Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mustafayev Camaleddin Soruşur Yazılma Tarixi:09.01.2015 22:46:47

Salam Bir valdeyin olaraq bilmek isteyirem oglumun agciyer inustutundan akdi gelmemis dusduyu herbi hisse teyin edilmisdi. Bu duzgundumu?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün oğlunuzun soyadını, adını, atasının adını, təvəllüdünü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Sahil Aslanov Soruşur Yazılma Tarixi:09.01.2015 22:17:18

Salam men 28 oktiyabr 2014 cu il tarixindeGedebey rayon komisarliqindan herbi hospitala yoxlanisa gonderildim ve bu gune qeder nece defe muraciet etsemde helede cvb gonderilmeyib sonuncu defe dekabrin 19 getdim dediler bir hefteye gondereceyik helede bir xeber yoxdu defelerle Gedebey rayon Herbi komissarliqna getsemde deyilir hele cavab gelmeyib bizlik bir is yoxdu ve men dovllet qulluqna senet vermisem ve uqurla birinci merheleni 89 balla kecmisem ve ikinci merhele 10-15 gun icerisinde olacaq ve neticede mende herbi haqqinda sened teleb edecekler,cavabin gonderilmesi ucun men hara muraciet etmeliyem basqa?ya hara sikayet ede bilere cavab gonderilsin deye

Siz, 28.10.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında tibbi şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 2-ci maddəsinin "c" bəndinin I qrafasının tələblərinə uyğun olaraq "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.
Əlavə olaraq bildiririk ki, hərbi qeydiyyat sənədləri ilə təmin edilməniz üçün Xidmətin Gədəbəy rayon şöbəsinə müraciət etməlisiniz. 
Hecer Esedova Soruşur Yazılma Tarixi:09.01.2015 21:45:15

Salam.qardasim Sekmir193e dusub.amma Genceye apariblar.indi 3aydan sonra Semkire aparacaqlar?sonra orda/Semkir 193 de/ xidmet edecek?yoxsa yene basqa yere gonderecekler?

Qeyd etdiyiniz məsələ ilə bağlı qardaşınızın xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Jalə Rəhimova Soruşur Yazılma Tarixi:09.01.2015 20:21:23

Salam. Mәnim dostum bu il universiteti bitirib mabistraturaya imtahan verәcәk. İndi bilmәk istәyirәm magistraturaya qәbul olsa hәrbi xidmәtә gedәcәkmi? yoxsa oxuyub başa vurandan sonra.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Məhərrəm Şisrnalıyev Soruşur Yazılma Tarixi:09.01.2015 16:03:39

Salam. Mən ali təhsilli hüquqşunasam.Təhsilimi Moskava şəhərində almışam. SHXÇDX -nə işə qəbul olmaq istəyərdim. Hara müraciət və hansı qaydada etmək lazımdır.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Tural Zeynalov Soruşur Yazılma Tarixi:09.01.2015 15:12:07

Salam.Mən evin tək oğluyam nə bacım nə də qardaşım var.Atam rəhmətə gedib.Mən hərbi xidmətə gedəcəm?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda qeyd etdiyiniz məsələ ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
namazov zahid Soruşur Yazılma Tarixi:09.01.2015 12:46:04

salam men MN 950 ye havada quvvelere duwmuwem deye bilersiz ora haradi ?

Hərbi hissə nömrələrinin və dislokasiya yerlərinin məxfi olduğunu nəzərə almağınızı xahiş edirik və bu mövzuda suallar tərəfimizdən cavablandırılmayacaqdır.
Necef Quliyev Soruşur Yazılma Tarixi:08.01.2015 23:36:15

salam zehmet olmasa deye bilersiniz ki, Dovlet Serhed Xidetinde qulluq edecek eskerler hansi rayon ve ya seherle duwe bilerler adli siyaxi ile cavab yazardiz zehmet olmasa

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Sevinc İsmayılova Soruşur Yazılma Tarixi:08.01.2015 20:29:06

Salam, mohterem cenab ! 23 il Vətənimə ləyaqətlə xidmət etmiş bir insanam, 8 il mülki 15 il hərbi xidmət kecmişəm ,lakin ailə vəziyyətimlə əlaqəli atamın vəfatı ,anamın şəkərli bir diabet xəstəsi olması, yüksək təzyiqli xəstəliyi səbəbindən mən xidmətimi davam edə bilmədim və ailə vəziyyəti ilə tərxis edildim .O zamandan bu gunə kimi başqa bir iş tapa bilmirəm .Məni qəbul etsəniz Sizə minnətdar və duaçı olaram .Bütün inamım və ümidim Sizin verəcəyiniz cavaba bağlıdır . Bu lütfü məndən əsirgəməmənizi rica edirəm .

Nəzərinizə çatdırırıq ki, özünüz barədə məlumatları (təvəllüd, təhsil, təhsilə görə ixtisas, əmək fəaliyyəti-mülki, hərbi) göstərməklə bir daha yazılı şəkildə müraciət etməyniz tövsiyə olunur.
Perviz ismayilzade Soruşur Yazılma Tarixi:08.01.2015 03:40:50

Salam. Men 1997.19.08 tevelludem.Herbi xidmete oktyabr ayinda getmeliyem.Amma tez getmek isdiyirem mumkundurmu?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1 maddəsinə əsasən Azərbaycan Respublikasnının 18 yaşına çatmış, 35 yaşınadək sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışdan möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları həqiqi hərbni xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14897