Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Teskilat Hetemov Soruşur Yazılma Tarixi:17.10.2014 10:20:55

Salam men Hetemov Teskilat Mehemmed oglu 1994cu 24yanvar . bilmek isterdim meni herbi xidmete ne vaxt aparacaqlar

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nemet Abbasov Soruşur Yazılma Tarixi:17.10.2014 09:48:29

950 MN Herbi Hisse harda yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Ferid Rustamov Soruşur Yazılma Tarixi:17.10.2014 09:16:14

Rustamov Ferid Sulduz oglu 22/08/1996 Absheron rayonun voenkomati

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Mehemmed Soruşur Yazılma Tarixi:14.10.2014 19:34:19

salam men komisiyadan kecmisem sms le hansi hisseye dusduyumu bilirem oktyabrin 26 ad gunumdu amma hele paveska gelmeyib bilmirsiz hacan gelecey mede deyibler ki27 dsi gedirsen

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elsen Soruşur Yazılma Tarixi:14.10.2014 15:50:40

MEN MUDETDEN ARTIQ HERBI QULUQCUYAM MEN GIZIRLIK KURSUNA GEDIB VEZIFEMI QALDIRMAQ ISTEYIREM AMMBA MENE OZ HERBI HISEME TEYINAT VERMILER MEN NECE EDIMKI KURSU BITREDEN SONRA OZ HERBI HISEME OZ IXISASIMA QAYDIB ISLEYIM?

Bildiririk ki, "Gizir hazırlığı kursu"nu bitirdikdən sonra hərbi xidmət keçdiyiniz hərbi hissədə xidmətinizi davam etdirmək istəyinizlə bağlı Azərbaycan Respubliaksının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Şamil Soruşur Yazılma Tarixi:14.10.2014 15:17:32

salam. men atu-nun mezunuyam. orduda herbi hekim kimi xidmet etmek isteyirem. mene bu barede istiqamet vere bilersinizmi?? cox sagolun

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş müəyyən sayda sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.\nQeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Huseyn Soruşur Yazılma Tarixi:14.10.2014 12:42:59

Salam. Bir neçə həftə öncə topuğumda cərrahiyə keçirilib, indi de orada metal konstruksiya (plastina və yeddi şurup) yerləşir. Bilmək isterdim ki, hərbi xidmətə yararlı hesab oluna bilərəm mi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 82-ci maddəsinin I qrafasına əsasən sümüklərin sınıqlarından sonra çıxarılmamış metal konstruksiyalar olduqda çağırışçılar şəhadətləndirilərək "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Şəbnəm Soruşur Yazılma Tarixi:14.10.2014 12:29:49

Salam. Sizə Azərpoçtla ünvanlanan ərizənin icrası haqda şifahi olaraq məlumat almaq ucun hansı telefonla əlaqə saxlamaq olar. Ərizəmə mümkün qədər daha tez cavab almağın mənim üçün zəruriliyinin nəzərə alınmasından ötrü xahiş edirəm bu barədə bildirin.

Bir daha nəzərinizə çatdırırıq ki, 02.10.2014-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətiniz hal-hazırda icraatdadır, qanunvericiliyin tələblərinə uyğun olaraq Sizə cavab göndəriləcəkdir.\nƏlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə 493-06-52 nömrə vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Bahruz Soruşur Yazılma Tarixi:14.10.2014 10:11:44

Salam! Bakı şəhərində yerləşən ali təhsil müəssisəsinin əyani bölməsinə qəbul olmuş və möhlət hüququ əldə etmiş çağırışçı rayonda hərbi qeydiyyatdadırsa, təhsil alacağı təhsil müəssisəsinin yerləşdiyi rayonun SHXÇDX-də hərbi qeydiyyata durmalıdır. Xahiş edirəm bildirəsiniz bu zaman hansı sənədlər, hansı müddətə hara təqdim olunmalıdır? Bu proses hansı qanunvericilik aktı ilə tənzimlənir?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə əsasən çağırışçıların hərbi qeydiyyatda olduöu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin dəyişdirilməsinə yalnız təsdiqedici sənədlər Xidmətin yerli idarə, şöbə və ya bölməsinə təqdim edilərkən yol verilir, bu şərtlə ki çağırışçı:\n- yaşayış yerini dəyişmiş olsun;\n- təhsil müəssisələrində qəbul edilmiş olsun.
Rufet Soruşur Yazılma Tarixi:14.10.2014 04:52:11

Salam. Bilmək istərdim cinsi azlıqlar hərbi xidmətə yararlıdılarmı? Yararlı olub olmamasının hansı həkim müəyyən edir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 18-ci maddəsinin "b" bəndinin I qrafasına əsasən seksual identifikasiya və seksual üstünlük pozuntuları olan çağırışçılar rayon çağırış komissiyasının həkim-psixiatrı tərəfindən (psixiatrik stasionar (dispanser) şəraitdə müayinədən sonra) şəhadətləndirilərək "Süıh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Cədvəldə sətir sayı :14897