Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Muraz Memmedov Soruşur Yazılma Tarixi:25.12.2014 19:19:24

Salam adım Murazdı. Örgənmək istərdim, hansı şəxslər hərbi xidmətdən azad olunur

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir:
1. Ailə vəziyyətinə görə;
2. Sağlamlıq vəziyyətinə görə;
3. Təhsilini davam etdirmək üçün.
Ramil Hüseynov Soruşur Yazılma Tarixi:25.12.2014 11:27:44

Cəbrayil rayon şöbesi harada yerləşir?

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və HƏrbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsi Bakı şəhəri, Nərimanov rayonu, Arif Hacıyev küçəsi, 1926-cı məhəllədə yerləşir.
ismayil Soruşur Yazılma Tarixi:24.12.2014 19:22:12

Menim 18yasim aprelin 18olur hacan aparacaqlar meni gun lazimdi

18 yaşı 18 apreldə tamam olmuş vətəndaşlar aprel ayının 18-dən sonra müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
Dilarə Hüseynova Soruşur Yazılma Tarixi:24.12.2014 17:32:33

Salam.Mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarələrinin ünvanlarını haradan və ya hansl saytdan əldə edə bilərəm?

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri haqda məlumatları www.gomap.az saytından əldə edə bilərsiniz.
Elsever Mursudov Soruşur Yazılma Tarixi:24.12.2014 16:14:46

Salam.Men Muddetden elave yeni herbi hissede maxe kimi işlemek isteyirem ama her yer pulnandı imkanım yoxdu mene komek ede bilersiz meni işe gotursunler?

Bildiririk ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul olunmaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya müvafiq hərbi hissə komandirinə müraciət etməlisiniz.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün Sizdən rüşvət istənilməsi ilə bağlı aidiyyəti hərbi prokurorluğa müraciət edə bilərsiniz.
quliyeva kemale Soruşur Yazılma Tarixi:24.12.2014 13:58:14

salam.oglumun qolunda problem var amma hekimlerden kecib ve yararli yazilib.lakin onun sumuklerinde problem var eyni yerden 5 defe sinib ve qolu eyridi bunu herbi xidmete yollayanda nezere alinacaq?

Oğlunuz qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır..
cesaret Soruşur Yazılma Tarixi:24.12.2014 09:13:02

Men. Cesaret astara rayonun. Masxan kendınde. Yasayıram. 1997 yanvar. Ayın. 3 ad. Gunumdu. Bılmek. Olar. Hara. Dusmusem. Bunu. Tecılı. Mene. Catdıra. Bılersınız. Gozluyurem. Sagolun.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Esgerov Nureddin Soruşur Yazılma Tarixi:24.12.2014 00:33:02

Salam men Esgerov Nureddin Qorxmaz oglu Sumqayit seher qeydiyyatindayam 5yanvar 2015 ci ilden herbi xidmete cagrilmisam qiyabi oxuyuram telebeyem.Harda qulluq edeciymi bilmek isteyirem.Sumqayit qeydiyyattindayam

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
ehmedov eli Soruşur Yazılma Tarixi:23.12.2014 23:38:02

men hansi herbi hisseye dusmusem xais edirem cavaplandirasiniz

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Amid Abdullayev Soruşur Yazılma Tarixi:23.12.2014 19:23:19

Axsaminiz xeyir...1988. sentyabr 7 teveludluyem 1.2.2015 herbi xidmete cagris almisam ozum ali mekteb oxumusam amma bezi sebeblerden diplomum yoxdu..amma herbi tehsil almaq isteyirem nece ede bilerem eskerlik dovrunde telim tedris bolmesine daxil ola bileremi ?

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Cədvəldə sətir sayı :14890