Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sücayət Soruşur Yazılma Tarixi:02.05.2018 15:30:04

Salam.Mənim 29 yaşım var mən Səfərbərlik xidmətində zabit kimi işləmək istəyirəm..Ali təhsili hüquqşunasam

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, istəyinizdən aslı olaraq müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra namizədliyinizə baxıla bilər.
Taleh Soruşur Yazılma Tarixi:01.05.2018 23:54:12

Salam. Menim belimde 10 derece skalyoz var. Esgerliye aparmalidilar,yoxsa mohlet vermelidiler mualice ucun ? Bele getsem eyilecey orda 12-13 olacag sonra niqodnu yazib gondereceyler. Zehmet olmasa cavab yazasiniz neynemeliyem ? Yo

I mərhələ gövdənin azacıq asimmetriyası, tinli çıxıntıları birləşdirən xəttin bir qədər əyilməsi, uzanmış vəziyyətdə əyriliyin düzəlməməsi, əyrilik qövsünün qabarıq tərəfində kiçik əzələ yastığının olması, fəqərələrin torsiyaya (fırlanmaya) meyilli olması və əyilmə bucağının 10 dərəcə və ondan kiçik olması ilə xarakterizə olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin “ç” bəndinin I qrafasına əsasən onurğanın I mərhələ skoliozu olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cəlil Soruşur Yazılma Tarixi:01.05.2018 10:39:47

salam 46 kilo ile esgerliye duwmek olur?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və (və ya) bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Kənan Soruşur Yazılma Tarixi:30.04.2018 23:55:20

salam.Mən universiteti bitirdikdən sonra əsgərliyi zabit kimi qulluq etmək istıyirəm.Nekadr leytinant deyirlər deyəsən.Bu barədə ətraflı və dəqiq məlumatı hardan ala bilərəm?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Almaz Soruşur Yazılma Tarixi:30.04.2018 20:24:16

Oğlum iyun ayında unveristeti qurtarır.Magistraturanın ilk imtahanından yüksək bal toplayıb.İnşallah ixtisasdan da keçərsə magistraturaya daxil olar.İyulun 05-də isə möhlət vaxtı qurtarır.Xahiş edirəm,magistrtura ilə əlaqədar nə vaxt və kimə müraciət etməliyik.

Müraciətinizlə əlaqədar bildiririk ki, ali təhsil müəssisəsinin magistratura  səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər.
Əfşan Soruşur Yazılma Tarixi:29.04.2018 09:31:29

Salam, mən işə qəbulla əlaqədar yazıram sizə. Anket bölməsində əmək fəaliyyəti bölməsini necə doldura bilərəm. Orta məktəbdə müəllimə işləyirəm bu haqda məlumatı ora əlavə edirəm lakin tam xananı doldurun məlumatı gəlir mənə. bunun üçün nə edə bilərəm, yəni hansı məlumatları ora yerləşdirməliyəm?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz haqqında ətraflı məlumat təqdim etdikdən sonra barənizdə müvafiq qərar qəbul oluna bilər. Nəzərinizə çatdırırıq ki, işə qəbulla bağlı müraciət edən vətəndaşların test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. İşə qəbulla bağlı müraciət etmiş vətəndaşlar Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir.
Emil Soruşur Yazılma Tarixi:28.04.2018 12:28:31

Salam, bilmək istərdim ki, xaricdə fəlsəfə doktoru adını aldığım halda mən hərbi xidmətdən azad olunuram mı? Yəni ehtiyyata keçirəm yoxsa bu qanun yalnız yerli təhsil orqanlarında fəlsəfə doktoru adını alanlar üçün şamil olunur?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 23.0.1-ci maddəsinə əsasən, dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar ehtiyata keçirilirlər. Yuxarıda qeyd olunanlara əsasən, elmi dərəcələrin Azərbaycan Respublikasının və ya xarici ölkələrin ali təhsil müəssisələrində alınması bərabər statusa malikdir.
VÜSAL Soruşur Yazılma Tarixi:27.04.2018 09:50:14

Salam.işə qəbul zamanı fiziki hazırlıqdan məqbul götürülür ?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar müraciət etmiş vətəndaşlardan fiziki hazırlıqdan məqbulların qəbul edilməsi nəzərdə tutulmamışdır.
Tural Soruşur Yazılma Tarixi:26.04.2018 04:32:11

Salam.Men herbi biletimi itirmisem artig bir nece ildir.ne tapib qaytaran olub nede men muraciyyet etmemisem her hansi orqana.artiq 36 yasim var yeniden almaq isteyirem.bunun ucun ne etmeliyem hara muraciyyet etmeliyem hansi senedler lazimdir yenisi ile evez olunmasi ucun.cox sag olun

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, hərbi bilet qəsdən korlandıqda və ya etinasız saxlanılması nəticəsində itirildikdə, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin struktur bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Əlavə edirik ki, mövcud qanunvericiliyə əsasən, hərbi vəzifəlilərə itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə yeni hərbi biletlər aşağıda göstərilən sənədlər əsasında verilir: 1. ərizə; 2. şəxsiyyət vəsiqəsi; 3. qeydiyyat-xidmət kartasının surəti; 4. inzibati xəta haqqında protokol, cərimənin ödənməsi haqqında qəbz və ya xəbərdarlıq edilməsi barədə qərar; 5. 3x4 ölçüdə 2 ədəd fotoşəkil; 6. DİN-nin müvafiq qurumlarından hərbi biletin itirilməsinə və tapılmamasına dair arayış.               Qeyd: İitirilmiş və ya korlanmış hərbi biletin əvəzinə yeni hərbi biletin verilməsi üçün Siz hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Samir Soruşur Yazılma Tarixi:25.04.2018 16:24:39

Salam men elektron poctdan qeydiyyatdan kecmiwem ama maili sehv yazmiwam ve daxil ola bilmirem eyer mumkunduse qeydiyatimi silin yenisini acim bawqa mailnende aca bilmirem cunki danrlar eyni olur.

Nə zaman və hansı emaillə qeydiyyatdan keçmisiniz?
Cədvəldə sətir sayı :14891