Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Novruzov Abbaseli Akif Soruşur Yazılma Tarixi:22.01.2015 17:25:49

Salam men Novruzov Abbaseli Akif,ali tehsilliyem,yanvar cagriscisiyam,,edliye nazirliyine dusmusem,men TTM oxuyub nekadr leytenant alib on cebhede xidmet etmek isteyirem,xais edirem mene melumat veresiz men hara muraciyet edim

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətdə olduğunuz qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Orxan Rəhimov Soruşur Yazılma Tarixi:22.01.2015 14:38:51

Salam,zehmet olmasa ,Qohumum ucun maraqlaniram həkim komissiyaları tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alib,birde novbeti bitme vaxti oktyabr ayindadir... bize maraqlidir ki Konullu olaraq erize yazib indi novbeti cagiriw zamani aprelde ...komissiya gire biler yoxlanis ucun...bu 3 ilde ozunu cox gumrah hiss edir,hetta idman sahesinde naliyyetleri olub.Kime ve nece muraciyet edek Aprelde getmek ucun konullu

Qohumunuzun vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (şöbəsinə, bölməsinə) təqdim edildiyi halda mümkündür.
Ilham Həbibullayev Soruşur Yazılma Tarixi:22.01.2015 14:18:15

qosun novu MN herbi hissenin nomresi AAHM ne demekdir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Ilkin Eliyev Soruşur Yazılma Tarixi:22.01.2015 14:17:36

Salam.Men Ilkin Eliyev Ilqar oglu 03.05.1993.ci ilde Agdam rayonun Zengisali kendinden anadan olmusam.Tesilim tam orta tesilliyem.Herbi xidmete 13.11.2011 ci ilde Fuzuli rayonun N sayli herbi hissenin N sayli postunda xidmet etmisem.Herbi xidmetde vezifem Sanitar atci olmusam .Men Agdam rayonu FHN de xidmet etmek isdeyirem.

Bildiririk ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməlisiniz.
İlham Davudoğlu Soruşur Yazılma Tarixi:22.01.2015 13:56:57

Salam, mən məlumat almaq istəyirəm ki, Xidmətdə yeni təxsislənmə (bron) işi ilə əlaqədar işlər gedirmi? Öncədən öz təşəkkürümü bildirirəm.

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, verdiyiniz sualın cavabı xidməti məlumat daşıdığı üçün açıqlanmır.
samire hesimiva Soruşur Yazılma Tarixi:22.01.2015 13:34:06

Herbiden texris olunmusam xidmeti uygunsuzluqla yeniden herbiye duzele bileremmi?

Bildiririk ki, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətlərə daxil olmaları aidiyyəti üzrə qulluq (xidmət) etmək istədikləri orqanlar tərəfindən müəyyən edilir.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Sevinc İsmayılova Soruşur Yazılma Tarixi:22.01.2015 11:35:16

Salam, mohterem cenab ! 23 il Vətənimə ləyaqətlə xidmət etmiş bir insanam, 8 il mülki 15 il hərbi xidmət kecmişəm ,lakin ailə vəziyyətimlə əlaqəli atamın vəfatı ,anamın şəkərli bir diabet xəstəsi olması, yüksək təzyiqli xəstəliyi səbəbindən mən xidmətimi davam edə bilmədim və ailə vəziyyəti ilə tərxis edildim .O zamandan bu gunə kimi başqa bir iş tapa bilmirəm .Məni qəbul etsəniz Sizə minnətdar və duaçı olaram .Bütün inamım və ümidim Sizin verəcəyiniz cavaba bağlıdır . Bu lütfü məndən əsirgəməmənizi rica edirəm .28.07.1968,Şəki Rayon Hərbi Komissarlığı 1988-1990 -Texniki işçi ,1990-1995 Mufəttiş Şəki Rayon Hərbi Komissarlığı 1995-2010 operator (Mexanika-Texnologiya Texnikumu 1985 Texnik-texnoloq, MAHHX hərbi qulluqçularının hazırlığı kursu 10/2006) cavabi email unvanıma göndərməyinizi xahiş edirəm.

Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Cavad Kerimov Soruşur Yazılma Tarixi:22.01.2015 00:59:22

Telebe universitetden cixib basqa universitete qebul olub hemin universitetin arayisi ile esgerlikden nohlet goture biler?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə (bakalavr pilləsini bitirənədək) möhlət verilir.
Həmin Qanunun 21.2-ci maddəsinə əsasən isə ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətinə ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Fuad Huseynov Soruşur Yazılma Tarixi:21.01.2015 22:53:07

Salam ali tehsilli sexsler herbi xidmetde nece zabit rutbesi ala biler? Bunun ucun hara muraciet etmeliyem? Ve hansi derece (rutbe) verilir?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olduğunuz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Lazım Əkbərzadə Soruşur Yazılma Tarixi:21.01.2015 19:46:43

Salam. Mən keçən ayın əvvəlində xəstəliyimin təsdiq olunması üçün Siti qospitalda müayinədən keçmişəm. Cavabı hələ də qeydiyyatda olduğum şöbəyə gəlməyib. Bunun səbəbini və cavabın nə vaxt gələcəyini bilmək istiyirəm. Əkbərzadə Lazım İlqar oğlu, 11.12.1995, Lənkəran rayon şöbəsi.

Məlum olmuşdur ki, Siz, 02.12.2014-cü il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin "c" bəndinin I qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.
Siz, hərbi qeydiyyat sənədləri ilə təmin olunmanız üçün Xidmətin Lənkəran rayon şöbəsinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897