Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tamerlan Soruşur Yazılma Tarixi:24.01.2018 13:34:08

Men 4-cu kurs telebesiyem.Univeristet terefinden meni Turkiyede Erasmus proqramiyla beynelxalq layiheye gonderirler.Layihenin baslama tarixi mayın 20 si,bitme tarixi 15 iyundur.Bilmek isteyirdim men hemin traixden olkenden cixa biliremmi? senedlerimide teqdim ede bilirem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlara möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.   
Bəhmən Soruşur Yazılma Tarixi:24.01.2018 13:12:30

Salam. Əgər hərbi xidmətə 3 cu dərəcəli sağ yastıayağlılıq diaqnozu ilə mən yararsız hesab olunuram? Qeyd edim ki, hərbi geymdə və hərbi patinkada heç bir narahatlılığ hiss etmirəm. Bu halda mən qanuna əsasən yararsız hesab edilirəm?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
Aleks Soruşur Yazılma Tarixi:23.01.2018 21:21:16

Salam menim sualimi etrafli cavablandrasiniz. May ayinda 18 yaşım tamam olur iyul ayinda herbi xidmete getmeliyem eğer may ayindaki imtahanda bal toplaya bilsem herbi xidmetden yayina bilerem?

Müraciətinizlə əlaqədar bildiririk ki,  2018-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının nəticələri dərc edildikdən sonra barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Cavid Soruşur Yazılma Tarixi:23.01.2018 20:04:51

Salam. Mən orta məktəbi bitirdikdən sonra 2006-cı il tarixdə Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına daxil olmuş və 2011-ci ildə həmin xüsusi təhsil müəssisəsini bitirmişəm və 2016-cı il tarixədək DİO-da müxtəlif vəzifələrdə çalışmışam. Hal-hazırda DİO-da ximətimdən öz arzumla xaric edilmişəm. Yaşadığım rayonun SHXÇİ-dən bələ bildiriblər ki, yaxın zamanlarda sizi hərbi xidmətə çağıracaqlar. Xahiş edirəm məsələnin hüquqi cəhətdən mənə aydın olması üçün köməklik edəsiniz.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 3.2-ci maddəsinə əsasən,  Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən,  hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli Sərəncamının 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 465 nömrəli Fərmanına əsasən,  “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3.13-cü yarımbəndində “xüsusi rütbələr” sözlərindən sonra “, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi” sözləri əlavə edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, 2018-ci ilədək Daxili İşlər Nazirliyinin Polis Akademiyasından məzun olmuş və daxili işlər orqanlarından qulluqdan (xidmətdən) xaric edilmiş 35 yaşınadək şəxslər çağırışçı kimi qeydiyyata alınır və qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırışa cəlb edilirlər.
Kənan Soruşur Yazılma Tarixi:23.01.2018 19:34:05

Salam keçən ilin may ayında həqiqi hərbi xidmətə getmək üçün müayinədən keçdim böyrəyimda (4 mm) daş tapıldığına görə təkrar müayinə üçün Respublika mərkəzi xəstəxanasına göndərildim və orada daha bir daşın olduğu müəyyən olundu (5 mm) avqust ayında isə artığ daşların sayı 3ə çatmışdı (4mm,5mm,8mm) hal hazırda artığ 8 aydır hərbi bileti ala bilmirəm və ya Həqiqi hırbi xidmətə aparmıllar.Bunnan bağlı qeydiyatda olduğum Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Bölməsində oldum ordan mənim sənədlərimin hələdə Baş hərbi həkim komisyasında olduğunu söylədilər.Xahiş edirəm ətraflı başa salardınız bu nədərəcə doğru ola bilər və əks təqdirdə mən nə etməliyəm.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar təsdiq olduğu üçün, Siz hərbi biletlə təmin olunacaqsınız (SX-0441982). Odur ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Lənkəran rayon şöbəsinə müraciət etməyiniz vacibdir.
Əli Soruşur Yazılma Tarixi:23.01.2018 19:11:48

Salam.Biləy istəyirəm ki Bronxial-Asma olan xesteleri herbi xidmətə aprırlarmı?Üstəlik həmin adamda Əsəb və burnunda artıq ət var.Cavablandirsazz sevinərəm Evvelceden Tesekkurler

Bildiririk ki, çağırışçıların “bronxial astma” xəstəlik üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 52-ci maddəsinin I qrafasının tələblərinə əsasən tənəffüs çatışmazlığının dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nursultan Soruşur Yazılma Tarixi:23.01.2018 19:05:25

Müdafiə Nazirliyi 051 saylı herbi hisse harda yerleşir? Zehmet olmasa melumat verersiz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Nurəli Soruşur Yazılma Tarixi:23.01.2018 18:23:34

Salam. Herbi biletimde tekrar muayine tarixi 03.07.2020 yazilib. Bilmek isterdimki bu il universiteti bitirdikden sonra vaxtindan evvel tekrar muayineden kecib herbi xidmete gede bileremmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab edilmiş vətəndaşlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür. 
Müşviq Soruşur Yazılma Tarixi:23.01.2018 17:36:55

Salam.Mənim bacım oğlunun sağ böyrəki anadan gəlmə çanaq sümüyün üstündə yerləşir.Yeriyəndə uşaq deyir sağ ayağım dartınır.Həkimlərdə hərbi xidmətə yararlıdır yazıblar.Bu gün hərbi xidmətə yola salındı.Bu qanuna uyğundumu yoxsa nece.Mümkünsə ətraflı məlumat verərdiz.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
Tural Soruşur Yazılma Tarixi:23.01.2018 12:38:44

Salam.Mən Səfərbərlik xidmətinə işə qəbulla bağlı yazılı muraciət göndərmişəm və cavabın almışam.Mənə göndərilən cavabda mənim ehtiyata buraxılmış zabit olmadığıma görə işə qulun musbət həlli gorulməmişdir.Mən bilmək istərdimki gizir rutbəsiylə xidmətə qəbul edilə bilərəmmi.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin gizir qismində həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891