Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ramil Vəliyev Soruşur Yazılma Tarixi:20.11.2014 16:13:14

Salam mən Vəliyev Ramil Rəfael oğlu 08.01.1997-ci il Masallı Rayon Ərkivan Qəsəbəsində doğulmuşam , sizdən soruşmaq istədiyim budur ki, mənə paveskanı yanvar ayının 26 yazıblar mənim hara düşəcəyim barəde bir söz deyə bilərsiz??

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elmin Soruşur Yazılma Tarixi:20.11.2014 14:22:43

salam menim 20 yasim tamam olub herbi xidmete ne vaxt gedeceyimi bilmek isdeyirem

Bildiririk ki,  müraciətiniz əsasında konkret araşdırma aparılması üçün soyadınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsini (şöbəsini, bölməsini) qeyd etməyiniz vacibdir..
camalzade orxan Soruşur Yazılma Tarixi:20.11.2014 10:54:59

salam men heqiqi xidmetimi qurtarmiwam 2011 ci ilde indise gizirlik kursuna getmey isdeyirem bununcun hansi senedler lazimdi ve senedleri nevax yigib voyenkomata verim. nece ay mudetine cagrilib kursa gedecem xaiw edirem mene komeklik edesiz

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hər il mütəmadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlər seçilməsi təşkil edilir.
Bu səbəbdən Siz 28 yaş həddini keçmədiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduöunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
Eyni zamanda bildiririk ki, SQ TTM-də növbəti gizir hazırlığı kursunun hansl tarixdə keçiriləcəyi barədə məlumat əldə etmək üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Mubariz Soruşur Yazılma Tarixi:19.11.2014 21:00:29

Salam menim 17 yasim var 2015-ci ilin yanvar ayinin 29 18yasim tamam olur men ne vaxt herbi xidmete gedecem xais edirem buna bir cavab yazasiniz.Tesekur

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 12.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, saölamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Memmedov.C Soruşur Yazılma Tarixi:19.11.2014 19:06:23

Salam men SHXÇDX ye işe qebul olmaq üçün senedlerimi vermişem.Artiq bir neçe aydir ki gözleyirem mene deyirler ki imtahan olacaq imtahana çagrilacaqsan.Zehmet olmasa deyerdiz imtahan ne vaxt olacaq?

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatında keçirilən test imtahanına (müsabiqəyə) dəvət olunmaları növbəli qaydada həyata keçirilir.
Müsabiqəyə dəvət ediləcək namizədlərə əvvəlcədən məlumat verilir.
xezer, salayev Soruşur Yazılma Tarixi:19.11.2014 15:46:38

hansi herbi hisseye dusmusem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Mehemmed Abasli Soruşur Yazılma Tarixi:19.11.2014 15:34:13

siradan kenar herbi xidmet ne demeydi ?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsaəsn vətəndaşlar həbi xidmətə çağırıldırları və ya hərbi xidmətdə olduqları zamanı sıradankənar hərbi xidmətə yararlı sayıldıqda, onların hərbi xidmət keçmələri müəyyən qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilməsi nəzərdə tutulmuşdur.
elvin yusibov Soruşur Yazılma Tarixi:19.11.2014 11:20:48

men bilmey isdeyiremki sniper kurslari necaxt baslayir

Qeyd etdiyiniz xüsusi hərbi ixtisas üzrə hazırlıq kursları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində  olan "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhərində yerləşən filiallarında təşkil edilir və bu ixtisas üzrə hazırlığa yalnız müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar cəlb edilir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilir.
Bu ixtisas üzrə ödənişli kurslar təşkil edilmir.
Kurların təşkil edilməsinə dair ətraflı məlumat əldə etmək üçün "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qatdaşları 99 ünvanında yerləşən İcra Orqanına müraciət etməyiniz məqsədəuyğundur.
Metleb Zeynalov Soruşur Yazılma Tarixi:18.11.2014 19:18:30

Salam,men 02.07.93-cu ilde heqiqi herbi xidmete getmishem ve 20.01.94-cu ilden 12.05.94-cu iledek doyushlerde ishtirak etmishem(herbi biletde bu haqda qeyd olunub).30.12.95-ci ilde h/h-ni ozbashina terk etmishem.20.04.98-ci ilde ulu onder HEYDER ELIYEV cenablarinin gosterishiile amnistiya qerari tetbiq olunaraq, ehv olunmusham.Mene muharibe ishtirakcisikimi veteran vesiqesi verilebiler?Evvelceden teshekkur edirem.

Bildiririk ki, "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşlara "Müharibə veteranı" adı və vəsiqəsi Azərbaycan Resöublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə Nazirlikləri, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətləri nəzdində yaradılmış veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaların rəyi ilə verilir.
Bu səbəbdən Sizə, "Müharibə veteranı" adı və vəsiqəsi verilməsi məsələsinə baxılması üçün sənədlərinizi Müdafiə Nazirliyi nəzdində yaradılmış veteran adlarının və vəsiqələrin verilməsi üzrə komissiyaya təqdim etməlisiniz.
Rauf Feteliyev Soruşur Yazılma Tarixi:18.11.2014 14:51:31

Sizden oyrenmek isteyirdim ki,dogusdan tek boyrekler esger aparilirmi?Cox sag olun.

"Anadangəlmə bir böyrəyin olmaması" diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  80-ci maddəsinin "c" bəndinin I qrafasının tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" qərarına uyğundur.
Cədvəldə sətir sayı :14890