Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
KAMRAN Soruşur Yazılma Tarixi:21.01.2015 00:48:06

Salam.Adim Kamrandir.04.06.1997 ci ilde anadan olmusam,2014 cu ilde 11 ci sinifi bitirmisem.2014 cu ilde teskil olunmus ali mekteblere qebul imtahaninda istirak etmisem ama lazimi neticeni gosdere bilmediyim ucun musabiqeden kece bilmemisem.18 yasim 2015 ci il iyun ayinin 4 de tamam olur.Yeniden ali mektebe is vermek isdeyirem.Bu sual barede TQDK nin resmi sehifesine muraciet etdim.Onlar menim yeniden ali mektebe sened vermeyim ucun,qeydiyyatda oldugum herbi komisarliqdan mohlet haqda arayis ala bileceyimi meslehet gorduler.Mene yeniden qebul imtahanlarinda istirak etmek ucun mohlet haqda arayis verilecekmi?

Sizin 2014-cü ildə Respublikanın ali məktəblərinə qəbul imtahanlarında iştirak etmək hüququnuz olmuşdur. Sizə ali məktəbə aəbul imtahanlarında təkrar iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət verilməsinə qanuni əsas yoxdur.
Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2015-ci ilin aprel ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən  sonra, "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışla təmin edilirlər.
Rauf Fətullayev Soruşur Yazılma Tarixi:21.01.2015 00:09:42

suraxani rayonunu hovsan qəsəbəsi. Rauf Fətullayev. 20 yanvara qədər məni cağıracaqlarini demişdilər.hələdə bir xəbər yoxdu.adm elektron xidmətdə də cixmayıb.voekomata da 3-defə gedmişiq gozleyin deyirler. xahiş edirem aydinlıq getiresiz.

Bildiririk ki, Siz, 2015-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Suraxanı rayon idarəsinin hərbi-həkim komissiyasında tibbi şəhadətləndirilərkən sol diz oynağınızda olan ağrılardan şikayət etdiyinizə görə, "Diz oynaqlarının artrozu" diaqnozu  ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına və Bakı Sağlamlıq Mərkəzinə (boy - 176 sm., çəki - 109 kq.) əlavə müayinə olunmanız üçün göndəriş yazılmış, lakin təyin olunmuş vaxtda xəstəxanaya getməkdən boyun qaçırmısınız. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək Xidmətin Suraxanı rayon idarəsinə gəlməmisiniz.
Nəzərinizə çatdırırıq ki, Siz, müayinə olunaraq barənizdə qanunamüvafiq qərar qəbul edilməsi üçün tez bir zamanda Xidmətin Suraxanı rayon idarəsinə gəlməlisiniz.
Miri Seyidov Soruşur Yazılma Tarixi:20.01.2015 21:39:53

Men bu il iyul ayinda herbi xidmete gedecem.ali tehsilliyem.leytenant kimi getmey isdiyirem.bunun ucun ne senedler lazim olacag?xahis edirem bu barede mene mutleq melumat verin.men bu senedleri indiden yigmaliyam.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Nesimi Memmedova Soruşur Yazılma Tarixi:20.01.2015 16:34:39

Men isteyirem ki, sulh meramli quvvelerde muddetden heqqi xitmet edim gizirkimi

Bildiririk ki, " Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası MÜdafiə Nazirliyinə müraciət etməlisiniz.

vuqar hesenov Soruşur Yazılma Tarixi:20.01.2015 09:13:04

Salam ,menim herbi biletimde melumat yerinde yalnisliq edilmisdi.sonradan duzelis olunub testiq olundu.yenisi ile evez olunmasi mumkundur?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi bilet korlandığı və ya etinadsız saxlanılması nəticəsində itirildiyi halda tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
ramin qurbanov Soruşur Yazılma Tarixi:19.01.2015 23:33:02

Salam.dostumun herbi xidmete cagirilis emri 8 yanvar verilib.Lakin 10 gunnen cox vaxt kesmesine baxmayaraq hele de herbi xidmete getmiyib.Buna gore hansisa ceza var ve ya ola biler ki hec getmesin ?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
Bildiririk ki, dostunuz çağırış ayı bitənədək, yəni 30 yanvar 2015-ci il tarixinədək təyin olunduğu hərbi hissəyə getmədiyi təqdirdə barəsində qanunla müəyyən edilmiş qaydada müvafiq tədbir görüləcəkdir.
Nəbiyev Bəylər Soruşur Yazılma Tarixi:19.01.2015 22:34:29

Mən Nəbiyev Bəylər Əli oğlu 2014-cü il avqustun 7-də City Hospitalda tibbi həkim ekspertizasından keçmişəm.Hələdə cavabını bilmirəm.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Alıyev Ramil Soruşur Yazılma Tarixi:19.01.2015 19:51:24

Mənim babam Alıyev Əlastan Alı oğlu Böyük Vətən muharibəsində iştirak edib, hərbi biletin itirdiyi üçün Vetran statusu ala bilməyib köməklik retməyinizi xahiş edirəm.

Bildiririk ki, müraciətinizlə bağlı konkret araşdırma aparılması üçün babanız Alıyev Əlastan Alı oğlu mövcud sənədləri ilə aidiyyəti üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlidir.
asef Soruşur Yazılma Tarixi:19.01.2015 19:25:40

salam men 1997 teveludem bilmek isteyirem ki daxili qosuna dusmek ucun ne lazimdir boyum 1.75 cekim 55

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.
Seyran Babayev Soruşur Yazılma Tarixi:19.01.2015 17:34:13

Salam.Sualim mohlet huququ olan cagiriwcilarla baglidi.Demeli menim mohlet huququm var vaxti oktyabr ayinda tamam olacag.Men ozum 4cu kurs telebesiyem.Bilmey istiyiremki men mohlet huququmun vaxtinin bitmesini gozlemesem iyul ayinda 4cu kursu bitirib nece gede bilerem herbiye?.Yeni komisarliga muraciet etsem konullu yazila bilerem???.Men ozum ŞƏHİT BABAYEV SABIR NUSIREVAN OGLUNUN ovladiyam ona gorede esgere getmem vacibdi.Cavablandiracaginiza gore cox sagolun

Bildiririk ki, vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilmə zamanı dövlət səhiyyə sistemi və digər tibb müəssisələrində müayinə və müalicə nəticəsində Sizə təyin edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz halda ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırıla bilərsiniz.
Cədvəldə sətir sayı :14897