Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
FAMİL Soruşur Yazılma Tarixi:05.05.2018 18:28:55

Salam biLmek isderdimki iyul cagiriscilari ucun Tibbi muayine ne vaxt kecirilecek?

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2018-ci il tarixdə başa çatdırılır.
VÜSAL Soruşur Yazılma Tarixi:04.05.2018 17:15:07

Salam.xahiş edirəm cavablandırasınız.mənə işə qəbul ilə əlaqadar cavab məktubu gəlməlidi.bilmək istəyirəm mənim işə qəbulum üçün müsbət qərar qəbul edilib ya hox

Müraciətinizlə əlaqədar həftənin tək günləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Məlumat üçün bildiririk ki, test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Elməddin Soruşur Yazılma Tarixi:04.05.2018 11:43:39

Salam, bundan əvvək doktorantura imtahanlarında iştirak etmək üçün möhlətin necə alınması barədə yazmışdım. Cavabınızda bununla bağlı hər hansı sənədi təqdim etməyimi və bu barədə Təhsil Nazirliyinə müraciət etməyimi bildirdiz. Təhsil Nazirliyinə müraciət etdim oradan bildirdilər ki, bununla bağlı təhsil nazirliyi heç bir sənəd vermir, Səfərbərlik xidməti yalnış məlumat verib. Zəhmət olmasa deyərdiz bu nə dərəcədə düzgündür? Və mən bu hüququmdan necə etməliyəm?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə əsasən, doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 23.4-cü (doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarının müəyyən edilməsi üzrə) maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 nömrəli qərarının 1.8-ci bəndinə əsasən, doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyləri əsasında təsdiq edilir. Əlavə olaraq bildiririk ki, doktoranturaya qəbul qaydaları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid deyil. Nəzərə almağınız xahiş olunur.
VÜSAL Soruşur Yazılma Tarixi:04.05.2018 09:08:51

Mənim suallarıma cavab yazılmır

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar müraciət etmiş vətəndaşlardan fiziki hazırlıqdan məqbulların qəbul edilməsi nəzərdə tutulmamışdır.
Cəlil Soruşur Yazılma Tarixi:03.05.2018 20:21:39

boy 1.67 ceki 45 herbi xidmete gedecem ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Yaşar Soruşur Yazılma Tarixi:03.05.2018 19:05:09

Salam.Mən iyul ayinda universiteti bitirib hərbi xidmətə gedirəm.Mənə dedilərki ərizə yazib imtahan verib ( test,normativ) TTM -ə qəbul olsan, 3 ay təlim keçdikden sonra leytenant rütbəsi verirlər və 1 il 6-7 ay (ümumilikdə) xidmət çəkirsən.Bu barədə daha və tam ətraflı məlumat verə bilərsinizmi?

Müraciətinizdə qeyd etdiyiniz məsələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olmadığı üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (http://www.mod.gov.az) müraciət etməyiniz tövsiyə olunur. 
Malik Soruşur Yazılma Tarixi:03.05.2018 15:22:54

Salam, sərhəd qoşunları xidmətində bu il may ayının neçəsində hərbi andiçmə günu keciriləcək

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməyinizi tövsiyə edirik. 
Təbriz Soruşur Yazılma Tarixi:03.05.2018 11:02:18

Hepatit C qandan qana kecici xəstəlikdir və hərbi xidmət dövründə bawqa əsgərlərə təhlükə yaradir, bundan bawqa Xəstəliklər cədvəlində hərbi xidmətə yararsız kimi görsədilir. Nəyə görə şikayət bildirməyən vətəndaşlara qanda infeksiyaların və biokimyəvi analizlərin aparılması nəzərdə tutulmamışdır?

Mövcud qanunvericiliyə uyğun olaraq, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq, aşağıdakı müayinələr aparılır:
- döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgeenoloji) müayinəsi;
- qanın ümumi analizi (EÇS-nin, hemoqlabinin, leykositlərin təyini);
- sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal);
Şəhadətləndirilmə günündə isə - bədən çəkisi və boyu ölçülür.
Hərbi xidmətə çağırılanlara isə bundan əlavə, elektrokardioqrafiya müayinəsi keçirilir, planlı profilaktiki peyvəndlər aparılır. 
Səhhəti ilə əlaqədar şikayət bildirməyən vətəndaşlarla məcburi müayinələrin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. 
Nəzərinizə çatdırırıq ki, vətəndaş hərbi həkim komissiyasının onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin orqanın yuxarı hərbi həkim komissiyasına və ya məhkəməyə şikayət verə bilər. 
Azər Soruşur Yazılma Tarixi:03.05.2018 02:29:00

Salamu Aleykum xestelikler cedvelinin 1 qrafikasinin 51.b4 maddesi hansi xesleikdi ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 51-ci maddəsinin “b” bəndinə “Tənəffüs orqanlarının digər xəstəlikləri: funksiyaların mülayim dərəcədə pozulması ilə” aiddir.
Hikmət Soruşur Yazılma Tarixi:02.05.2018 17:11:32

Salam, bildiyimiz kimi ali təhsil ocaqlarında doktorantura giriş imtahanları hər universitetdə fərqli vaxtlarda baş tutur. Əsasən bu imtahanlar oktyabr - dekabr arası həyata keçirilir. Magistraturanı bitirmiş tələbə doktorantura imtahanına qədər olan müddətdə əskərliyə çağırıla bilərmi? tələbə doktoranturaya hazırlaşdığını müvafiq orqanlara necə bildirə bilər?

Bildiririk ki, ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarına sənəd qəbulu noyabr-dekabr aylarına təsadüf etdiyinə görə magistrantlara ali təhsil pilləsinin magistratura səviyyəsini bitirdikdən sonra ali təhsil pilləsinin doktorantura səviyyəsinə  qəbul imtahanlarının keçiriləcəyi müddətədək çağırışdan möhlət verilməsi məsələsi hal-hazırda mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.         Qeyd olunan məsələnin həlli ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə aidiyyəti üzrə müraciət edilmişdir.
Cədvəldə sətir sayı :14891