Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nicat Ibrahimov Soruşur Yazılma Tarixi:24.01.2015 20:29:32

men muddetden artig qullug eden herbi qulluxcu kimi sulhmeramliya qebul olmag isteyirem.bu mumkundurmu?ve hara muraciet etmeliyem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası MÜdafiə Nazirliyinə müraciət etməlisiniz.
Ali Asker Soruşur Yazılma Tarixi:24.01.2015 20:12:16

1998 ci ilde Herbi kafedradan ehtiyata buraxilmis leytenantam.Institutu bitirdikden sonra xarice yasamaga getmisem.Hal hazirda vetene geri donmusem.40 yasim var.Bilmek isteyirem nece yasina qeder herbi xidmete alirlar?Muraciet etsem leytenent kimi herbi xidmete gede bileremmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2 maddəsinə əsasən, hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları həqiqi hərbi xidmətə çağırılırlar.
Bu Qanunun 12.2.2 maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər çağırılırlar.
Cavid Musayev Soruşur Yazılma Tarixi:24.01.2015 17:25:10

Men 2014-cu il iyul ayinda h/x-i basa vurmusam.Xidmeti Edliyye Nazirliyinde olmusam.Ali tehsilliyem.Ixtisasim iqtisadiyyatdir.Men yeniden MN-ne zabit kimi qebul oluna bileremmi? Evvelceden size minnetdaram.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar
Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət)  etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Nizami Soruşur Yazılma Tarixi:24.01.2015 12:59:03

Salam.Ali tehsilliyem hetta magistraturada oxumuşam. Esgerliyi zabit(leytnan ) kimi etmeyi düşünürem, esgerlik bitdikden sonra polisde işe düzelme niyyetindeyem. Zabit kimi esgerlik etdiyim halda polise düzelenden sonra 1 il 6 ay menim üçün xidmet kimi sayılıb, diger rütbemi daha mı tez alacağam?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız  qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Pervin Ismayilov Soruşur Yazılma Tarixi:24.01.2015 10:48:07

salam.men herbi xidmetimi bitirmiwem.Ali tehsilliyem.Mudafie Nazirliyinin istenilinen bolgesinde Zabit qisminde islemek isteyirem.bunun ucun men ne etmeliyem.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
- Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Quliyev İsmayıl Rahil Soruşur Yazılma Tarixi:23.01.2015 23:20:18

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ-nə işə qəbul olmaq istəyirəm Hansi rayonda SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ şöbələrinə vakansiyanın olduğu haqda məlumatı hardan ala bilərəm?

Nəzərinizə çatdırırıq ki, verdiyiniz sualın cavabı xidməti məlumat xarakteri daşıdığı üçün açıqlanılmır.
narmina Soruşur Yazılma Tarixi:23.01.2015 21:55:19

salam qardawim dunen esger gedib bakiya duwub .ama hansi herbi hissede oldugunu bilmirik.edliyye nazirliyi,hardan oyrenmeli oldugumuzu deye bilersiz ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cavid Huseynli Soruşur Yazılma Tarixi:23.01.2015 17:55:22

Salam. mən 22.oktyabr.2015 də 18 yaşımı tamam edirəm. Bilmək istiyirəm ki mən oktyabr ayında gedəcəm hərbi xidmətə yoxsa 2016 cı ilin yanvar ayında?

Bildiririk ki, Sizin 22 oktyabr 2015-ci il tarixdə 18 yaşınız tamam olduğuna görə 2015-ci ilin oktyabr çağırışına cəlb ediləcəksiniz.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Emin Memmedov Soruşur Yazılma Tarixi:22.01.2015 22:48:54

Menim 18 yaşim var boyum1.72 cekim58kq ramdi men esger gede bileremde

Siz, Sağlamlığınıza, ailə vəziyyətinə görə və digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik deyilsinizsə, həqiqi hərbi xidmətə çağırışa cəlb edilməlisiniz.
Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respubıikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidirlər.
samira abdullayeva Soruşur Yazılma Tarixi:22.01.2015 19:03:57

salam...men konullu herbi xidmete getmek isteyirem hal hazirda qiyabi sonuncu kursda telebeyem bilmek isteyirem ki telebe oldugum ucun qebul qaydalari nece olur ve yaxud diplomu alandan sonra muraciiet etmeliyem?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının  Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.
Bildiririk ki, Siz, xidmət etmək istədiyiniz qoşun növündə müraciət edərək, hansı sənədləri təqdim edəcəyiniz barədə məlumat ala bilərsiniz.
Cədvəldə sətir sayı :14897