Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ulfet omarov Soruşur Yazılma Tarixi:17.02.2015 22:46:57

SalaM menim fevralda 18yasim tamam oldu aprelin cagrisina mektebden arayis gonderdim.bide cagris iyulda olanda iyulda da men ali mektebe sened verirem meni universitet imtahani esgerlikden saxlayir yoxaa .men bunun ucun ne etmeliyem

Bildiririk ki, sağlamlığınıza, ailə vəziyyətinizə görə və digər əsaslarla hərbi xidmətə çağırışdan möhlət hüququna  malik olmadığınız halda 2015-ci ilin iyul ayında qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi qaydada müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəksiniz.
sehriyar memmedov Soruşur Yazılma Tarixi:17.02.2015 20:55:36

men 2014 ci ilin aperelinde vakamata cagirdilar ve meni bakiya xeste xaniya yoladilar ve mene hecne demediler 3 ay sonra meni birde cagirdilar qosbitala yoladilar gene mene cavab demediler meneim hekim dediyine damar distaniyasi var ve goz zeifliyi teztez bas agrisai gozlerimin ayismasi ve belimde 2 yerde eyrilik var meni buna gore meni esger apararlar

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Agamirze Abbasov Soruşur Yazılma Tarixi:17.02.2015 20:10:42

Salam men size 05.02.2014-cu il tarixde muraciet etmishdim,merhum atam Abbasov Huseyinqulu Oruc oglu 1941-45-ci illerde boyuk veten muharibesinde helak olmasi barede arayiw istemishdim,Sizde mene cavabinda yazmisinizki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsində mövcud olan arxiv sənədlərində mərhum atanız Abbasov Hüseynulu Oruc oğlunun Böyük Vətən Müharibəsi illərində hərbi xidmətə çağırılması və itgin düşməsi barədə məlumat yoxdur.Size cox teshekkur edirem menim sualimi nezere alib cavablandirmisiniz,Indi Size melumatlandirmaq ucu bildirirem ki menim atam Abbasov Huseyinqulu Oruc oglu,emim Abbasov Memmedbagir Oruc oglu ikside bir gunde 01 sentyabr 1941-ci ilde Dastafur rayon kollu kendinden myharibeye gedibler,men o vaxi 6 yashim var idi bele yadima gelirki 1943-cu il sentyabr ayinda olarin olum xeberi gelmishdi,Sixden cox xahish edirem mende olan bu melinatlara gore arxiv axtarilsin,ola bilsinki Kepez rayonun arxivinde olmasin olarin melumatlari bashqa rayona baxsin.Menim iki gozumde gormur 1-ci qrup elilem,hec cure gedib axtarish ede bilmirem,cox xahish edirem mene komek edesiniz.Allah komeyiniz olsun,teshekkur edirem Size.cavabinizi gozleyirem.menim telefon nomrem 070-939-33-47.

Bildiririk ki, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində iştirak etmiş, həlak olmuş və itkin düşmüş şəxslərin arxiv sənədləri Xidmətin yerli idarə, şöbə və bölmələrində, həmçinin Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində (142100, г. Подольск, Московская область, ЦАМО) qorunub saxlanılır. 
Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə anket-sorğu yalnız tələb olunan məlumatlar (atanızın harada və nə vaxt xidmətə çağırılması, rütbəsi, hansı qoşun növündə xidmət etməsi, hərbi hissənin nömrəsi və s.) dəqiqləşdirildiyi halda göndərilə bilər.
Konkret araşdırma aparılması üçün atanız Abbasov Hüseynqulu Oruc oğlunun hansı rayondan xidmətə göndərildiyi dəqiq göstərilməlidir.
Memmedov Umud Soruşur Yazılma Tarixi:17.02.2015 19:49:57

salam. qeydiyyatda oldugum yere yaxin erazide ola bilerki duwsun xidmetim???

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Sərxan Soruşur Yazılma Tarixi:17.02.2015 17:55:53

Salam. Qardaşım 5 aydırki Həqiqi hərbi xidmətdədir. Mən isə Aprel ayında Həqiqi hərbi xidmətə çağırılıram. Bilmək istərdim Mümkündürmü qardaşım gəldikdən sonra mən gedim. Onuda xatırladım ki, valideynlərim boşanıblar və mən Anamla tək yaşayıram. Həmçinin Azərbaycan Dövlət Aqrar Universtetində qiyabi təhsil alıram...

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır.
Aqil Abbasov Soruşur Yazılma Tarixi:17.02.2015 15:35:47

salam , menim iqtisadiyyat uzre magistr tehsilim var. herbi xidmetdede olmusam . yeniden orduda leytenant kimi xidmet etmek ucun ne etmeliyem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, zabit kimi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz. 
ilkin Soruşur Yazılma Tarixi:17.02.2015 15:20:49

Salam. Bilmek isteyirdimki Ali tehsili olanlarin xidmeti leytinant kimi davam etdirmeyi mumkundurmu. mumkundurse bu haqda melumat vererdiz zehmet omasa.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Rafael Hasanov Soruşur Yazılma Tarixi:17.02.2015 14:03:41

Esitdiyime gore 2015 ci ilde bele bir qerar verilib ki, kim harada qeydiyyatdadirsa orada xidmet edecek.bu duzgundur? Yeni dogurdan bele bir qerar verilib? Zehmet olmasa sualimi cavablandirasiniz.Tewekkurler.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda qeyd etdiyiniz məsələ ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
ferid Soruşur Yazılma Tarixi:17.02.2015 12:00:05

Esgerlikden hansi sebeblere gore ve ne qeder mohlet goturmek olar?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir:
1. Ailə vəziyyətinə görə;
2. Sağlamlıq vəziyyətinə görə;
3. Təhsilini davam etdirmək üçün.
Orxan Mamedov Soruşur Yazılma Tarixi:16.02.2015 23:29:41

Salam . Herbi xidmetde olmamisam amba harbi pasportum var, yazilib yararli deyil, konullu getmek stiyrem Natamam Ali tahsilliyem, Herbi Xidmetde cavus kimi xidmet etmek mumkundurmu ve bunun ucun ne etmek ve hansi senetler lazimdi? Bu barede etrafli

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14890