Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
babek yusibov Soruşur Yazılma Tarixi:01.01.2015 18:13:56

Men bu il universiteti bitirirem herbi xidmetde leytinant kimi gede bilerem

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Məmmədov İlyas Soruşur Yazılma Tarixi:01.01.2015 17:18:00

Azərbaycan respublikası Mudafiə Nazirinin 2000-ci il 95 nömrəli əmr 34 və 35 maddələri nə deməkdir? Onu hardan tapıb oxumaq olar internet vasitəsilə? Xahiş edirəm mənə yardımçı olasınız.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2000-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq olunmuş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinə əsasən 34-cü maddə "Refraksiya və akkomodasiyanın pozulmaları" və 35-ci maddə "Korluq və ya zəif görmə"dir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevraı tarixli, 59 nömrəli qərarı ilə "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2000-ci il tarixli 48 nömrəli qərarı ilə təqdiq olunmuş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" qüvvədən düşmüşdür.
Əfqan İsmayilzade Soruşur Yazılma Tarixi:01.01.2015 16:28:24

Salam yanvarin 2 sine cagiris gelib mene ama bayrama gore gec aparacaglar bu duzdu ?

Çağırışçıların yanvar ayının 7-dən hərbi hissələrə göndərilməsi təşkil olunacaq.
Rufet Huseynov Soruşur Yazılma Tarixi:01.01.2015 13:08:58

il boyu davam edən allergik rinitdən əziyyət çəkən oğlanlar, hərbi xidmətə yararlıdılarmı?

Çağırışçıların tənəffüs orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 49-53-cü maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən  asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Elvin Memmedov Soruşur Yazılma Tarixi:01.01.2015 07:42:19

Men selyan rayonu xalac kendinde qalıram 11.12.1996 ci ilde anadan olmuşam 05.01.2015 ci ile herbiye cağrılmışam DSX Dövlet serhet xidmetine düşmüşem amma bilmirem hansı bölgede xidmetimi eliyecem.

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
iftixar Emrullayev Soruşur Yazılma Tarixi:01.01.2015 01:36:04

MN 999 nomreli herbi hisse harda yerlewir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
elcan nagiyev Soruşur Yazılma Tarixi:01.01.2015 00:34:14

salam men nagiyev elcan sohret oglu nece ildirki meni saglam ola ola esgerliye yollamirlar bu yanvarada paveska vermeyibler xais edirem mene komek edesin gorey sebeb nedirki men nece ildirki xidmetden uzaq qaliram hec mene vayenni biletidevermiyibler nedeki hecbir xesteliyimde yoxdur?..

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nagiyev Färid Soruşur Yazılma Tarixi:31.12.2014 23:05:57

General leytenan Arzu Rähimova dekabir ayinin 12 dä mäktub göndärmisäm. Mänä xäbärnamä gälib ki mäktub catib amma ki mäktubun cavabi bu günä kimi mänä yazilmayib.

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dekabr ayında ünvanladığınız müraciət hal-hazırda aidiyyəti üzrə icraatdadır. Müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətinizin nəticələri barədə Sizə cavab veriləcəkdir.
cəfərov məhəmməd Soruşur Yazılma Tarixi:31.12.2014 22:21:51

şəxsiyyət vəsiqəsinin tekce seriyasını yazmaq lazımdır, yəni təkcə rəqəmləri?

Şəxsiyyət vəsiqəsinin nömrəsini 9100 qısa nömrəsinə göndərərək müvafiq cavab ala bilərsiniz.
Sənan Mirzəzadə Soruşur Yazılma Tarixi:31.12.2014 20:32:14

100 sayli hərbi hissə harda yerləşir? Müdafiə naziri liyinin tərkibində

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897