Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sənəm Abuşova Soruşur Yazılma Tarixi:21.10.2014 22:49:30

Salam. Mərhum həyat yoldaşım 2-ci qrup Qarabağ əlili Rzayev Nazim Həsən oğlu 1995-ci uldə hərbi vəzifəsini yerinə yetirərkən yaralanmış və buna görə də əlill olmuşdur.Onun övladları müəyyən imtiyazlardan istifadə edə bilərlərmi? Onun döyüşlərdə iştirak edərək əlil olması haqqında arayışı haradan ala bilərəm? Çox sağ olun

Bildiririk ki, müraciıtinizdə qeyd etmiş olduğunuz məsələlərə baxılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  səlahiyyətinə daxil deyil. bu səbəbdən əlilliyə görə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş güzəşt  və imtiyazların tətbiqi qaydaları haqqında məlumat almaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşadığınız rayon üzrə yerli şöbəsinə müraciət etməlisiniz.
Vugar mehdiyev Soruşur Yazılma Tarixi:21.10.2014 13:22:45

Salam menim oktuyabrin 30ad gunumdu mene dibler ki sen 28-30arasi gesirsen kamisiyadan kecmiwem ama demirler hara duwmuwem diye bilersiniz bu ay gedecem yoxsa yanvar

Bildiririk ki, Siz vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü zamanı xidmət keçmək üçün Sərhəd Qoşunlarına təyin edilmisiniz.
Aqşin Cabbarlı Soruşur Yazılma Tarixi:21.10.2014 11:23:58

Salam.Mən Aqşin Cabbarlı Mirzə oğlu Xəzər universitetini sentyabrda bitirmişəm. Binəqədi rayon hərbi komisarlığında qeydiyyatdayam.Sentyabrın sonu universiteti bitirdiyime aid seneti qeydiyyatda olduğum komisarlığa teqdim etdim.Oktyabırın 3-ü bütün tibbi muayinelerden keçdim.AMMA, hələdə mənim hara düşməyim haqqında sistemdə məlumat yoxdur.Nədəki qeydiyyatda olduğum komisarlıq bu barədə məlumat vermir.Mən xidmətə gondəriləcəmmi?Zəhmət olmasa bu barədə mənə məlumat vererdiz.Familiyam Cabbarlı ,adım Aqşin,ata adı Mirzə, təvvəludum 1992.07.31 .qeydiyyatda olduğum Hərbi komisarlıq Binəqədi rayonu.Sualimi cavablandırıb aydınlaşdırsanız,şad olardım.

Bildiririk ki, Siz vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü zamanı xidmət keçmək üçün 051 saylı hərbi hissəyə təyin edilmisiniz.
Nazarov Mushfik Soruşur Yazılma Tarixi:21.10.2014 03:12:45

menim gardashim 14 gun evvel rehmete gedib.ailede 3 ushag var.boyuk oqlu gelen otpravka esgerliye cagirilacag.daha dogrusu 18 yashi uzumuze gelen dekabrda tamam olacag.men bilmek isteyiremki onun huzurle elagedar oldugu durumu nezere alib 1 otpravka saxlamag mumkundurmu?

Sağlamlıq vəziyyətinə, ailə vəziyyətinə və digər qanuni əsaslarla hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmadığınız halda, Siz, qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
yashar mustafayev Soruşur Yazılma Tarixi:20.10.2014 09:59:53

cəmil mustafayev sorusur samaxi rayon hərbi caqiris sobəsindən bildiriblər ki adim ikinci siyahida olacaq ikinci siyahi nə vaxt cixacaq? xahis edirəm dəqiq cavab yazin

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Zaur Əliyev Soruşur Yazılma Tarixi:20.10.2014 02:44:09

Salam bilmək isteyirem herbi bileti itib yenisi ilə əvəz olunması ücün ne etmək lazımdır və hansi sənədlər təqdim etmək lazımdır.Əvvəlcədən minnətdaram.

Bildiririk ki, itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə hərbi vəzifəlilərə yeni hərbi biletlərin verilməsi əvvəlki hərbi biletlərin itirilməsi və ya korlanması səbəbləri araşdırıldıqdan sonra verilir. Yeni hərbi biletlə təmin edilməniz üçün Siz sənədlərinizlə (şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkil və ərizə) hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz. Bundan sonra Xidmətin yerli idarəsi (şöbəsi, bölməsi) tərəfindən DİN-nin yerli orqanına itirilmiş hərbi biletinizin aşkar olunub-olunmaması barədə sorğu göndəriləcək. Cavab alındıqdan və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən barənizdə (xəbərdarlıq və ya müəyyən olunmuş məbləğdə cərimə edilməklə) qərar qəbul edildikdən sonra, Siz qısa müddət ərzində hərbi biletlə təmin olunacaqsınız.
Zeynalov Mehemmed Soruşur Yazılma Tarixi:20.10.2014 02:37:10

Zeynalov Mehemmed Firdusi oglu 22/07/1992 Gence Seher Nizami rayon voenkomati . Hansi bolgede ve hansi herbi hissede qulluq edeceyimi bilmek isdiyirem

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Lətifov Ağarza Soruşur Yazılma Tarixi:20.10.2014 02:09:22

Salam Men 16.11.1994 Ci Illdenem Meni Helle Esger Cagirmiyiblar Men Hara Muraciet Ede Bilerem

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Abbasova Benovshe Soruşur Yazılma Tarixi:19.10.2014 11:14:20

Salam,men bilmey isterdimki eger herbi xidmete ishe senedlerimi versem forma 7 kecdiyden sonra,ishe cixmag baresinde emr(qerar)ne vaxta geler?1 hefteye yoxsa 1 ile?

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş hərbi vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
zülfüqar Soruşur Yazılma Tarixi:19.10.2014 03:45:46

menim cagiris tarixim 15 oktyabr 2014 cu il amma helede meni herbi qulluga aparmayiblar xayis edirem mene komek edin

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Cədvəldə sətir sayı :14890