Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ulvi Soruşur Yazılma Tarixi:07.10.2014 09:36:02

Salam... Men senedlerimi vermishem ama hansi herbi hisseye duwmeyim hele cxmayib. Bilmek isteyrem menim hara duwmeyimin cavabi ne vaxt cxacaq?...

Bildiririk ki, 2014-cü ilin oktyabr çağırışının bölgüsü tam başa çatdıqdan sonra, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsiniz.
Quluzadə Tərlan Soruşur Yazılma Tarixi:06.10.2014 12:34:49

Mən Quluzadə Tərlan Qismət oğlu 01 mart 1992-ci il təvəllüdlüyəm.Qaradağ Rayon Hərbi Komisarlığının çağırışçısıyam. Hansı səbəbdən mənim hərbi xidmətlə bağlı məsələmə aydınlıq gətirilmir.Göndərildiyim Hərbi Qospitaldan Qaradağ R.H.K.-na cavab gəlmir? Bəs mən kimnən məlumat alım? Hara müraciət edirəm ya cavab verilmir,ya da araşdırırıq deyirlər. Bu azmış kimi hələ zəng edib evə təvəllüd soruşurlar komisarlıqdan,elə bil heç oranın çağırışçısı deyiləm. Niyə görə bu məsələ bu vaxta qədər uzadılır? Yararlıyamsa göndərsinlər,\ndeyiləmsə hərbi biletim verilsin. Məni məlumatlandırın.

Siz, 16.07.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında tibbi şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 80-ci maddəsinin "c" bəndinin I qrafasının tələblərinə uyğun olaraq "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.\nƏlavə olaraq bildiririk ki, hərbi qeydiyyat sənədləri ilə təmin edilməniz üçün Xidmətin Qaradağ rayon idarəsinə müraciət etməlisiniz.
Mursel Soruşur Yazılma Tarixi:04.10.2014 17:24:16

193 sayli shemkir korpusundan bolunub hansi herbi hisselere dusmek olarç bilen varsa yazzsin

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
elmar Soruşur Yazılma Tarixi:04.10.2014 15:20:03

212 sayli herbi hisseye dusmusem bilmek isterdim ordan sonra bolecekler

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
muşfiq Soruşur Yazılma Tarixi:04.10.2014 08:44:43

999 nomreli herbi hissenin yerlesdiyi rayon

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Sabir Soruşur Yazılma Tarixi:03.10.2014 21:31:34

Salam her vaxtiniz xeyirli olsun. Menui bir mesele maraglandirir menim her iki ayagim yasti pencedir 1 ayagim 2-ci derece , obiri ise 3-cu derecedir men bilmek isterdim ki men herbi xidmete yararliyam ? \nBaki seheri Sabuncu herbi komisarliginda ucotdayam orda hekimlerden sorushuram mene bir cavab vermirler sizden xaish edirem mene cavab yazasiniz. \nTeshekkur edirem...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin "c" bəndinin I qrafasına əsasən III dərəcə yastıayaqlılıqla çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Şəbnəm Soruşur Yazılma Tarixi:03.10.2014 13:00:03

Salam. 01.10.14-cü il tarixdə SHXÇDX elektron poçtla və eləcə də Azərpoçtla resmi muraciət göndərmişəm. Muraciətimə müsbət vəya mənfi cavabı vacib olduqu üçün daha tez müddətə bilmək istərdim. Bu məsələdə hər hansı koməklik edə bilərsizsə bildirin.

Nəzərinizə çatdırırıq ki, 02.10.2014-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətiniz hal-hazırda icraatdadır, qanunvericiliyin tələblərinə uyğun olaraq Sizə cavab göndəriləcəkdir.
süleyman Soruşur Yazılma Tarixi:03.10.2014 11:28:33

mən tibb universitetini bitirmişəm. SHXÇDX-nin Şirvan şöbəsindən oktyabr ayında xidmətə çağırılmışam. Xidmətimi zabit kimi MN-nin hərbi hissələrindən birində keçirmək istəyirəm. lakin Şirvan şöbəsindən mənə bildirdilər ki, mən əsgər kimi DSX-də xidmət etməliyəm. mən bununla əlaqədar hara meraciət edə bilərəm?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin müraciətinizə təyin olunduğunuz xüsusi qoşun növündə baxıla bilər.
vefa Soruşur Yazılma Tarixi:02.10.2014 21:06:15

Menim yoldasimin 35 yasi tamam olub esgerliyini de vaxtinda cekib sadece herbi bileti itib o cagirisa dusur

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə yoldaşınızın soyadını, atasının adı, təvəllüdünü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
zamir Soruşur Yazılma Tarixi:02.10.2014 19:46:08

berde 051 herbi hisse harda yerlewir ? ordan hansi bolgelere bolunmey olur ? ve nece ay qaliriq orda ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897