Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Eliyev Ixtiyar Soruşur Yazılma Tarixi:28.11.2014 23:09:38

Gence 777 sayli herbi hissede olan esger, cagiriw vereqesinde MN193sayli herbi hisse yazildigi halda, tovuza, murova, dawkesene duwe biler? Sualimi cvbladignz ycun tewekkur... mumkunse tam aciq cavblayrdnz...

Qeyd etdiyiniz məsələ ilə bağlı əsgərin xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur. 
Vasif Quliyev Soruşur Yazılma Tarixi:28.11.2014 23:09:06

Salam.menim valideyinlerimin ikiside 1 ci qrup elildi,3 bacim var evlidiler,tek oglan menem evde.men herbi qullugda xidmet gosterecem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə (başqa övladı olmayan I qrup əlilolan ata yaxud ana) əsasən ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
soltanov gulmemmed Soruşur Yazılma Tarixi:28.11.2014 18:41:33

salam men yanvarda esger gedecem bilmek isteyerdim ki hara dusmusemm?/ xais mene melumat vererdiz

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Faiq Soruşur Yazılma Tarixi:28.11.2014 18:40:38

SAlam .men herbi xidmete yararsiza sayiliram diaqnoz qoyulmusdu ...menii bu ay yene herbi hekim komisiyasindan kecirtdiler...ama cavab bilmedim meni yararli yazdilar yoxsa yararsiz...bunu nece oyrene bilerem??

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Qurbanova G Soruşur Yazılma Tarixi:28.11.2014 15:43:13

Salam mən universitetlərin birində hərbi şöbəsinde chalishiram. işimi daha dəqiq idarə etmek üçün Formalar haqqında necə məlumatlana bilərəm?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün istəyinizi açıq şəkildə yazmağınız tövsiyə olunur.
Hasan Kerimov Soruşur Yazılma Tarixi:28.11.2014 15:30:41

Salam! Cox saq olun ki suallarmizi cavablandirirsiz. Mende 1ci dereceli skalyozdu. Belin lap asagi hissesinde qrijaya yaxin yerde. 3defe herbi mohlet almisam. Amma bu defe deyirler esger gedeceksen herbi komisar. Amma mende belde keskin agrilar var , cox ayaq uste dayana bilmirem ve agir qaldiran kimide butun sumuylerim dartilir ayaqimda keyimeler olur. Bele olduqu halda herbiye yararli sayilirrami? Evvelceden tesekkur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "ç" bəndinin I qrafasına əsasən onurğanın I mərhələ  skoliozu  olan çağırıçılar "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Yusifov Bayram Soruşur Yazılma Tarixi:28.11.2014 11:38:23

Müharibə veteranı statusu 2014-cü ildə təsdiq edilmiş şəxs əvvəlki illərə görə müavinətləri ala bilərmi?

Bildiririk ki, "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşlara "Müharibə veteranı" adı və vəsiqəsi Azərbaycan Resöublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə Nazirlikləri, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətləri nəzdində yaradılmış veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaların rəyi ilə verilir.
Hərbi vəzifəlilərin müharibə veteranı statusu müvafiq orqan nəzdində yaradılmış veteran adlarının və vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən təsdiq edildikdən sonra, onlara müavinət ödənilməsi üçün hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsi (şöbəsi, bölməsi) tərəfindən veteran statusları təsdiq edildiyi tarix nəzərə alınmaqla arayış verilir.
Rəşad Muradov Soruşur Yazılma Tarixi:27.11.2014 22:04:44

Salam! Xahiş edirəm məni düzgün məlumatlandırasınız! Əgər çağırışçıya psoriaz diaqnozu qoyulmuşdursa, onu hərbi xidmətə çağırmaq qanunidirmi?

Psoriaz xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər. 
Elmin Soruşur Yazılma Tarixi:27.11.2014 20:41:59

salam men kolleci iyulda bitirmiwem bilmek isderdim ki herbi xidmete ne vaxt gedecem?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Şəfi yev Anar Soruşur Yazılma Tarixi:27.11.2014 19:09:04

Salam mən 1982 anadan olmuşam müddətdən artiq xidmətə getmək istəyirəm hara müraciət edirəm qapıdan qaytarılır olum tibb işçisi olmuşam Xahiş edirəm mənə məsləhət verin diqqətinizə görə təşəkür

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:  - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla)
Müdafiə nazirinin müavininin 20.06.2013-cü il tarixli 1/2525 nömrəli məktubuna əsasən, hərbi vəzifəlilər 28 yaş daxil olmaqla müddətdən artıq həqiqi hərbi xidmətə qəbul oluna bilərlər.
Müəyyən olunmuş yaş həddini keçməyinizlə (32 yaş) əlaqədar müraciətinizə baxılması üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897