuntularının müvafiq nozoloji formalarına uyğun şəhadətləndirilirlər. Şəxsiyyətin bütünlükdə patoloji xüsusiyyətlərindən irəli gəlməyən, qondarma, qəsdən yaradılan davranış və intizamsızlıq təzahürləri kimi hallar şəxsiyyət pozuntularının əlamətləri kimi qiymətləndirilə bilməz.
Elvin Soruşur Yazılma Tarixi:19.08.2018 19:34:50

Salam size sual vermisdim.Xahis edirem cavablandirarsizda

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyinizi tövsiyə edirik.  
TƏRLAN Soruşur Yazılma Tarixi:17.08.2018 02:09:01

Salam. Men im 02.08.2018 tarxinda 18 yasim tamam olub men bilmek isteyirem mene paviska hacan gelecek yoxlanisa hacan gedecem ozum bakida yasayiram amma gence vaykomatinda qeydiyatdayam zehmet olmasa bu hakda etrafli melumat vererdiz mene bilmek isteyirem meni yoxlanisa hacan cagracaqlar.???

Bildiririk ki, Siz ümumi əsaslarla 2018-ci ilin oktyabr çağırışına cəlb edilirsiniz. Öyrənilməniz və tibbi şəhadətləndirilərək barənizdə qanunamüvafiq qərar qəbul edilməsi üçün 27.08.2018-ci il tarixdə Xidmətin Kəlbəcər rayon bölməsinə gəlməyinizi  tövsiyə edirik.
Elvin Soruşur Yazılma Tarixi:16.08.2018 18:37:36

Salam.Ali tehsilliler esgerliye nikadr leytenant kimi getmek üçün hara müraciet etmelidirler? Birde nikadr leytenantlar 1il 9ay qulluq edir?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyinizi tövsiyə edirik.  
Sübhan Soruşur Yazılma Tarixi:16.08.2018 17:49:14

Salam mən Bakı Avrasiya Universitetinin filologiya(Azərbaycan dili və ədəbiyyatı)ixtisasını bitirmişəm həqiqi hərbi xidmətdə olmuşam.Cəlilabad rayon hərbi komisarlığında leytenant kimi işliyə bilərəm? Zəhmət olmasa müraciətimi dəyərləndirəsiniz

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Günay Soruşur Yazılma Tarixi:16.08.2018 11:28:03

Salam, bilmək istəyirəm oktyabr doğumlu şəxslər üçün çağırış hansı ayda olacaq?

Bildiririk ki, 2018-ci ilin oktyabr ayında 18 yaşı tamam olan çağırışçılar 2018-ci ilin oktyabr çağırışı zamanı ümumi əsaslarla çağırışa cəlb ediləcəklər.
Cədvəldə sətir sayı :14891