Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Senan Soruşur Yazılma Tarixi:09.02.2015 15:29:34

Salam men herbi xidmete sehetimle baqli gede bilmemisdim indi herbi xidmet ucun yararlyam bes herbi xidmete nece gede bilerem xahis edirem cavab tez verin

Bildiririk ki, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində  onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri jalda təkrar şəhadətləndirilə bilərlər.
Bu məsələ ilə bağlı Siz və valideynləriniz qeydiyyatda olduğunuz Xidmətin idarə, şöbə və ya bölməsinin rəisinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etməlidirlər.
Elman Xəlilov Soruşur Yazılma Tarixi:09.02.2015 14:49:06

salam .mən 1990-cı il təvəlüdlüyəm keçən həfdə səfərbəliklə əlaqədar bizi çağırıb gəncədə topladılar və bir neçə gün orda qaldıq onuda bildirim ki mən yaydada çağrılmışdım .yəni bilmək isdəyirəm o siyahını kim tərtib edir icra nümayəndəliyi yoxsa SHXÇŞ? və təkrarən niyə hər dəfə mənim adım ora düşür

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45.1 maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar, Qanunun 45.2.1 maddəsinə əsasən 1-ci dərəcəli (35 yaşınadək) ehtiyatda olan hərbi vəzifəlilər hər dəfə 2 ay müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq.
Əlavə olaraq bildiririk ki, təhkim olunan hərbi vəzifəlilərin siyahısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələri tərəfindən tərtib edilir.
Kenan Mehdiyev Eli oğlu Soruşur Yazılma Tarixi:09.02.2015 14:26:02

Men 2013 cü ilde Azerbaycan texniki Uverstetine qebul olmuşam indi ıkinci kursda tehsil alıram. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbesine keçen il tehsil almağımla elaqeli arayış teqdim etmişem. Arayış her il teqdim edilmelidir yoxsa 4 il de bir defe.

Sizin oxuduğunuz təhsil müəssisəsindən təhsilinizi başa vurma müddəti göstəriıməklə verilən arayışı hər il oktyabr ayının 1-dək  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz  təklif olunur.
Elnur Humbetli Soruşur Yazılma Tarixi:09.02.2015 12:14:27

salam 2014 ci il noyabrin 25 mene 6 ay mohlet yazilib bilmek isteyirem ne vaxt gedecem men.Humbetli Elnur Selim oglu ,1993-cu il 9 oktyabr,Baki seheri sabuncu rayonu

Bildiririk ki, Sizə verilmiş möhlət hüququ bitdikdən sonra qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Valeh Humbetov Soruşur Yazılma Tarixi:09.02.2015 11:23:06

Men Super Gulle atmaq Qabilyetim var MTN ....Xusisi teyinatlisinda Muqavileli herbi Xidmet iseliyebileremmi Veya Diger Silahli ? birlesmelerde . Orta tesiliyem ....27,,,,05,,,,1974 ,,,teveludem , evvelce Tesekkur edirem . tel...051772,,,70,,,,21

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Efqan Mehtiyev Mehman oglu Soruşur Yazılma Tarixi:08.02.2015 23:45:39

Salam bagislayin ki,sizi narahat edirəm.Mən oxudugum üçün möhlətdəyəm möhlətim iyul ayının 15 i bitir.Mən hara düşəcəyimi necə öyrənim dediyiz saytda boş xanalari doldururam yazılır ki,şəkildəki simvollari duzgun yazın,axı heç bir simvol yoxdur.Birdə mən xarici pasport almaq istəyirəm mənə hər hansi bir xarici ölkəyə gedib gəlmək üçün icazə verirlərmi.Əvvəlcədən təşəkkür xaiş biraz tez cavab yazardız

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Əlavə olaraq qeyd edirik ki, Qanunla müəyyənləşdirilən möhlət hüququnuz bitənədək Sizin xarici ölkəyə getməyinizə məhdudiyyət qoyulmur.
Elçin Vəliyev Soruşur Yazılma Tarixi:08.02.2015 23:15:22

salam menim 31 yasim bilmek istiyirem men muddetden artiq xidmet kecmek ucun hara muraciet etmeliyem? yas mehdudiyyeti nece yasa kimidir?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Diana Amiraliyeva Soruşur Yazılma Tarixi:08.02.2015 22:43:52

salam yanvar çağırışının and içmasi na vaxt olacag

Qeyd etdiyini məsələ ilə bağlı əsgərin xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Nail Namazov Soruşur Yazılma Tarixi:08.02.2015 22:25:20

Salam men herbi xidmete yararsiz yeni xeste oldugum ucun gede bilmemisdim amma indi saqlamam ve herbi xidmete getmek istiyirem bunu nece edim

Bildiririk ki, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər.
Bu məsələ ilə bağlı Siz və valideynləriniz qeydiyyatda olduğunuz Xidmətin idarə, şöbə və ya bölməsinin rəisinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etməlidirlər.
mais yusubov Soruşur Yazılma Tarixi:08.02.2015 20:35:46

İyul ayinin 27-si atprafka var

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyu və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14897