Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əsmər Ağayeva Soruşur Yazılma Tarixi:16.12.2014 21:36:50

Salam. 12 noyabr 2014-cü il tarixdə SHXÇDX də müsahibədən keçmişəm. Suraxanı rayonuna göndəriş verilib. 12 noyabr əmək müqaviləsi imzalamışam. Lazım olan sənədlər də göndərilib. Lakin 1 aydan çoxdu heç bir xəbər yoxdu. Xaiş edirəm mənə məlumat verəsiniz.

Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizə baxılır və bu barədə Sizə əlavə məlumat veriləcəkdir.
veliyev Anar Soruşur Yazılma Tarixi:16.12.2014 20:17:46

Men 2015 nci ilde yanvar aynin 2 si herbi xidmete cagrilmiwam hara duwduymu nece bile bilerem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Ayxan Hemidsoy Soruşur Yazılma Tarixi:16.12.2014 17:35:47

Salam men 1995 ci ildenem ve xesteliyime gore esgere getmemisem heleki tam sagalmamisam. Bugun zeng geldi ve deyildiki sabah vayankamata gel biletin tesdiqe gedir bu ne demekdir men anlamadim. Xahis etsem basa sala bilersiz?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Aydinov Ehmed Soruşur Yazılma Tarixi:16.12.2014 16:39:01

salam.07.01.2015 tarixinde heqiqi herbi xidmete gedecem.Ali tehsilliyem ve TTM daxil olmaq isteyirem,Bilmek isterdim bunun ucun ne zaman ve hara erize ile muraciet etmek laizmdir? Tesekkurler

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
sadiq ehmedov Soruşur Yazılma Tarixi:16.12.2014 14:22:10

salam men agstafa 065 sayli herbi hissede olmusam orda muddetden artig qullug etmey ucun hemin hisseye yaxinlasdim ve mennen 3 min manat pul istediler bu ne derecede mumkundu yoxsa rusvet di veya dovlet rusumudu? bilmirem axi prezdintemizin qerari var idi axi hansi herbi hissede qullug elemisense ora gede bilersen .birde ora ne senet lazimdi xais bu barede mene komeklik edesizde etrafli onceden tesekur

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş hərbi vəzifəlilər tərəfindən hər hansı dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdır.
Odur ki, 065 saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmət keçmək istəyinizlə bağlı Sizdən rüşvət istənilməsinə dair aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və aidiyyəti üzrə hərbi prokurorluğa  müraciət etməlisiniz.
Səmilov Aydın Soruşur Yazılma Tarixi:16.12.2014 13:42:13

Salam/ Mən 1993 ci il təvılüdüyəm Ali təhsiliyəm Minsqide FHN qutarmışam 2015 ci il yanvar ayı üçün çagrışçıyam. Mən bilmək isdəyirəm ki Mən FHN hərbi hissəsinə düşə bilərem. Yoxsa her bir hırbi hissəyə düşmə etimalı olar. Qabaqcadan çox sağ ol deyirəm

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.
Kərimov Bəxtiyar Soruşur Yazılma Tarixi:16.12.2014 11:54:34

Salam mənim hərbi biletimdə MN 2000-ci il 95-li əmri maddə 13bəndi 4-cü məhdudiyyətlə h/xidmətə yararlı.Bunun mənasını və səbəbini öyrənmək isdəyərdim.Yəni hansı məhdudiyyətdi.Öncədən təşəkkür edirəm.

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər" cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin 3 nömrəli cədəvli) "a" bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. 
Nihat Abdullayev Soruşur Yazılma Tarixi:16.12.2014 11:28:57

men 1996.11.1 qabaqcadan hara duseceyimi bilmek isdeyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Rauf Qarayev Soruşur Yazılma Tarixi:16.12.2014 00:10:59

Salam! Her 3 ildən bir xəstəliyə görə tibi yoxlanışdan keçən çağırşçı, neçənci dəfə bu yoxlamadan keçdikdən sonra əllik dərəcəsi alır. Qeyd edim ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin bu barədə 3 il bundan əvvəl göstərişi var idi. Bununla əlaqədar xəstəliyə görə möhlət hüququ alan çağrışçı müəyyən dövrdən sonra əgər müəyyən xəstəliyi yəni şikəstliyi ilə bağlı hərbi xidmətə yararsızdırsa ona əllik dərəcəsi verib daimi tibbi komisiyyadan azad olunmalı idi. Bununla bağlı Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər»in) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik olubmu?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Əlillik dərəcəsinin  alınması ilə əlaqədar Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.
Orxan Ehedov Soruşur Yazılma Tarixi:15.12.2014 23:13:03

Men EHEDOV ORXAN ELXAN OGLU 1998 . 31 YANVAR. bir sualim daha var , menim anadan gelme bir böyreyim digerdinden ölcusune göre kicikdir, amma digeride normasina göre böyukdur yani evez edir 2 sinide faliyyet gösterir yoxlanishda her 2 side faliyyet gösterir, anadan gelme beledir men könullu olaraq herbi xidmete gede bilerem?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897