Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emil Quliyev Soruşur Yazılma Tarixi:11.11.2014 13:56:18

Salam. mən silahlı qüvvələrin ehtiyatda olan zabitiyəm, SHXÇDX-də işlə təmin olunmaq üçün hara və kimə müraciət etməliyəm? əvvəlcədən təşəkkür edirəm.

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Mehdiyev Huseyn Soruşur Yazılma Tarixi:10.11.2014 18:04:43

Salam Men Mehdiyev Huseyn Sabir Oglu men Herbi xidmetde qulluq etmisem .yeniden konulu olaraq herbiye qayitmaq istiyirem...Hara muraciyyet etmek olar ? ((( Onceden Twk)))

Bildiririk ki, hərbi xidmətə qayıtmaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Rövşən allahverdiyev Soruşur Yazılma Tarixi:10.11.2014 14:28:38

salam hacqabulda and icme ne zamandir

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
İlkin Şükürzadə Soruşur Yazılma Tarixi:10.11.2014 12:40:03

Salam,men oktyabr ayi ucun herbi cagirisci idim,lakin sehhetimle elaqedar herbiye gede bilmedim.(medemde yazva askar olundugu ucun),yanvar ayinda gedecem esgerliye.Milli ordu 212 herbi hisseye duwmusdum,indi bilmek istiyirem ki.menim adim serencamda qalir?Yeni men yanvar ayinda yene 212 sayli herbi hisseye dusecem? Evvelceden tesekkurler

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.
BƏŞİR RƏCƏBOV Soruşur Yazılma Tarixi:10.11.2014 11:26:18

SALAM MƏN 1980-CI İLDƏ ASTARA RAYONUNDA ANADAN OLMUŞAM ALİ TƏSİLLİYƏM ADPU -NUN İBTİDAİ HƏRBİ VƏ FİZİKİ TƏRBİYƏ FAKULTƏSİNİ BİTİRMİŞƏM HƏRBİ RÜTBƏM BAŞ LEYTENANTDIR HAL-HAZIRDA ORTA MƏKTƏBDƏ HƏRBİ RƏHBƏR İŞLƏYİRƏM ASTARA RAYONUN QEYDİYYATINDAYAM YAZIB SİZƏ BİLDİRMƏK İSTƏYİRƏM Kİ, SHXÇDX-DƏ İŞLƏMƏK İSTƏYİRƏM BU MÜMKÜNDÜR ?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
DENİS Soruşur Yazılma Tarixi:09.11.2014 18:54:11

Salam mənim 18 yaşım dekabrın 21 tamam olacak . mən yanvar çagirişına düşə bilərəm ,,??? birdə Gəncədə yanvar çagirişçilarin tibbi yoxlanişı nə vaxt başlayir ??

Xidmətin yerli idarə, şöbə və bölmələrində 2015-ci ilin yanvar çağırışına hazırlıq noyabr və dekabr aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 dekabr 2014-cü il tarixə kimi başa çatdırılır.
Mirsaleh Seyidov Soruşur Yazılma Tarixi:07.11.2014 23:07:56

Salam. Mən inşallah bu il Universiteti bitirirəm. ixtisasım ingilis dilidir. Özün hal hazırda Rabitə Və İnformasiya texnologiyaları naziliyində Kompyuter Mühəndisi kimi çalışıram. Əldə etdiyim məlumata görə mən (Nikadr) zabit kimi qulluq edə bilərəm. bunun üçün ne etmeliyem. (suala cavab verdiyiniz üçün əvvəlcədən minnətdarlığımı bildirirəm.

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Elvin Haciyev Soruşur Yazılma Tarixi:07.11.2014 22:26:28

Salam sizden oyrenmek isterdimki,men Elvin Haciyev 1996.04.07 tarixinde dunyaya gelmisem ama senedlerimde 1997.07.22 yazilib bes men ne vaxt herbi qulluga gedecem? (SAGOLUN)

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elvin Soruşur Yazılma Tarixi:07.11.2014 21:26:14

salam.2014cu ilin Oktyabr cagriwcilarinin herbi andi ne vaxtdi?

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Rövşən allahverdiyev Soruşur Yazılma Tarixi:07.11.2014 19:00:27

salam esgerlerin and icmesi bir gunde olur

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897