Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elmar Soruşur Yazılma Tarixi:14.02.2018 14:18:29

Salam.Sizə sualım var.Bilmək istəyirəm mürəkkəb astiqmatizm hərbiyə yararlıdır ?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
Qalib Soruşur Yazılma Tarixi:13.02.2018 16:08:59

Salam. Men magistir 2 ci kursda oxuyuram. dokturanturani qiyabi ya da dissertanturani oxumaq isteyirem mene mohlet huquq verilecekmi? Yoxsa qebul olsam bele esger getmieliyem?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.4-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Hüseyn Soruşur Yazılma Tarixi:13.02.2018 14:23:38

Salam. Mən hal-hazırda magistraturanın 1-ci kursunda təhsil alıram.Sualım bundan ibarətdir ki, mən növbəti ilin iyun ayında hərbi xidmətə çağırılıram və mən çox isdərdim ki mən öz hərbi xidmətimi ölkəmiz üçün maksimum səviyyədə yararlı xidmətlə başa vurum.Bunun üçün isə mən öz hərbi xidmətimi əgər mümkündürsə xüsusi bölmədə xidmətimi çəkmək isdərdim.Sualım bundan ibarətdir ki, mən öz hərbi xidmətimi necə xüsusi bölmədə çəkə bilərəm.Əgər bununla bağlı qanunvericilikdə müəyyən qaydalar vardısa bu barədə sualımı cavablandırardız. Yəni bunun üçün qanunlar çərçivəsində mən hara yaxınlaşa bilərəm?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
FƏRHAD Soruşur Yazılma Tarixi:12.02.2018 23:17:00

Salam.Mən bakalavr təhsilimi bitirdiyim il hərbi xidmətə çağırıldım və yoxlanışa getdim.Gözlərimin (mənfi) -4 olduğunu lakin buna baxmayaraq yararlı olduğumu vurğuladılar.Lakin,həmin il magistraturaya qəbul oldum və cənab Prezidentın sərəncamına əsasən,magistr təhsilimi bitirib daha sonra hərbi xidmətə getməyi seçdim.Lakin magistraturada oxuduğum bu 2 il ərzində gözlərim daha da zəifləyib.Günəş şüaları altında dayandığım zaman belə gözümlə əlaqədar olaraq başımda ağrılar meydana gəlir.İndi bilmək istəyirəm ki, mən gözlərimin belə zəif olmasına görə yararlıyam ya yox?Çünki,hərbi xidmətə çağırış məntəqələrində gözləriniz (mənfi)-6 da olsa yararlı yazırlar.Bu haqqda məlumat verməyinizi xahis edirəm.

Bildirilir ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
Şahin Soruşur Yazılma Tarixi:12.02.2018 18:48:26

Salam...2016cı ildə mən Magistratura pilləsinə qəbul olmuşam..Həmin ili qeydiyyat etdim və məlum hərbi hissəyə(Sərhəd Qoşunları) göndərilməsi üçün çağırış göndərildi..Mən universitetdən sənəd apardığım üçün 2 illik möhlət hüququ verildi... Bilmək istəyirdimki bu il bitirdikdə yenidən həmin hərbi hissəyə göndəriləcək yoxsa yenidən qeydiyyat olacam və çağırış gələcək? Və əsgər gedən bir şəxsdən magistr pilləsini bitirənlərin 6 ay müddətli hərbi xidmət keçirəcəklərini eşitdim.. Bu xəbər nə dərəcədə doğrudur... Təşəkkür edirəm

Bildiririk ki, Siz universiteti bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız. Tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.         Digər sualınızla əlaqədar bildiririk ki,Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Əli Soruşur Yazılma Tarixi:12.02.2018 15:55:14

Salam, mən 1999-cu il 16 aprel təvəlludluyəm. 2017-ci ildə ali məktəbə qəbul imtahani vermiş və qəbul olmuşam, fəqət istədiyim ixtisasa qebul olmamışam. 2018-ci ilin mayinda və iyulunda yenidən imtahan vermək istəyirəm və bilmək istəyirəm ki mənə səfərbərlikdən möhlət hüququ veriləcək ya yox ? Öncədən təşəkkür.

Bildiririk ki,  respublikanın ali məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmiş vətəndaşlara hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.    
Xan Soruşur Yazılma Tarixi:12.02.2018 13:58:26

Salam adim xan halhazirda bakida yasayiram men gecen il esger getmeliydim aprel ayi naxcivan herbi xidmeti 207 sayli qeydiyyatdan kecdim hele xeber yoxdu meni hacan hagiracaqlar xahis edilir tedbir goresiz xeber edesiniz

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Sahib Soruşur Yazılma Tarixi:11.02.2018 14:27:10

Salam oglum Əmrahov Sahil Sahib oğlu 2015ci ilde AAHM daxil olmusdur. 2107 ci ilde konullu ordan ayrilaraq apreli 19dan n sayli herbu hissede xidmete baslamisdir. Sualim deqiq texris vaxti ne zaman olacaq. Bu barede tam deqiq melumat nece elde ede bilerik. Oncede teaekkurler

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı oğlunuzun xidmətdə olduğu qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.  Əlavə olaraq qeyd edirik ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır.
Rəhim Soruşur Yazılma Tarixi:11.02.2018 02:05:31

Salam. Men Qusar Leze herbi hissede xidmet etmek isteyirem. Nece qebul ola bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar müddətli həqiqi hərbi xidmətə  çağırılırlar.  Əlavə olaraq qeyd edirik ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Orxan Soruşur Yazılma Tarixi:11.02.2018 00:29:33

Salam. Men Ehedov Orxan Elxan oglu Baki seher sakiniyem Bakida 1998 ci ildr anadan olmusam orta mektebi bitirmisem 2015 ci ilde. Herbi biletimde 59 nomreli qerare esasen dinc dövürde xidmete yararsiz yazilib. Novbeti yoxlama prossesi 04.04.2019 yazilib. Men 59 nomreli qerari bilmirem nedi. Neye esasen yarasizam yani. Men 2019 yox indi oz xetai vayenkomatina gedib konullu olarag yoxlanib xidmete gede bilerem ya yox? ÇOX SAGOLUN.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14891