Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elmeddin Veysəlov Soruşur Yazılma Tarixi:19.12.2014 00:08:45

Veyselov Elmedin Etraf oğlu.1996 21 iyul.2015 ci ilde yanvarin 5 herbi xidmetde getcem,harda qulug etcem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Hesen Memmedli Soruşur Yazılma Tarixi:18.12.2014 23:07:00

salam.men 2013cu il iyunda heqiqi herbi xidmete getmiwem.2013un avqustun 21i ag ciyerde leke diaqnozu ile hospitala getdim.3ay orada mualice alib niqodnu biletle uvolt oldum. indi ise sty hospitalda muayineden kecdim.dediler ki neticeni komissarliga gondereceyik. bilmek isteyirem ki eger saglam cixsam yeniden herbiye qayidacam? birde ki qayitsam xidmet qaldigi yerden davam edecek?

Siz, təkrar şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
Kamal Soruşur Yazılma Tarixi:18.12.2014 23:06:02

Mən bilmək istərdim ki, saytınızda Azərbaycan Respublikasının ''İnzibati-ərazi vahidləri'' bölməsində yerləşdirilən məlumatlar neçənci ilin statistik göstəriciləridir? Təşəkkürlər.

Bİldiririk ki, Xidmətin saytında yerləşdirilmiş statistik məlumatların dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu baxımdan müraciıtinizdə qeyd olunan statistik məlumatlarında ilin sonunda yenilənməsi həyata keçiriləcəkdir.
Elvin Huseyinov Soruşur Yazılma Tarixi:18.12.2014 22:11:03

men hara dusmusem Elvin Huseyinov

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Munevver Qeribova Soruşur Yazılma Tarixi:18.12.2014 22:05:31

Salam.narahatciliga gore uzr istiyirem...saxta xestelik kagizi ile esger getmeyen vetendasin esgerliye aparilmasi ucun hara muraciet etmek lazimdi...onceden tesekkurler

Qeyd etdiyiniz məsələ ilə bağlı yalnız qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Yalnız tibbi müayinə zamanı "hərbi xidmətə yararlı" sayılmış vətəndaşlar hərbi xidmətə göndərilirlər.
mehman cumsudlu Soruşur Yazılma Tarixi:18.12.2014 17:25:04

Salam men2015 yanvar ayi cagiriwcisiyam. lacin rayon herbi kamisarligi 1997 yanvar.2.hara duweceyimi bilmek isteyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Rauf Muradov Soruşur Yazılma Tarixi:18.12.2014 11:55:51

Salam. Men Milli Orduya gizir kimi calismaq isteyirem. Bunun ucun hansi senedler lazimdir. ve hara murciyyet edim.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hər il mütəmadi olaraq Silahlı Qüvvələtin Təlim və Tədris Mərkəzinə gizir hazırlığı kursunda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir.
Bu səbəbdən Siz 28 yaş həddin keçmədiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduöunuz Xidmətin yerli idarəsinə (şöbəsinə, bölməsinə) müraciət etməlisiniz.
Eyni zamanda bildiririk ki, SQ TTM-də növbəti gizir hazırlığı kursunun hansı tarixdə keçiriləcəyi barədə məlumat əldə etmək üçün aidiyyəti üzrə Müdafiə nazirliyinə müraciət etməlisiniz.
CÖVRAL ABDULLAYEV Soruşur Yazılma Tarixi:18.12.2014 11:05:57

salam mən 2015ci il yanvar ayinda herbi xidmete yola dusecem amma mehdud herbi xidmet limi gedecem men mehdud herbi xidmet haqqinda qanun qayda veya nizamnameni axtariram amma tapa bilmirem komek ede bilerdiniz zehmet olmasa mehdud herbi xidmet barede melumati harda tapa bilerem ?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün istəyinizi açıq şəkildə yazmağınız tövsiyə olunur.
Kamran Bayramov Soruşur Yazılma Tarixi:17.12.2014 22:48:13

Salam, mən ehtiyatda olan zabitəm (leytenant) 34 yaşım var. Mən bilmək istəyirəm yenidən ordu sıralarında vətənim Azərbaycana xidmət edə bilərəm? edə bilərəmsə hara müraciət edim. xahiş edirəm cavab yazın.

Bildiririk ki, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə  (İşə) qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Rəhimov Gəray Zəkaray oğlu Soruşur Yazılma Tarixi:17.12.2014 21:53:29

Sala Mən 1992 ildə Füzuli Hərbi Komisarlğdan əsgərliyə çağırılmışam 2 dəfə Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanmışam 1992-ci ildə Kosbital füzuli Rayonun Qaraxanbəyli kəndində yerləşir lakin bunlara baxmayaraq o vaxtkı nəçənlik ştapin savadsızlığı ucbatından Hərbi Biletimiə nə kiriş nədə çıxış peç atı vurulmamışdır. Sizdən artıq dərəcədə xaiş edirəm muharibə işdirakçı vəsiqəsinin nə cur alınmasında mənə köməklik gösdərəsiniz Əvəlcədən təşəkürümü bildirirəm.

Bildiririk ki, "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşlara "Müharibə veteranı" adı və vəsiqəsi Azərbaycan Resöublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə Nazirlikləri, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətləri nəzdində yaradılmış veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaların rəyi ilə verilir.
Bu səbəbdən Sizə "
Müharibə veteranı" adı və vəsiqəsi verilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Müdafiə Nazirliyi nəzdində yaradılmış veteran adlarının və vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etməlisiniz.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, arxiv məlumatlarınızın əldə edilməsi, üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbəsi və ya bölməsinə) müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897