Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Təbriz Soruşur Yazılma Tarixi:13.10.2014 19:20:58

Salam. 2015-in yanvar ayında gedənlər üçün pavıska haçan gəlir ?

Xidmətin yerli idarə, şöbə və bölmələrində 2015-ci ilin yanvar şağırışına hazırlıq noyabr və dekabr aylarında aparılacaqdır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 dekabr 2014-cü il tarixə kimi başa çardırılacaq.
Fuad Soruşur Yazılma Tarixi:13.10.2014 12:54:46

Mən Hacıyev Fuad Qorxmaz 01.06.1996 men bu ay getmeliyem vayenkamta zeng eliyirem hecne demir bilmey isdirem ki menim senedlerim niye bele gecikir

Bildiririk ki, 2014-cü ilin oktyabr çağırışının bölgüsü tam başa çatdıqdan sonra, qeydiyyatda olduöunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
maqa Soruşur Yazılma Tarixi:13.10.2014 12:08:55

Salam. 2 sualim var.1)muvafiq xesteliye gore muveqqeti xidmete yararsiz hesab olunan cagirisci bu muddet erzinde bakalavr, magistr ve nehayet doktoranturani bitirdikden sonra sagalibsa mecburi herbi xidmete aparilacaq? 2)cagiriscinin muvveqqeti yararsiz hesab olundugu muddetde tehsil alib elmi derece almaq ucun xarice getmeye icaze verilir?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən rayon (şəhər) çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə çağırışdan möhlər verilir:\n1. ailə vəziyyətinə;\n2. sağlamlıq vəziyyətinə görə;\n3. təhsilini davam etdirmək üçün.\nHəmin Qanunun 18.2-ci maddəsinə əsasən əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar.
Sahib Qarayusifli Soruşur Yazılma Tarixi:13.10.2014 10:47:28

salam men qarayusubov sahib elsen oglu.. universitet oxudugum ucun 2014 cu ilin iyul ayinda herbi xidmete cagrilmiwam. uwaqliqda xesteliki kecirdiyim ucun meni xestaxanaya gonderdiler sonrada dedilerki seni oktyabr ayinda qospitala cagracaqlar ve xesteliyimede vegetativ damar distonsiyasi yazdilar... ve menimle birlikde bir nece taniwimda hemcinin.. olari qospitala apardilar ama meni hele gozledirler hetta deyirlerki yanvarada qalmaq ehtimali var men sikayetimi hara bildire bilerem xahis edirem komeklik edesiz

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Huseyin Soruşur Yazılma Tarixi:12.10.2014 14:29:57

salam.menim bir ayagim digerinnen 1-1.5sm kicikdir.Bununla bagli hekim kamisyasinnan da kecmiwem ancaq mene helede deqiq melumat veren yoxduki men yararliyam ya yararsiz.VOenkamatdan da soruwuram deyir senin senedlerin helede qospitaldadi.Mene ne zaman deqiq melumat verilecey ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
zulfuqar Soruşur Yazılma Tarixi:11.10.2014 12:19:43

15.07.1996 ci il heyderli zulfuqar rakif oglu bu saytda axtardim hec bir melumat elde ede bilmedim xais edirem siz komek edesiz.

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Fateh Soruşur Yazılma Tarixi:11.10.2014 07:39:37

Salam. Hekim komissiyasi terefinden tibbi sehadetlendirilmis ve 3-cu mehdudiyyet derecesi ile herbi xidmete yararli sayilmisdir, cumlesi aciqlayardiniz zehmet olmasa. \nCox sagolun.

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər" cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin 3 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 3 nömrəli cədvəli) "a" bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın rəqəm göstəricisini (1;2;3;4) göstərir.
Kənan Soruşur Yazılma Tarixi:10.10.2014 12:26:24

Salam. 2ci sərəncamda olanların düşdüyü yer nə zaman bilinəcək? Xaiş edirəm dəqiq cavablandırardız.

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Emil Soruşur Yazılma Tarixi:09.10.2014 22:24:38

Salam,\nMən xarici ölkənin vətəndaşlığını almışam və indi Azərbaycan vətəndaşlığından imtina etmək istəyirəm. Miqrasiya xidmətindən mənə bildirdilər ki, "hərbi xidmətdən azad olmağım barədə" onlara arayış təqdim etməliyəm. Mən özüm hal - hazırda universitetdə təhsil alıram, 19 yaşım var. Hələ 3 il çağırışdan möhlətim olacaq. Sualım budur ki, mən bu arayışı ala bilərəmmi və haradan ala bilərəm? (Hərbi xidmətdən keçməmişəm)

Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
hesen Soruşur Yazılma Tarixi:08.10.2014 18:41:24

18 yasim iyulun 24 du tamam oldu ayaqimin alti duzdu dam vururdum emimle demir wifiri duz goturmeyende elimi kesdim.indi nece olacaq?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897