Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vugar agabalayev Soruşur Yazılma Tarixi:07.12.2014 01:31:02

2014 aprelde gedmeliydim xestliye gore yoxlaniwa gonderibler bakiya indiye geder cavablar gelmiyib ama tam saglamam Nece el ye bileremki esker aparsinlar

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Kamran Mehbaliyev Soruşur Yazılma Tarixi:07.12.2014 01:12:35

salam. Menim herbi qeydiyyat haqqinda arayisim ( prizivnoy bilet ) itib. Bunun ucun ne etmeliyem? her hansi dovlet rusumu var mi?

Bildiririk ki, hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrinin) qəsdən korlanması və ya etinadsız saxlanması nəticəsində itirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarında cərimə edilir.
ehmed eliyev Soruşur Yazılma Tarixi:06.12.2014 21:27:49

men ehtiyyatda olan zabitem hal-hazirda tehsil sahesinde calisiram sizin bu xidmetde islemek isteyirem bunun ucun hansi senedleri ne vaxt hara teqdim etmeliyem

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Huseyin Soruşur Yazılma Tarixi:06.12.2014 18:04:21

herbi xidmete yararlidir A3 ne demekdir?

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssislər "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər" cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin  3 nömrəli cədvəli) "a" bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın  (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir.
qurbanzade cavad Soruşur Yazılma Tarixi:05.12.2014 23:00:58

salam. men 9 sayli Baki pese litseyini 1 illik avto elektrik ixtisasinda tehsil aliram. sentabirin 15 qebul olmuwam. iyunun 30 kimi hemin mektebde tehsil almaliyam. ve dekabirin 15 .18 yawim tamam olur. papiskam gelib .. bilmey isdirem bu nece olur. men axi oxuyuram. yanvarda aparmamalidilar meni

Bildiririk ki, oxuduğunuz təhsil müəssisəsini təhsil müddəti göstərilməklə alınmış arayışı qeydiyyatda olduğunuz idarə, şöbə və bölməyə təqdim etməyiniz tövsiyə olunur.
Hesen Kerimov Soruşur Yazılma Tarixi:05.12.2014 21:43:21

Salam Her vaxtiniz xeyr. Cox saq ol suallari cavablandirirsiz...Men muayineden kecenden sonra Netice bele oldu: Sag terefli skolioz ve S1 feqerede spina bifida. L4-5-S1 feqere arasi diskda minimal arxa medial qabarma. Yararli sayilirammi? Cox xahis cavab yazin.

Çağırışçıların onurğa xəstəlikləri və onların nəticələri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin I qrafasının tələblərinə əsasən skoliozun dərəcəsindın asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır..
Samir Guseynov Soruşur Yazılma Tarixi:05.12.2014 20:54:31

hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların message (SMS) ansi nomreye yolluyum ?

9100
Memmedov Melik Soruşur Yazılma Tarixi:05.12.2014 17:16:30

salam men muddedden artiq herbi xidmet etmek isteyirem ozum salyanda qaliram wirvanda n sayli herbi hissede qulluq etmek isteyirem haraa muraciyet ede bilerem?

Bildiririk ki, Şirvan rayonunda yerləşən hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmət keçmək istəyinizlə bağlı aisiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Anar Qasımov Soruşur Yazılma Tarixi:05.12.2014 15:35:14

Salam,mən hərbi xidmətdən 2014 oktyabrda qayımışam.Ali təhsilliyəm.Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm.Orduya qayıtmaq istəyirəm.Bilmək istərdim ki,maliyyə ixtisasımla bağlı maliyyəçi və yaxud da motoatıcı zabit kimi qayıtmaq mümkündürmü?

Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz ixtisaslar üzrə zabit kimi hərbi xidmətə qayıtmaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Nizam Qurbanov Soruşur Yazılma Tarixi:05.12.2014 15:27:49

men yanvarin 2 gedirem xidmete hara dusduyumu bilmek isteyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897