Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Mehdiyev Soruşur Yazılma Tarixi:10.02.2015 18:19:58

Salam. 2015ci ilin ilk herbi and ne vaxt olacaq?

Qeyd etdiyiniz məsələ ilə bağlı əsgərin xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Səfərov Soruşur Yazılma Tarixi:10.02.2015 17:42:13

salam mən 2014 sentyabrda Bakı Neft energetika kollecində 1 ci kursa başladım 11 ci sinifi bitirmişəm amma 9cu sinfin şəhadətnaməsi ilə daxil olmuşam martda 18 yaşım olur . Mən arayış vermişəm amma yenə də 12 fevralda məni yoxlanışa çağırırlar.

Bildiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün atanızın adını, təvəllüdünüzü və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
efqan Soruşur Yazılma Tarixi:10.02.2015 16:25:28

Salam size yazmaqda esas meqsedim SHXCDX-ne ise qebul olmaq isteyim ve bunun ucun sizden elave melumat almaq niyyetimdir.Gosterdiyiniz elektron xidmetler bolumunden istifade ederek ve erizeleri doldurmaqla ise qebul ne derecede real ve mumkundur diqqetivize gore minnetdar

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verildikdən sonra namizədliyinizə baxıla bilər.
Elgun Xasayli Soruşur Yazılma Tarixi:10.02.2015 15:49:44

salam men konullun herbi xidmete getmek istiyirem,herbi bileti almisam yararsizdi nece eliyim gedim? hara muraciyet eliyim?

Bildiririk ki, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər.
Bu məsələ ilə bağlı Siz və valideynləriniz qeydiyyatda olduğunuz Xidmətin idarə, şöbə və ya bölməsinin rəisinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etməlidirlər.
Araz qasimov Soruşur Yazılma Tarixi:10.02.2015 01:22:51

Mende size deyirem ki geden bineqedi rayonu herbi kamissarliqa sozumum ustunde durmusam kim gelir gelsin vecime deyil ne vaxt maddem duzeler onda gederem 14b maddesi qoyulub guya ruhi xestelik onu yazantupoydu oozum pese liseyde oxuyuram eyer ele bir xestelik olsa goturmezdiler

Şikayət ərizəniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində araşdırılmış və Sizə 09.01.2015-ci il tarixli 72 nömrəli məktubla cavab verilmişdir.
Rasim Ahmadov Soruşur Yazılma Tarixi:09.02.2015 23:38:10

Salam.Menim qohumum 2014 cu ilde orta mektebi bitirmiwdir.2015 ci ilin aprel ayinda 18 yawi tamam olur.Amma ali mektebe sened vermelidir ve bunun ucun TQDK ya muvafiq arayis teqdim etmelidir.Bunun ucun ne etmey lazimdir.bele bir mohletin verilmesi mumkundurmu?Qeyd edim ki hec bir xesteliyi yoxdur,mohlet sadece ali mektebe erize vere bilmesi ucundur/Xahiw edirem komey edesiniz. 050 257 90 05

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəbini bitirib, sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edib, lakin heç bir təhsil müəssisəsinə qəbul olmayan çağırışçılar, ikinci dəfə ali və orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulunda iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cavid Huseynli Soruşur Yazılma Tarixi:09.02.2015 21:33:07

salam mənim dostum 01.09.2015 ci ildə hərbi xidmətə gedib sərhəd qoşunlarına düşüb cəlilabad rayonuna bilmək istəyirəmki and içmə nə vaxt olacaq

Qeyd etdiyiniz məsələ ilə bağlı dostunuzun xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Səlimzadə Əliəşrəf Soruşur Yazılma Tarixi:09.02.2015 21:31:50

Salam men Səlimzadə Əliəşrəf Nizami oğlu 21.07.1993 Şəki hərbi komisarlığından 2014 cu il oktyabr ayinda herbi xidmete getmisem və oktybar ayinin 27 si hərbi hiiseden geri qaytarildigim ucun meni 30.01.2015 tarixinde Bakiya herbi hospitala gonderdiler.sexsi isime baxdiqdan sora mene hec bir melumat vermediler dediler gede bilersen mende qayitdim rayona.Herbi Hekim eksperdizyasinin cavabini nece oyrene bilerem yeniki yararli olub olmadigimi??

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  86-cı maddəsinin I qrafasına əsasən 6 (altı) ay müddətinə "Hərbi Xidmətə müvəqqəti yararsızdır" hesab edilmisiniz.
Musayeva Günay Soruşur Yazılma Tarixi:09.02.2015 20:54:14

Salam .Men Musayeva Günay Arif 1983 cü il Şeki şeherinde anadan olmuşam.Men defelerle Herbi xidemeti vezife üçün müraciet etmişem ,ama yaşimla bagli redd cavabi almişam .Bilmek isteyirem men Azerbaycan Respublikasinin Silahli qüvvelerinde,Azerbaycan ordu siralarinda xidmeti vezifeye baş vurmaq üçün hara müraciyet ede bilerem.Ali baş komandani,Azerbaycan Respublikasinin prezidenti İlham Eliyev cenablari 2015 fevral ayinda Seferbeylik haqda seramcan imzaladi...Seferbeylik haqda qanunda 19yaşindan 40yaşina qeder qadinlarinda herbi xidmete celb olunmasi haqqda qanun var .Men 2000ci ilden Sebail Rayon vetandaşiyam .Ali tehsilliyem .bilmek isterdim bu haqda hara müraciyyet etmek lazimdi.....Teşekkür edirem .

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Samir abdurahmanov Soruşur Yazılma Tarixi:09.02.2015 18:13:13

Salam.gizirlik kursu nece aydi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Kursların nə vaxt, harda cə hansı müddətə keçirilməsi 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələr tərəfindən müəyyən edilir.
Cədvəldə sətir sayı :14897