Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərvin Soruşur Yazılma Tarixi:06.02.2018 16:02:46

Salam. Zəhmət olmasa, sualımı cavablandırardınız. Mən magistratura pilləsi üzrə ikinci kursda təhsil alıram. Magistratura təhsilini bitirdikdən sonra əyani formada doktorantura təhsili almaq fikrindəyəm. Magistratura təhsilim iyun ayında bitir, iyul ayı üçün hərbi xidmətə çağırılacağam. Doktoranturaya imtahan üçün sənədlərin qəbulu isə noyabr-dekabr aylarında olur. Sizlərə də məlum olduğu kimi, qanunvericilikdə əyani təhsilalma forması üzrə doktorantlara möhlət hüququ verilir. Mən bu hüququmdan necə istifadə edə bilərəm? Doktoranturaya qəbul imtahanlarında iştiraka görə möhlət almaq üçün hansısa sənədlər tələb olunurmu?

Müraciətinizlə əlaqədar bildiririk ki, ali təhsil müəssisəsinin doktorantura  səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Elməddin Soruşur Yazılma Tarixi:06.02.2018 15:34:43

Salam, Mən, 2016-cı ildə Bakalavr təhsilimi bitirərək, Magistraturaya qəbul olmuşam və magistrlara verilən hərbi xidmətdən möhlət hüququndan istifadə edərək hazırda təhsilimi davam etdirirəm. 2018-ci ilin İyul ayında Universiteti bitirdiyimə görə mənə hərbi xidmətə çağırış göndəriləcək. Mən doktoranturada təhsilimi davam etdirmək istəyirəm. Bunun üçün qəbul imtahanlarında iştirak etmək üçün mənə möhlət veriləcəkmi ?

Müraciətinizlə əlaqədar bildiririk ki, ali təhsil müəssisəsinin doktorantura  səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Salman Soruşur Yazılma Tarixi:06.02.2018 14:25:41

Salam. Mən ehtiyatda olan zabitəm. Sizdən xahiş edirəm ki, hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçulara geyim formasının və ya geyim əmlakının əvəzinə pul kompensasiyasının verilməsi qaydaları barədə məlumat verəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.

Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, hərbi geyim forması və ya geyim əmlakının əvəzinə pul kompensasiyası hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduğu dövr üçün təminat normalarına əsasən verilir. Mövcud qanunvericilikdə hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə hərbi geyim formasının və ya geyim əmlakının əvəzinə pul kompensasiyasının verilməsi nəzərdə tutulmamışdır.  
Asif Soruşur Yazılma Tarixi:06.02.2018 10:42:24

Salam mən bilmək istəyirəm ki, mənim sizdə olan sağlamlıq haqqındakı sənədim Binıqədi Voenkomadına gndərilib.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, sizin sağlamlıq haqqında müayinə aktınız 06.02.2018-ci il tarixdə Xidmətin Binəqədi rayon İdarəsinə daxil olmuşdur. Aidiyyəti üzrə Binəqədi rayon İdarəsinə müraciət etməyiniz tövsiyyə olunur.
Elmir Soruşur Yazılma Tarixi:06.02.2018 02:14:27

Salam Mən Vaxtindan 2 Ay Əvvəl Hərbi Xidmətə Getmək Üçün Kimə Müraciət Edə Bilərəm

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Hüseyn Soruşur Yazılma Tarixi:05.02.2018 13:04:06

Salam aleykum.xahiw edirem sualimi etrafli ve deqiq cavablandirardiz.men 2014cu ilde sol ag ciyer exinakokuna gore emeliyat olunmuwam.emeliyyat zamani ag ciyerime toxunulmayib.vayankumatdan meni yararli olub olmadigimi deqiqlesdirmey ucun bakiya ag ciyer instutuna gonderdiler.orda kamisiyadan kecdim ve akt gonderdiler vayankumata.aktda diaqnoz qoyulubki sol ag ciyerin exinakoka gore emeliyatdan soraki veziyyeti KLINIKI SAGALMA.bilmey isdeyirem bu diaqnoza esasen men yararli sayilib bu ilin apreli herbi xidmete gedecem yoxsa yararsiz sayilib bilet alacam.xahiw edirem arawdirib mene deqiq cavab deyerdiz.onceden sagolun.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cavid Soruşur Yazılma Tarixi:05.02.2018 12:53:29

Salam.Mənə göstərcəyiniz köməyə görə əvvəlcədən təşəkkürümü bildirirəm. Qisaca olaraq özüm haqda məlumat verim.Ehtiyyatda olan zabitəm.2017-ci il aprelin 19-u Səfərbırlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə imtahan vermişəm.İmtahanda zəif nəticə göstərmişəm.Təkrak imtahanda iştirak etmək üçün dəfələrlə müraciyət etmişəm.Deyilən bütün sənədləri göndərmeyimə ramən mənə təkrar imtahandan kəsilməyim haqqında məktub göndərilir. İsəyirəm ki, yenidən imtahanda iştirak etmeyimə köməkliy göstərəsiniz.Təkrar imtahanda iştirak etmək üçün nə etməliyəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bir daha nəzərinizə çatdırırıq ki, 01.02.2017-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Vüsal Soruşur Yazılma Tarixi:04.02.2018 10:55:02

Salam mənim ad günüm 24martdadı indi mən nə vaxt yoxlanışa çağrılacam.Xaiş cavablandırardız

Bildiririk ki, 18 yaşı 2018-ci ilin mart ayının 24-də tamam olmuş vətəndaşlar həmin ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.  Əlavə olaraq qeyd edirik ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin aprel çağırışına hazırlıq fevral və mart aylarında başlanılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20  mart  2018-ci il tarixdə başa çatdırılır.
Məzahir Soruşur Yazılma Tarixi:04.02.2018 09:49:16

Salam mənim ad günüm 24martdadı mən nə vaxt yoxlanışa çağrılacam

Bildiririk ki, 18 yaşı 2018-ci ilin mart ayının 24-də tamam olmuş vətəndaşlar həmin ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.  Əlavə olaraq qeyd edirik ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin aprel çağırışına hazırlıq fevral və mart aylarında başlanılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20  mart  2018-ci il tarixdə başa çatdırılır.
Rafiz Soruşur Yazılma Tarixi:02.02.2018 15:31:08

Salam. Magistratura pilləsində, birinci kursda tədris alıram. Magistrə qəbul olunduğuma görə hərbi xidmətim 2 il təxirə salınıb. İndi xarici ölkəyə köçdüyümə görə magistri yarımçıq qoymaq məcburiyyətindəyəm. Belə olduğu halda, hərbi xidmətə çağırış yenə 2 ildən sonra baş tutacaq?

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14891