Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ramil Davudov Soruşur Yazılma Tarixi:28.12.2014 20:41:41

190 nomreli herbi hisse harda yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Şəbnəm Ələsgərova Soruşur Yazılma Tarixi:28.12.2014 15:55:58

Qohumum Qədiyev Mənsur Vəli oğlu 14 dekabr 1996 cı ildə Kürdəmir rayon Sığırlı kəndində anadan olub.Bilmək isterdik hansı şəhərdə,hansı hərbi hissəyə düşüb.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Sebuhi Ibrahimov Soruşur Yazılma Tarixi:28.12.2014 14:14:16

Men Ibrahimov Sebuhi,Gedebey rayonun Agamalı kendinde 1996-cı ilde noyabr ayının 8 - de anadan olmusam,ve bununla sizden xahiş adirem ki menim ne vaxt ve hara duşmeyim barresinde melumat veresiniz

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Rauf Rzayev Soruşur Yazılma Tarixi:27.12.2014 22:07:39

Salam. Xəstəliyə görə ordudan tərxis olunan zabitlər, sağ aldığı təqdirdə yenidən hərbi xidmətə bərpa oluna bilərmi? Bunun üçün yaş həddi vaYenidən hərbi xidmətə çağırılması üçün hansı sənədlər lazımdır?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.
 Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, zabit kimi hərbi xidmətə qayıtmaq istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Axmed isayev Soruşur Yazılma Tarixi:27.12.2014 19:04:25

175 ci herbi hise harda yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Ramin Abdullayev Soruşur Yazılma Tarixi:27.12.2014 04:09:55

Salam. men yanvarin 5 gedirem. ali tehsilliyem. universiteti rosiaya bitirmiwem. diplomum tehsil naazirliyi terefinden may ayinda testiq olunacaq, bilmek istiyirem men ehtiyat zabit kimi qulluq ede bilerem mi? ve bunun ucun hara muraciyet etmek lazimdi. ddiplomum tezstiq olunmamiw menim qarantinden sonram TTm oxumaga gondere bilerler ve ya yox ? xaish edirem bacardiginiz qeder sualimi aydin cavablandirasiz.

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Sahbazov Amid Soruşur Yazılma Tarixi:27.12.2014 02:12:31

salam bu qurumda ise qebul olmaq ucun vereceyimiz imtahanin tarixini texminende olsa bilmek olar?sagolun

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir.
Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əıavə məlumat veriləcəkdir.
Sahbazov Kenan Soruşur Yazılma Tarixi:26.12.2014 18:46:35

Her vaxtiniz xeyir. Men Haciqabul seher qeydiyatindayam ,ali tehsilliyem ve leytinant kimi 1il 9 ay muddetine herbi xidmete gedmey isteyirem. Bunun ucun hara muraciet etmeliyem? eger qeleceyde herbide qalsam hansi rutbeye qeder qalxa bilerem? Bunun ucun hara muraciet etmeliyem? teysili xarici olkede almisham. cox sagolun

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Əli Rəhimli Soruşur Yazılma Tarixi:26.12.2014 16:53:55

çağırışçı şəhadətnaməsi nədir?

Bildiririk ki, çağırışçının tibbi şəhadətnaməsi "Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt"ı deməkdir.
Perviz Hüseynov Soruşur Yazılma Tarixi:26.12.2014 01:34:31

Salam. Mene xaish edirem deqiq melumat verin. Men 1996.12.15 tevveluduyem mene bu ay paviska gelmiwdi. Ama mektebde geri qaldiqim ucun aparmadilar. Indi 10-cu sinfde oxuyuram. Adim mektebli olduqu ucun gede bilmedim. Dediler 11-i qutaran kimi çagiracaqlar. Mueyyen sebeblere gore mektebden cixdim yaniki mektebden adimi sildirdim cixdim. Indi men harasa muraciet etsem aparacaqlar ? Uje adim mektebde yoxdu silinib. Cagiris geler mene ?

Qeyd etdiyiniz məsələ ilə bağlı  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14890