Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cəlil Yəhya Soruşur Yazılma Tarixi:08.12.2014 17:42:51

Salam, Men bakalvr tehsilimi xaricde basa vurmusam ve hal hazirda xaricde magistr tehsilime davam edirem. Mene herbi xidmete cagiris gelib. Bakalavr tehsilini xaricde bitirenlere magistr tehsiline xaricde davam etmeleri ucun esgerlikden mohlet verilmir? Men telebe kagizimi gondersem mene mohlet veriler?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə (bakalavr pilləsini bitirənədək) möhlət verilir.
ferhad Soruşur Yazılma Tarixi:08.12.2014 16:39:03

Salam,avtomobil kurslari ilde nece defe teskil olunur ve hansi aylarda?

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün sürücü ixtisası üzrə mütəxəssislərin hazırlıq kursları fevral, may, avqust, və noyabr aylarından etibarən fəaliyyətə başlayır. Bu kurslara 17 yaşına çatmış, müddətli həqiqi hərbi xidmətə tam yararlı olan və müddətli həqiqi hərbi xidmətə möhlət hüququ olmayan vətındaşlar və çağırışçılar cəlb edilir.
Bununla yanaşı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində  yaradılmış "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin tədris filiallarında ödənişli əsaslarla sürücülük kursları mütəmadi olaraq təşkil edilir.
Qeyd olunan kurlar barədə ətraflı məlumat əldə etmək üçün "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qatdaşları 99 ünvanında yerləşən İcra Orqanına müraciət etməyiniz məqsədəuyğundur.  
TURXAN ESGEROV Soruşur Yazılma Tarixi:08.12.2014 14:38:04

Salam universiteti dondurmusam aile vezyetine gore indi ise meni yanvarda esgerliye cagiriblar.2015 Sentyabrinda uniye qayitmaq isdeyirem.Bu mumkun ola biler?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, orta təhsilli çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Roman Abdulov Soruşur Yazılma Tarixi:08.12.2014 08:56:58

112 sülhməramlı qüvvələr harda yerləşir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Nurlan,Eminzade Soruşur Yazılma Tarixi:07.12.2014 22:55:19

Yanvar cagirisindayam hansi herbi hisseye duseceyimi nece oyrene bilerem?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
salam salamov Soruşur Yazılma Tarixi:07.12.2014 20:27:20

men ehtiyatda olan mayoram...shxcdx texris olunmuwam oz xaiwimle ..tezeden xidmete berpa oluna bileremmi..

Bildiririk ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Aslanli Murad Soruşur Yazılma Tarixi:07.12.2014 15:39:25

Salam mən imtahanimi ALİ hərbi akademiyaya verəcəm.İnşallah akademiyaya qəbul olsam və oranı bitirsəm,hərbi xidmətə yollanacağammı?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşların (kursantların) həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur.
Sadiqov Sukran Soruşur Yazılma Tarixi:07.12.2014 15:32:16

Salam men ali herbi akademiyada oxuyuram.ali herbi akademiyani bitirdikden sonra herbi xidmete yollanacam ya yox?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşların (kursantların) həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur.
əliyev nihad Soruşur Yazılma Tarixi:07.12.2014 14:32:13

salam men iyunda esger gedecem amma soci alinpiyaya gore imtahanlari tez versem gede bileremi ????? cavab yazarsi onceden tesekurler

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Resöublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Azizaga Azizov Soruşur Yazılma Tarixi:07.12.2014 09:51:58

Oglum 6 (altı) aydır əsgərlikdədir. Bir ay sonra Bacısının toy mərasimidir. Anasə yoxdur uşaqları tək saxlayıram. Toy mərasimində iştirak etməsini çox istərdik.Xahiş edirik cavablandırasınız. Əvvəlcədən təşəkkürlərimizi bildiririk.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün oğlunuzun soyadını, adını, atasının adı, təvəllüdünü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14897