Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xasiyeva Selime Soruşur Yazılma Tarixi:06.02.2015 02:00:22

Salam.Xais edirem mene muddeten artiq herbi ximete cagirisin qizlar ucun yeniden ne zaman qebulu baslayacaq onu bildirerdiz,cunki senelerimi toplamisam ve mene bildiriblerki qebul 01 01 2015 tarixinden dayandirilib.bu ne derecede dogrudu

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçen nəzərdə tutulmuş hərbi vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Agahuseyn Babayev Soruşur Yazılma Tarixi:05.02.2015 16:44:25

Salam men Seferberlik ve Herbi Xidmete Cagiris uzrə Dovlət Xidmetinə isə və ya herbi xidmətə necə qebul ola bilərəm??

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verildikdən sonra namizədliyinizə baxıla bilər.
Natiq Həsənli Soruşur Yazılma Tarixi:05.02.2015 16:17:29

Salam, Ailəmiz Bakıdan rayona köçməklə əlaqədar yaşaylş yerinə qeydiyyatı dəyişməyi düşünürəm. Səfərbərlik xidmətinin Bakı qeydiyyatından çıxardıb, rayon qeydiyyatına salmağa ehtiyac var? Varsa, hansı müddət ərzində, hansı qanunla tənzimlənir, zəhmət olmazsa deyin. Özüm oktyabr 2015-ə kimi möhlət hüququm var.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 7.2 maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar.
Bu Qanunun 7.3 maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətinə hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə məlumat verilməlidir.
Elmar Humbetov Soruşur Yazılma Tarixi:05.02.2015 14:06:47

26 noyabr 6 ay mohlet yazilib.Mən xidmətə nə vaxt çagiralacam aprel yoxsa basqa vaxt ?

Bildiririk ki, Sizə verilmiş möhlət hüququ bitdikdən sonra qeydiyyatda olduöunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
hesenova kemale Soruşur Yazılma Tarixi:05.02.2015 13:45:59

Salam.men fizuli rayon herbi komisarligini bakidaki unvanin oyrenmek isteyirdim.qohumu qeydiyyata dusmeliti hec cur tapa bilirik

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi, Bakı şəhəri Xətai rayonu, Araz Novruzov 45 ünvanında yerləşir.
ELIYEV Anar Soruşur Yazılma Tarixi:04.02.2015 23:19:24

salam men herbi quluqda 3 il bundan qabaq olmuwam ve indi herbi quluqcu kimi heride iwe duzelmek isteyirem bunun ucun hr murciyet etmeliyem ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1 maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar.
Odur ki, hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Asim Abdullayev Soruşur Yazılma Tarixi:04.02.2015 21:53:23

14.01.2015.tarixinde Xidmete erize ile muraciet etmishdim.Lakin cavab verilmiyib.

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalısınız.
Bu barədə Sizə 28.01.2015-ci il tarixli 227 nömrəli məktubla məlumat verilmişdir.
Namiq Soruşur Yazılma Tarixi:04.02.2015 20:50:56

Salam men mudetden artiq herbi qulluqcu islemisem ve iki ilden sonra oz isteyimle xidmetden cixmisham Hindi yeniden qayida bileremmi on cebhede xidmet etmisem qazax zonasinda Quliyev Namiq Vahid Oglu 16 may 1986 ci il unvan baki bineqedi bileceri yen I yashayish massivi kuce 1 EV 8 b xidmet vaxtim oktyabr 2007 texris vaxtim 2009 noyabr mumkunse baxib men'e deye bilersiz isleye bileremmi ya yox

Bildiririk ki, müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları aidiyyəti üzrə qulluq (xidmət) etmək istədikləri orqanlar tərəfindən müəyyən edilir.
Bu səbəbdən Siz hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
ceyhun memmedov Soruşur Yazılma Tarixi:04.02.2015 20:43:19

22.10.2010 cu ilde baki seheri bineqedi herbi hekim komissiyasi terefinden xestelikler cedvelinin 1 ci qrup 18 b madde azerbaycan respublikasinin mudafie nazirliyinin 14.03.08 ci il tarixli 123 sayli emrine esasen sulh dovrde herbi xidmete yararsiz muharibe dovrunde mehdud yararli 22.10.2013 cu il salam men bu herbi biletle hec bir isde isleye bilmirem xahis edirem bu isde mene komek edin herbi biletin madessini deyisdirib 60 ci madde etmek olarmi?mumkundurmu?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Təkrar tibbi müayinə zamanı dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrindı müayinə nəticəsində Sizdə əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda hərbi biletinizdə müvafiq qeydlər aparılacaqdır.
Sabir Rüstəmov Soruşur Yazılma Tarixi:04.02.2015 18:44:22

Salam. Mənim bu il iyul ayının 10u 18 yaşım tamam olur. TQDK bildirib ki, qəbul imtahanına ərizə qəbulu zamanı möhlət haqqında arayışın verilməsi lazımdır. Bu arayışı necə əldə edə bilərəm?

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2015-ci ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra, "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışla təmin edilirlər.
Cədvəldə sətir sayı :14897