Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Diana Amiraliyeva Soruşur Yazılma Tarixi:03.12.2014 20:00:28

Salam bagislayin yenada qardasimla bagli sorusuram.Harbi hissanin komandiri TTM qarari ila hec bir xabari yoxdur. Onu ancag Mudafiyya Naziri qarari vermalidi.Sizdan xais ediram qararin tarixini deyarsiz? Sizdan cox xaiw ediram konullu harbiya gedan biridi cbv yazin zahmat olmasa

Bildiririk ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların növbəti hazırlıq kursunun tarixi barədə məlumat əldə etmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Qurbanov Vusal Soruşur Yazılma Tarixi:03.12.2014 18:52:34

salam, menim atam 1992 ci ilde qazaxda konullu batolyanda xidmet edib amma muharibe bitdikden sonra herbi biletini vermeyibler... indi qalib bele 2 il savetin vaxtinda cekdiyi xidmetde batib gedib.. xais edirem bu haqqda melumat vererdiniz.. hara yazmaliyiq ne etmeliyikki herbi bileti ala bilek.....

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müvafiq əmrinə əsasən, itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə hərbi vəzifəlilərə yeni hərbi biletlərin verilməsi əvvəlki hərbi biletlərin itirilməsi və ya korlanması səbəbləri araşdırıldıqdan sonra verilir.
Yeni hərbi biletlə təmin edilməniz üçün Siz, sənədlərinizlə (şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə fotoşəkil və ərizə) hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarəsinə (şöbəsinə, bölməsinə) müraciət etməlisiniz. Bundan sonra Xidmətin yerli idarəsi (şöbəsi, bölməsi) tərəfindən DİN-nin yerli orqanına itirilmiş hərbi biletinizin aşkar olub-olmaması barədə sorğu göndəriləcək. Cavab alındıqdan və Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən barənizdə (xəbərdarlıq və ya müəyyən olunmuş məbləğdə cərimə edilməklə) qərar qəbul edildikdən sonra, Siz qısa müddət ərzində hərbi biletlə təmin olunacaqsınız.
samir aqarzayev Soruşur Yazılma Tarixi:03.12.2014 14:00:05

Salam men aqarzayev samir elwad oqlu 1993.07.09 anadan olmuwam ve maxe qayitmaq ucun bir herbi hisseye sened vermek isteyirem xaiw komek edin

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmətə qayıtmaq  istəyinizlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
aliyev qaqas Soruşur Yazılma Tarixi:03.12.2014 08:23:26

menim qolumda nakolka var herbi xidmete yararliyammi?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə adınız, soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
nicat Soruşur Yazılma Tarixi:03.12.2014 02:09:05

Men nicat men yetim usagam sagligimda prablemler var isim yox evim yox men bu vetenin ovladiyam ama bir basimi iceri salacag yatacag yerim yoxdu kiraye galiram borcum yigilib vere bilmirem men ne edim kime derdimi deyim pis yollara dusmedim cunki men dini imani olan insanam Allahi cox sevirem xais edirem men de bu vetenin ovladiyam mene komey edesiniz elage nom.051 469 _69_80

Sizin müraciətinizə baxılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyət çərçivəsinə aid olmadığından müvafiq qurumlara ünvanlamağınız tövsiyə olunur.
Samiq Musayev Soruşur Yazılma Tarixi:03.12.2014 01:27:59

Salam Admin Bu Yanvarda Genlerin Hara Duwduyu Ayin Nece Bilinecey Xaiw sualima cavab yazasiniz

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Seyran Guliyev Soruşur Yazılma Tarixi:02.12.2014 22:01:36

Salam Men men 4 il qarabag muharibesinde istirak etmisem. nece illerdi goy veteran vesqesini ala bilmirem. herbi biletin suretlerini sexsiyyet vesiqesinin suretini veteranlar komissiyasina gondermisem. Amma helede bir cavab ala bilmemisem. Xais edirem sualimi cavablandirasiniz. men Goy veteran vesiqesini almaq ucun ne etmeliyem? bir yol gosterin xais edirem. Tesekkurler.

Bildiririk ki, Sizə "Müharibə adı və vəsiqəsi verilməsi məsələsi il əbağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzdində yaradılmış veteran adlarının və vəsiqələrin verilməsi üzrə komissiyaya müaraciət etməlisiniz.
Filankes Filankesov Soruşur Yazılma Tarixi:02.12.2014 21:29:24

Salam. menim varikoselim var. sizce herbi xidmete yararliyam? emeliyyat olunsam bes nece?

Çağırışçılarda varikosele xəstəliyi üzrə tibbi şəhadətləndirilmə patoloji prosesin ifadə olunma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
fuad ismayılov Soruşur Yazılma Tarixi:02.12.2014 20:28:08

Salam , sqbkh tərəfindən hərbi uçotdan çıxarılmış şəxs yenidən sağlamlıq haqqında arayış alsa , onu hərbi uçota salıb hərbi xidmətə apararlarmı?xatırladım ki həmin şəxs 4 ay hərbidə olub.əgər onu hərbiyə aparsalar o 1 il 6 ay xidmət çəkəcək yoxsa 1 il 2 ay?yeni hərbi bilet acacaqlarmı?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda "hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız" hesab edilmiş şəxslərin təkrar tibbi müayinəyə cəlb olunması nəzərdə tutulmamışdır.
Sanan Soruşur Yazılma Tarixi:02.12.2014 19:07:36

Salam men istiyerdim oyrenem Ukraynanin herbi bileti taninirmi Azerbaycan Respublikasinda

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər hərbi vəzifəli kimi yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi qeydiyyata alınırlar.
Bu kateqoriyadan olan şəxslərə əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən verilmiş hərbi biletlər Səfərbərlik və HƏrbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi qeydiyyata alınarkən alınır və onlar Azərbaycan Respublikasının hərbi vəzifəli vətəndaşlarına verilən hərbi biletlə təmin edilirlər.
Cədvəldə sətir sayı :14897