Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ziya Dadaşzadə Soruşur Yazılma Tarixi:18.01.2015 13:01:56

Salam.Xidmət rəisi cənab general-leytenant Arzu Rəhimovun qəbulu ayın hansı günüdür və qəbula necə yazilmaq olar?

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən vətəndaşların qəbulu hər ayn sonuncu şənbə günü həyata keçirilir. Qəbulda iştirak etmək üçün hər ayın sonuncu həftəsinin istənilən günü şəxsiyyət vəsiqsəi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına gəlməli (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30) və müvafiq qaydada qeydiyyatdan keçməlisiniz.
Ziya Zeynalov Soruşur Yazılma Tarixi:18.01.2015 11:12:28

Salam, Naxçıvanda oktyabr ayında hərbi xidmətə çağırılmış əsgərlər nə vaxt ehtiyyata buraxılırlar?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar - 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
Narmina Aliyeva Soruşur Yazılma Tarixi:18.01.2015 10:26:33

Salam.menim qardasimda deri xesteliyi var buna gore esgerliye aparilmayib.bundan elave atam 2003de rehmete gedib evde nenem anam ve men qaliriq qardasim evin tek ogludu.evin tek kisisi odu hal hazirda.Ele bir wey varki evin tek kisisi olduguna ailede 3nefer qadin olduguna gore onu esgerlikden birdefelik azad etsinler her 3ilden bir getmesin vaenkamata.ele bir qanun var?xahis edirem etrafli cavab yazin

Bildiririk ki, qardaşınız 35 yaşı tamam olanadək hər 3 ildən bir təkrar tibbi müayinədən keçməlidir. Təkrara müayinə zamanı hərbi xidmətə yararlı hesab edilərsə, qanunla müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqdır.
zairli nicat Soruşur Yazılma Tarixi:17.01.2015 16:27:34

Zairov Ibrahim DSX-da hansi bolgeye dusub

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Rehman Rustemli Soruşur Yazılma Tarixi:17.01.2015 13:25:38

Salam.Sualim beledir: ali tehsili basa vurduqdan sonra(cari ilin iyul ayinda herbi xidmete getmeliyem) zabit kimi çalismaq üçün indiden harasa müraciet etmeliyemi? Nezerinize catdirim ki men.özüm artiq basa vurmusam,qardasim Rüstemli Aydin Shaiq oglu üçün maraqlaniram. Evvelceden teshekkur edirem.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Ulvi Memmedov Soruşur Yazılma Tarixi:17.01.2015 12:31:46

Salam meni 26-na chagiriblar esgerliye amma saytinizda baxiram melumat yoxdur hara duweceyim barede bunu nece oyrene bilerem?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Ilkin Eliyev Soruşur Yazılma Tarixi:16.01.2015 20:11:48

Salam men yasadigim yerde muddetden artik xidmet etmek isdeyirem.Tesilim tam orta tesilliyem.1993 cu ilde may ayin3 de anadan olmusam. Herbi xidmetim Fuzuli rayonun N herbi hissen N sayli postdunda xidmet etmisem. Herbi xidmetde vezifem Sanitar atici olmusam.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunıa müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Harada və hansı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçməyiniz, qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.
Elşad Bayramlı Soruşur Yazılma Tarixi:16.01.2015 19:43:14

Salam mən Naxçıvan MR 066 sayli hərbi hissədə xidməti sürücü olaraq bitirmişəm. Mən:1) Milli Qvardiyada müddətdən artıq hərbi xidmətə qəbul olub işləyə bilərəm?, 2)FHN-də işləyə bilərəm? 3) ölkəmizdə yaradılan könüllü xüsusi təinatli dəstədə MAXE kimi xidmət edə bilərəmmi,?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunıa müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Harada və hansı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçməyiniz, qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.
Məhərrəmov İsmət Soruşur Yazılma Tarixi:16.01.2015 15:48:40

Salam.Mən 09.01.2015-ci il tarixində işə qəbul üçün test imtahanı vermişəm.Bilmək istəyirəm ki,nəticələr dəqiq olaraq nə vaxt bilinəcək?Xahiş edirəm ki, konkert cavab verəsiniz.Diqqətinizə görə minnətdaram.

Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
tahir Eliyev Soruşur Yazılma Tarixi:15.01.2015 21:09:02

salam 2-ci dereceli skalioz xesteliyiynen men herbi xidmete yararliyam yoxsa yox?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin  "c" bəndinin I qrafasına əsasən fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri ilə (II mərhələ skolioz) çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər. 
Cədvəldə sətir sayı :14890