Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ehmedov ferid Soruşur Yazılma Tarixi:28.10.2014 13:44:34

salam men oktyabrin 24u imtahan vermisem onun cavablarini texminen ne vaxt oyrene bilerik ve nece?

Nəzərinizə çatdırırıq ki, 24.10.2014-cü il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən Sizin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Araz Agayev Soruşur Yazılma Tarixi:27.10.2014 20:25:20

salam Lenkeran Tibb Kollecinde oxuyan 1 ci kurs telebesinin 18 yasi 17 fevral 2015-ci ilde tamam olacaq. hemin sexsi aprel ayinda herbi xidmete cagirilacaq?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 21.1.3-cü maddəsinə əsasən orta ixtisas təhsil müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış ( 9 illik təhsil bazasından) 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.
Quluzadə Tərlan Soruşur Yazılma Tarixi:27.10.2014 19:40:42

"Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 80-ci maddəsinin "c" bəndinin I qrafasının tələblərinə uyğun olaraq "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz. "Xəstəliklər cədvəli"nin 80-ci maddəsinin "c" bəndi --- Zehmet olmasa maddenin adini aciqlayardiniz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 80-cı maddəsinin "c" bəndinin I qrafası çağırışçıda hansısa orqanın və sistemin anadangəlmə inkişaf anomaliyası, funksiyasının cüzi dərəcədə pozulması ilə müşahidə olduqda tətbiq edilir.
İsmayıl Yolçuyev Soruşur Yazılma Tarixi:27.10.2014 00:44:56

08.03.1996 cı il tevellüdlüyem xaiw edirem ne vaxt herbi xidmetete gedecem deyerdiz?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Mohuddun Eliyev Soruşur Yazılma Tarixi:26.10.2014 23:11:22

Salam men SHXCDX-de muddetden artiq herbi xidmet etmek isteyirem.Herbi xidmetde olmuwam.Bunun ucun ne etmeliyem.Xahiw edirem bu barede mene komeklik edisiz.

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş, xidmət etdiyi müddət ərzində xarakterizə olunan, ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Bu səbəbdən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Ismail Dursunov Soruşur Yazılma Tarixi:26.10.2014 21:31:30

Azerbaycan ve Turkiye vetandasi olan sexs (2li vetandas)Yalniz turkiyede herbi xidmete gederse eger Azerbaycandada herbi xidmete gelmelimidir?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
nicat aliyev Soruşur Yazılma Tarixi:26.10.2014 00:58:44

56 b qrafikasiyla yararsiz hesab edilen esgerliye apara bilerler?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 56-cı maddəsinin "b" bəndinin I qrafasının tələblərinə əsasən çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilir.
Abbasova Benovshe Soruşur Yazılma Tarixi:25.10.2014 18:23:15

Salam men 2 ci defedi yaziram...men ishderimi sentyabr ayindan vemrmishem..ve mene bildirish mektubuda geldi..sonra forma 7 kecdim..ve yeniden senedlerimi gonderdiler Bakiya dedilerki emrinizin gelmeyichun...sadece bilmey istirem bele gec gelir emr?Gence sheheri..

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə barənizdə heç bir sənəd daxil olmayıb.
Musa Soruşur Yazılma Tarixi:25.10.2014 11:44:54

men Naxcivan Muxtar Respublikasi Ordubad rayonda Qeydiyyatdayam amma Qeydiyyatda olan bolmeler sirasinda yoxdu mene oyrede bilersiz

Qeyd etdiyiniz məsələ ilə bağlı NAxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Vasif Babayev Soruşur Yazılma Tarixi:24.10.2014 10:04:20

301 sayli herbi hisse hardadi ve hansi qoşun növudu?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897