Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Anar Qənbərov Soruşur Yazılma Tarixi:30.01.2015 09:29:31

Salam! Soyad dəyişdirildikdə hərbi biletimi dəyişdirmək üçün hansı sənədlər lazım olur və nə qədər rüsum ödənilir?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi bilet korlandığı və ya etinadsız saxlanması nəticəsində itirildiyi halda tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
Edilən düzəlişlər və ya əlavələr isə hərbi biletin "Xüsusi qeydlər" bölməsində yazılır və Xidmətin yerli idarə, şöbə və ya bölmə rəisləri tərəfindən imzalanaraq möhürlənir.
Novruz Dursunov Soruşur Yazılma Tarixi:29.01.2015 21:05:06

Salam.Man 2005-ci ildan ehtiyatda olan mayoram.Xahis ediram aydinliq gatirasiniz mana novbati harbi rutba na zaman, hansi sartlar daxiinda verila bilar.Cox istardim novbati rutbani alim.Qabaqcadan minnatdaram

Xidmətin saytına daxil olan  təkrar müraciətinizlə bağlı bildiririk ki, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən eyniməzmunlu müraciətinizə cavab verilmişdir.
Ibrahim nazarov Soruşur Yazılma Tarixi:29.01.2015 19:22:13

Salam men axmedov orxan eskerliyimi 2008- ci ilde bass vurmusam.Indi use Azerbaycan Müdafie Nazirliyi nezninde gizir islemek isteyirem.menimtam tehsilim yoxdur,amma esas tehsil haqqinda sehadetnamem var.savadim normaldir.hansi senetleri toplamaliyam?xahis edirem Cavan veresiniz.sag olun

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:  
- Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Mustafayev Camaleddin Soruşur Yazılma Tarixi:29.01.2015 00:15:24

salam bir valdeyin olaraq sizin verdiyiniz cavap meni qane etmedi. Mende bilirem oglum saxlamdi 12;12;1996 Mustafayev Pervin Camaleddin oglu 16;12;2014 AG ciyar inistunda müayineye gonderildi. Amma saglamlik akti gelmemis dusduyu HH 31;12;2014 tarixinde bilindi. Tekrar olaraq Agstafa rayon Herbi kamisarlik 05;01;2015 tarixinde hekim kamisyasina cagirdi orda hekim kamisyasi bildiribki bu caqriscinin Ag ciyer inistitundan saglamliq akt gelmeyib. Saglamliq akt ise 08;01;2015 tarixinde geldi xais ediremki bu haqda bize duzgun melumat verersiz?

Məlum olmuşdur ki, 1996-cı il təvəllüdlü Mustafayev Pərvin Camaləddin oğlu 2015-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Ağstafa rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmuiş və səhhəti ilə əlaqədar 16.12.2014-cü il tarixdə Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutuna müayinəyə göndərilmişdir.
Müayinə nəticəsində (08.01.2015-ci il tarixli 64 nömrəli "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı") təyin olunmuş "Keçirilmiş sağ ağ ciyərin xəstəliyindən sonrakı kalsinat şəklində spontan sağalma" diaqnoza müvafiq olaraq P.C. Mustafayev rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 51-ci maddəsinin "c" bəndinin I qrafasına əsasən "Hərbi Xidmətə yararlıdır. A-3" hesab edilmişdir.
P.C. Mustafayev 12.01.2015-ci il tarixdə sərəncamla təyin olunduğu 212 saylı hərbi hissəyə təhvil verilmişdir.
Əlavə olaraq bildiririk ki, P.C. Mustafayev səhhəti ilə əlaqədar xidmət etdiyi hərbi hissə komandirinə müraciət edə bilər.
Bayramov Arzu Soruşur Yazılma Tarixi:28.01.2015 22:16:42

Salam. 2001-2002-ci illerde herbi xidmetde olmusam. herbi biletimde mohurlerin bezileri oxunmaz veziyyetdedir. xarici pasport almaq isteyirem. amma herbi biletimde mohurler oxunmadigina gore ya mohurlerin yeniden vurulmasini, ya da herbi xidmetde olmagim barede arayis isteyirler. tecili xarice mualiceye getmeliyem. bu arayisi tezlikle haradan ala bilerem. 35 yasim iyunda tamam olur.

Bildiririk ki, həbi biletinizdə düzəlişlərin (və ya əlavələrin) edilməsi və hərbi xidmət keçməyiniz barədə arayışın alınması üçün hərbi qeydiyyatda olduğunuz yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Dəyanət Qənizadə Soruşur Yazılma Tarixi:28.01.2015 21:45:30

Qənizadə Dəyanət Bəhlul oglu 21;06:1992 təvəllud . Oğuz rayon vainkamatindan Oktiyabirda 20 hekim komisiyasindan kecmək ucun bakiya gondərilmişəm cavab geəmiyib hələ .Xais edirem bir məlumat veresiz

Məlum olmuşdur ki, Siz, 20.10.2014-cü il  tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 56-cı maddəsinin "b" bəndinin I qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.
Siz, hərbi qeydiyyat sənədləri ilə təmin olunmanız üçün Xidmətin Oğuz rayon şöbəsinə müraciət etməlisiniz.
Sevinc İsmayılova Soruşur Yazılma Tarixi:28.01.2015 20:32:47

**Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.** Xahis edirəm ki,bu məqsədəuygunsuzlugumu əsaslandırasınız,bunu bilmək mənim vətəndaşliq hüququmdur .

Bildiririk ki, təhsiliniz Azərbaycan Respublikasl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Məmmədova Sultanə Soruşur Yazılma Tarixi:28.01.2015 19:36:27

Salam.Universitetin sonuncu kursunda təhsil alan tələbə kredit borcu olduğuna görə növbəti ildə də dərslərdə iştirak etməlidirsə,həmin şəxs təhsili tamamlanmadan hərbi xidmətə çağrılır ? Əyər çağrılırsa müddəti neçə vaxt olmalıdır?

Ali təhsil müəssilərində təhsil alan, lakin kredit borcu olduğu üçün təhsilini tamamlanmayan çağırışçılar təhsilə görə verilmiş möhlət müddətləri bitdikdən sonra həqiqi hərbi xidmətə çağırılaraq, təqvim heaabı ilə i il 6 ay həqiqi hərbi xidmət keçirlər.
emin memmedov Soruşur Yazılma Tarixi:28.01.2015 17:30:37

Salam menim dostum Tural memmedov herbi xidmetine çağırılmışdı yanvarin ayin 5 den! FHN bakiya deyirler düşübdür and icmeden sonra bilmirsiz haraya qulluq edecek hara düşəcək?

Qeyd etdiyiniz məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Pərviz Usubov Soruşur Yazılma Tarixi:28.01.2015 16:39:57

Sizdən alınan bu cavabda deyilir: Bildiririk ki, aidiyyəti tibb müəssisəsinin verdiyi sağlamlıq vəziyyətinin müayinə aktına əsasən Xidmətin Yasamal rayon idarəsinin hərbi-həkim komissiyasında təkrar şəhadətləndiriləcəksiniz və bu barədə hərbi biletinizdə müvafiq qeydlər aparılacaq. Müvafiq qeydlər dedikdə nə nəzərdə tutulur? Bu qeydlər həmin şəxsin tam sağlam olması və hüquqi hərbi xidmətə tam yararlı olması deməkdirmi? Yəni bu qeydlərdən sonra vətəndaş hüquq-mühafizə orqanlarında və ya digər hərbi strukturlarda çalışa bilərmi? Diqqətinizə görə təşəkkür edirəm.

Bildiririk ki, tibbi müayinənin nəticələrinə uyğun olaraq hərbi-həkim komissiyaları müəyyən olunmuş qaydada "müddətli həqiqi hərbi xidmətə yararlı" , "sıradankənar həqiqi hərbi xidmətə yararlı", "sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız", "həm dinc dövrdə həm müharibə dövründə hərbi xidmətə yararsız"lıq barədə qərarlardan birini qəbul edir.
Yararlılıq kateqoriyasına uyğun olaraq təkrar şəhadətləndirilən hərbi vəzifəlilərin hərbi biletlərində qəbul edilmiş qərar barədə qeydlər aparılır.
Əlavə olaraq bildiririk ki, müraciətdə qeyd etdiyiniz digər məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və ya digər silahlı birləşmələrə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897