Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
eliyev nihad Soruşur Yazılma Tarixi:09.12.2014 15:34:47

Salam 2 ci defe mureciet edirem cavabi basa dusmedin. Men 1995 ci tevveludluyem pese liseyimde oxuduquma gore esgerlikden qalmisam iyul da gedecem Ola biler ki olimpiya oyunlarina gore aprelde gedim????

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə 0 yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək  çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sabir Huseynli Soruşur Yazılma Tarixi:09.12.2014 15:31:55

Men Salyan herbi komisarliqindan heqiqi herbi xidmete caqirilmisam.01.10.1996-ci i l tevellud.men hara dusduyumu bilmek isteyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Mehdiyev Elnur Soruşur Yazılma Tarixi:09.12.2014 15:26:40

salam.xestelikler cedvelinin 1qrafasinin 80c maddesi hansi xesteliklere aiddir?zehmet olmasa cvblandirardiniz.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Seymur Memmedov Soruşur Yazılma Tarixi:09.12.2014 14:09:59

salam men Unveristetin 1 ci kursunda oxyuram kesfiyyat ve suruculuk kursuna qosula bilerem? ve rayon qeydiyyatindayam amma Bakida oxyuram bu kursa bakida gede bilerem?

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün xüsusi hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlıq kursuna, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan çağırışçılar cəlb edilir.
Sizin, təhsilinizi davam etdirmək üçün çağırışdan möhlət hüququnuzun olması ilə əlaqədar, qeyd olunan kurslara cəlb edilməniz mümkünsüzdür.
Bununla yanaşə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində  yaradılmış "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin tədris filiallarında bu ixtisaslar üzrə ödənişlis kurslar təşkil edilir.
Qeyd  olunan kurlar barədə ətraflı məlumat əldə etmək üçün "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin  İcra Orqanına müraciət etməyiniz məqsədəuyğundur.  
Vasif Soruşur Yazılma Tarixi:09.12.2014 14:09:15

Salam sualim ondan ibaretdirki menim dostum mehz mn yox diger qowun novunde muddetden artiq yani maxe kimi xidmet etmekcun senedlerin verib hemen qowunun komandanliqina kadrlar wobesine ve emri gelib lakin taniwim nomresin itirdiyinen olar eleqe yarada bilmeyib ve dostum olarla elaqe yaradanda olar dedilerki yene gozle cagracuq lakin dostum nece aydi gozleyir ele deyirler cagracuq indi bilmey isteyirikki biz menim dostum gedib ordan senedlerin goture biler? Bawqa yere vermey ucun yani oz senedlerin almaq huququ var ordan?

Bildiririk ki, dostunuz ona məxsus şəxsi işin geri qaytarılması və Müdafiə Nazirliyində hərbi xidmət keçmək istəyinin olmaması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlidir.
cavad qurbanzade Soruşur Yazılma Tarixi:09.12.2014 12:16:43

salam men oxuduğunuz təhsil müəssisəsini təhsil müddəti göstərmiwem vaikamanta. ama vaikamat deyirki bu arayiwin hec bir rolu yoxdur. 9 sayli pewe litseyinde oxuyuram 1 illik. 30 iyunda tehsilimi bitirirem. ama yanvara papiskam gelibb..

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
emrah eliyev Soruşur Yazılma Tarixi:09.12.2014 12:13:11

Salam menim 17 yasim var pese mektebinde oxuyuram aprelin 5i 18. Yasim tamam olacaq Men ne vaxt esger gedecem

18 yaşı 05 apreldə tamam olmuş vətəndaşlar 2015-ci ilin aprel ayının 5-dən sonra müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
azər şəmilov Soruşur Yazılma Tarixi:09.12.2014 10:37:29

Mən veteran knijkamı itirmişəm.yenisini nece ala bilərəm?

Bildiririk ki, "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşlara "Müharibə veteranı" adı və vəsiqəsi Azərbaycan Resöublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə Nazirlikləri, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətləri nəzdində yaradılmış veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaların rəyi ilə verilir.
Bu səbəbdən Sizə itirilmiş "Müharibə veteranı" vəsiqənizin əvəzinə yenisinin verilməsi məsələsinə baxılması üçün sənədlərinizi Müdafiə Nazirliyi nəzdində yaradılmış veteran adlarının və vəsiqələrin verilməsi üzrə komissiyaya təqdim etməlisiniz.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, arxiv məlumatlarınızın əldə edilməsi üçün hərbi qeydiyyatda olduöunuz Səfərbərlik və  Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbəsinə, bölməsinə) müraciət edə bilərsiniz.
azər şəmlıov Soruşur Yazılma Tarixi:09.12.2014 10:31:08

Salam.men qazax rayon sakiniyəm.oglum 2010 cu ilde belarusiya respublikaslnln minsk şəhərində fövqaladə hallar nazirliyinin akademiyasına daxil olmusdur və 2014 cu ilde həmin akademiyanı bitirmisdir.4 il kursant olaraq oxumuşdur.indi onu əsgərliyə çagırıblar.onun əsgər kimi qulluq etməsi duzgundurmu?o əsgərliyə getməlidirmi?

Azərbaycan Respublikasının xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) bitirərək ilk zabit rütbəsi almış Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular birbaşa kadr zabit heyətinə keçirilirlər.
səbuhi Nəsibov Soruşur Yazılma Tarixi:09.12.2014 09:54:43

salam.mən ali təhsilliyəm xidmətə getmək istəyirəm.təlim tədris mərkəzinə qəbul olmaq istəyirəm.deyirlər bunun üçün milli orduya düşməliyəm.daxili qoşunlar ya da sərhəd xidmətinə düşsəm bəs nece kursa gedib leytenant ola bilərəm .yanvar çağırışında getməliyəm.bəs daxili qoşunlara düşsəm təlim tədris mərkəzinə üç aylıq leytenantlıq kursuna gedib leytenant işləyə bilərəmmi hərbidə?

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Cədvəldə sətir sayı :14897