Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
vuqar hesenov Soruşur Yazılma Tarixi:27.01.2015 03:40:11

Salam .size sualim,Herbi bilet itirildiyi zaman ve ya her hansi bir sebebden yararsiz hala dusduyu zaman,yeni Herbi bilet evvelki Herbi bilet ile eyni olur?yoxsa onu evez eden basqa bir sened verilir?evvelceden Tesekkur edirem.

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi bilet korlandlığı və ya etinasız saxlanması nəticəsində  itirildiyi halda tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin  hərbi qeydiyyatda odluqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölmələri tərəfindən  təkrar  (yeni) hərbi bilet verilir.
Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir.
Bextiyar.H Soruşur Yazılma Tarixi:27.01.2015 00:44:38

Salam men Huseynov Bextiyar Xetai ray. Neapol43 men kecen ilin cagriscisiyam meni muayne ucun herbi ekspertizaya gonderdiler bugune kimi hec bir xeber yoxdu komisarliga getmisdim gozleyin deyibler ama ses soraq yoxdu. Bilmek isteyiremki men esger olmaq ucun yararliyam yoxsa yox

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı və təvəllüdünüz göstərilməlidir.
Ravid Zaidov Soruşur Yazılma Tarixi:26.01.2015 20:42:37

Salam. Sualım döymə (tatuaj) haqdadır. Döymə hərbi xidmət çəkməyə mane ola bilərmi? Buna aid qadağa, şərt filan varmı?

Çağırışçılarda döymə (tatuaj) xüsusi qoşun növləri istisna olmaqla digər qoşun növlərində həqiqi hərbi xidmət keçməyə maneçilik törətmir.
Əlavə olaraq bildiririk ki, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır..
Saidə Y Soruşur Yazılma Tarixi:26.01.2015 10:48:15

Salam Yoldaşım Cernobl veteranıdı. Bir oglumuz var 17 yaçında. Bilmək istərdik ki , hamsı ganuna əsasən Cernobl veterenların uşagları xərbi gulluğdan azad olunur. Hansı sənədlər təqdim olunmalıdır. Əvvəlcədən minnətdaram

Bildiririk ki, mövcud qanunvericilikdə Çernobıl veteranlarının övladlarının həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi nəzərdə tutulmamışdır.
Həsənov Ağarəfi Soruşur Yazılma Tarixi:26.01.2015 00:21:58

Salam mən 2014cu il oktyabır ayında hərbiyə getməli idim ama məni çağırmadılar. 2015 yanvar ayında çağırdılar mən şəhərdə olmadığımdan gedə bilmədim çağırış vaxdımdan keçib indi mən aprel ayına qaldım?

Bildiririk ki, sualınızın cavablandırılması üçün soyadınızı, adınızı, atanızın adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını dəqiq qeyd etməlisiniz.
Resad Soruşur Yazılma Tarixi:25.01.2015 20:08:19

Salam men Herbi xitmete yararsiz oldugum ucun getmemisem ve herbi biletimi almiwam ..men isteyirem ki biletim yayarli olsun ...men nece ede bilerem ?yeniden esgerliye gede bilerem ?xaish edirem sualimi cavablandirasiz

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən, dinc üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyatakeçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi saslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
sebine ayvazova Soruşur Yazılma Tarixi:25.01.2015 10:27:59

Salam bacim oglu yanvar ayinin 5 de saitde DX qowunlara duwduyunu oxudum o gunden bu gune kimi bu gun sabah ederek indi pevoya duwduyu yazilib MD 950 bu ne qeder duzgundu caxiriqci yasamal herbi komissarligindandi . xahiw edirem melumat yazin

Bildiririk ki, sualınızın cavablandırılması üçün bacınız oğlunun soyadını, adını, atasının adını, təvəllüdünü və Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Oruc Ibrahimli Soruşur Yazılma Tarixi:25.01.2015 00:11:18

Salam men Imisli rayonu Aranli Kendindenem herbi xidmete cagirildim xeste oldugumcun aparmadilar amma mene herbi bilet ve ya onu evez edecek bir sened vermeyibler 1 ile yaxindiki gozleyirem hec bir xeber yoxdur xahiw edirem mene bir cavab vererdiniz bu barede

Bildiririk ki, Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə Sizin hərbi xidmətə yararlılıq kateqoriyanız təyin edilmiş və şəxsi işiniz 21.01.2015-ci il tarixdə İmişli rayon şöbəsinə geri qaytarılmışdır. 
Odur ki, hərbi biletin götürülməsi üçün Xidmətin İmişli rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
bayramov hesen Soruşur Yazılma Tarixi:24.01.2015 23:22:14

mənim qardaşım aprel ayının 6sı 18 yaşın tamam edir. Naxcıvan qeydiyyatı dı. hal hazırda bakıda yaşayır bilməy olar ki ne vaxt cagracaqlar hərbi yoxlanışa?

Bildiririk ki, qardaşınız 06.04.2015-ci il tarixdə 18 yaşı tamam olduğu üçün qanuna müvafiq olaraq 2015-ci ilin aprel çağırışına cəlb ediləcəkdir. Buna görə də o, mütləq 2015-ci ilin fevral ayı ərzində tibbi şəhadətləndirilməsi və öyrənilməsi üçün Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinə gəlməlidir. 
Elvin Cəfərov Soruşur Yazılma Tarixi:24.01.2015 20:46:55

Salam mən Sizə Goranboy rayonundan müraciyət edirəm 2009-cu ilin oktyabr ayında hərbi xidmətə çağrılmışam və Az.Respublikası Müdafiə Naziliyinin hərbi həkim komissiyası tərəfindən xəstəlilklə 29 b maddəsinə əsasən sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə hərbi xidmətə yararlı hesab edilərək möhlət hüququ verilmişdir.Bildirirəm ki, ali təsil aldğıma görə 2014-cü ildə Zərifə Əliyeva Göz xəstəlikləri inistitundan saqlamlıq haqında Akt SHXÇÜD Xidmətinin Goranboy rayon şöbəsinə təqdim etdim və məni 15.07.2014-cü il tarixdə 950 saylı hərbi hissəyə apardılar və məni geri qaytardılar ki səndə ağ ciyərdən müalicə olunmalısan sonra yenidən hərbi hissəyə qaytaracaqlar ama məni qaytarmadılar və məni DQ Hərbi Hospitalının hərbi həkim komissiyasının müayinə rəyinə əsaslanaraq Goranboy rayon Səfərbərlik şöbəsi mənim hərbi biletimin 28-ci vərəqinə xəstəliklər cədvəlinin I-D qrafasının 2 a maddəsinə əsasən 29.02.2008-ci tarixli 59 nömrəli qərarına əsasən məni hərbi uçotdan çıxardıblar xahiş edirəm mənə köməklik edəsiniz bu necə ola bilər ki mənə 2009-cu ildə gözümdən möhlət hüququ verilsədə ancaq məni 29.02.2008-ci ildən hərbi uçotdan çıxardıqlarını qeyd edərək mənim hərbi xidmətə yararsız olduğumu söylədilər.xahiş edirəm mənə köməklik edəsiniz.

Nəzərinizə çatdırırıq ki, Sizin təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897