Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cahangir nebiyev Soruşur Yazılma Tarixi:31.12.2014 02:36:52

salam bu il milli meclis yeni qanun qebul etdi .bu qanunun sulh dovrunde yararsiz muharibe dovrunde mehdud yararlilara aiddir?

Ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün 2014-cü il ərzində qəbul olunmuş normativ hüquqi aktın tarixini və nömrəsini yazmağınız tövsiyə olunur.
kenan huseynli Soruşur Yazılma Tarixi:31.12.2014 02:35:36

950 nomrehi herbi hissi harda yerleshir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
cavid,Təhməzov Soruşur Yazılma Tarixi:31.12.2014 01:34:19

Salam. Men 1995tevelüdem sehetimle prablemim olduqu üçün möhlet hüququ götürmüşdüm dekabrn5i.2014 cü ilde citiy hospitala yoxlamaya gönderdiler hele bu güne qeder cavab gelmiyib. Ama indi özümü tam yaxşı his edirem ve esger getmey isdeyirem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
nergiz Soruşur Yazılma Tarixi:31.12.2014 00:47:31

usagin gozu eyridise onu esger aparillar sagolun

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Övladınız qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Rauf Fetullayev Soruşur Yazılma Tarixi:31.12.2014 00:09:25

Fətullayev Rauf Rasim oğlu. mənim adim niyə cağırışcılar arasinda yoxdur.

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Anar Quliyev Soruşur Yazılma Tarixi:30.12.2014 23:36:19

Salam adim anardi 1995 ci ilde anadan olmusam. kollecde 2 kursda oxuyuram kallece sehadetname ile girmisem ona eskerliye heleki gedmemisem .amma 2016 ci ilde iyul ayinda mektebi bitirecem. Senedlerimi ali mektebe vermek isteyirem amma mektebi bitiren kimi cagiriw olacaq .imtahandan ugurla kecsem oxuyacam yoxsa esker gedecem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
həsənli rövşən Soruşur Yazılma Tarixi:30.12.2014 23:06:19

salam. hansı herbi hissede qulluq edeceyimi oyrenmey isteyirem. sms ve elektron xidmet vasitesi ilə müraciyet etmişəm amma dəqiq cavab almamışam . mənə yazırsız ki, Xidmət edəcəyiniz Qoşun növü: Dövlət Sərhəd Xidməti. xaiş eliyirem deqiq cavab veresiniz.

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Taleh Qaracayev Soruşur Yazılma Tarixi:30.12.2014 22:58:42

Salam men 16yashimda yoxlanisha gedende yarasiZ yazilib.sinem dogushdan iceri batib.ve boyreyimde kista var.madde 86 yazilib.avtomektebi oxumaq istedim dediler sinen batib olmaz.mene deyin men ne ede bilerem.ama voenkomatin komandiri dedi aparacayiq seni tevellud 20.06.1997

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
ağamirzə Soruşur Yazılma Tarixi:30.12.2014 22:39:41

Mən 5 yanvar cagriscisiyam düşəcəyim yer "Müdafiə Nazirliyi, Hərbi hissənin nömrəsi: 193" harda yerləşir bu yer?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Xeyam Rehimli Soruşur Yazılma Tarixi:30.12.2014 22:31:16

men.Rehimli Xeyam qaradag rayonun qobustan qesbesinde yawayiram 1996.08.24 yanvar cagriwciyam xesteleyime gore aprel cagriwcisi ola bilerem hekimden de kagizim var aprelde malicem qutarir xaiw edirem ki menim bu iwimle elaqeder melumat veresiz

Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız və müayinə nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14897