Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əzizov Elvin Soruşur Yazılma Tarixi:28.01.2015 16:02:15

xais edirem saglam ola ola mənə xəstə yazıblar.Mən əsgərliye getmək istəyirəm.Mənə icazə verin təzədən muayinə olum.mənim əlaqə telfonum0554871335

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
ELNUR HÜMBƏTLİ Soruşur Yazılma Tarixi:28.01.2015 14:35:52

Salam xidmete yararli olmaq ucun minumum kq ne teleb olunu boyum 1.59 .xidmetde olarken kq duşse xidmetden xaric olunur hemin sexs

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13-cü maddəsinin I qrafasının tələblərinə əsasən qidalanma çatışmazlığıolan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Belə halda onlar stasionar müayinə və müalicə olunmalıdırlar. Əgər 6 aydan sonra bu vətəndaşlarda bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən çəkisi indeksinin mənfi dinamikası yoxdursa və fiziki iş qabiliyyəti saxlanılmışsa, bədən çəkisi 45 kq və daha çox olan halda "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Əlavə olaraq bildiririk ki,Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Məmmədli Cavid Soruşur Yazılma Tarixi:28.01.2015 00:37:00

salam.niyə saytınızın alt bölmələrinə daxil olmaq olmur(məsələn,şəhidlər,milli qəhrəmanlar,rayonlar üzrə) ?

Bildiririk ki, Xidmətin saytının bütün bölmələri işlək vəziyyətdədir və heç bir texniki nasazlıq aşkar olunmamışdır.
Aziz Hasanli Soruşur Yazılma Tarixi:27.01.2015 22:45:55

21 Aprel 1982 cI ilde Azerbaycan SS Respublikasinda anadan olmusam.1992 ci ilden xarici olkede yasayiram ve basqa olkede yasayiram.Hemin olkede herbi xidmetde de olmusam.Azerbaycanda hec vaxt herbi qeydiyyatim olmayib ve musteqil Azerbaycan Respublikasindan sexsiyet vesiqesi umumvetendas pasportu da almamisam.Bele halda eger men Azerbaycan Respublikasi sexsiyet vesiqesi ve umumvetendas pasportu alsam Azerbaycanda herbi xidmete getmeliyem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.0.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər müddərli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Həsən Mustafayev Soruşur Yazılma Tarixi:27.01.2015 22:43:40

Salam elmi dərəcəsi olan şəxslər hərbi xidmətdən azad olurlarmı?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.0.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Zabit Bedelov Soruşur Yazılma Tarixi:27.01.2015 20:06:53

Salam.Men bilmek isterdim ki,Herbi vezifeliler (ehtiyatda olan zabit ve ya gizir) ucun kiraye pulu odenilirmi?Sizin Seferberlik ve Herbi xidmete Cagriw uzreDovlet xidmeti terefinden?

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmərə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan zabit və ya gizirlərə müvəqqəti mənzil kirayəsi pulu ödənilir.
Mövcud qanunvericiliyə görə kirayədə yaşayan ehtiyatda olan zabit və ya gizirlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi ilə bağlı Yerli İcra Hakimiyyəti Orqanlarına müraciət etməyiniz tövsiyə olunur.
EMIN QULIYEV Soruşur Yazılma Tarixi:27.01.2015 15:56:21

MEN QIYABI TEHSIL ALMISAM VE TEHSILIMI BITIRMISEM DIPLOMUM VAR 2006-2008 CILDE HERBI XIDMETI BASA VURMUSAM SIZIN XIDMETDE ZABIT VE YA GIZIR KIMI ISLEYE BILEREM

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş, xidmət etdiyi müddət ərzində xarakterizə olunan, ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Bu səbəbdən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Rustəmov Mahir Soruşur Yazılma Tarixi:27.01.2015 15:39:21

Salam. Mən Rüstəmov Mahir Rasim oglu 15 İyun 1980-ci ildə bakı şəhərində anadan olmuşam. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakultəsini bitirmişəm. 2001-2003 - cü il tarixlərində Azərbaycan Silahlı Qüvvəllərində Taborun Rabitə Rəisi - tagım komandiri vəzifəsində xidmətdə olmuşam. Ehtiyyatda olan zabitəm. 2003 - cü ildən özəl şirkətlərdə çalışiram. ( Satış üzrə menecer, bölgə müdiri, baş menecer vəzifələrində çalışmışam ) Sualım ; Mən yenidən hərbi xidmətə qayıda bilərəm ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Memmedov Eli Soruşur Yazılma Tarixi:27.01.2015 13:36:29

Salam men xestelik ile 2 defe 6 ay herbiden saxladilar, indi ise sagalmisam amma mene lazimdi unversete vermek cunki cox vaxt itirmisem. Bunun ucun mohlet verilir? eger verilirse nece aya kimi ve sertleri.

Sizin ünvanladığınız sualınızın cavablandırılması üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Könül Zeynalova Soruşur Yazılma Tarixi:27.01.2015 12:57:43

Millet vekili Qenire Paşayeva terefinden general - leytenant Arzu Rehimova 30.12.2014- cü il tarixinde ünvanlanmış erizem ne vaxt cavablandırılacaq?Xahiş edirem erizemle bağlı meni cavablandırasınız

Nəzərinizə çatdırırıq ki, Millət Vəkili Qənirə Paşayevaya 30 dekabr 2014-cü il tarixdə ünvanladığınız müraciətiniz tərəfimizdən 16 yanvar 2015-ci il tarixli 128 nömrəli məktubla cavablandırılmışdır.
Cədvəldə sətir sayı :14897