Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aziz Mammadov Soruşur Yazılma Tarixi:15.02.2015 11:53:43

Salam, səhhətində problem olan çağırışçıya tibbi müəssisəyə göndəriş kim tərəfindən və nə zaman verilməlidir? Onu tibbi müəssisəyə hansı təşkilat aparmalıdır?

Növbəti çağırışa hazırlıq zamanı çağırışçılar, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinələri təmin olunur və hərbi xidmətə yararlı olub-olmamaları haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul edilir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur. 
Esgerov Emrah Soruşur Yazılma Tarixi:15.02.2015 00:37:45

salam ali tehsilim var ayaq alti duz olduguma gore esger aparmirlar konullu suretde esger getmek isteyirem aparmirlar xahis edirem komeklik edesiz 055 9114400

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Nihad Ibrahimli Soruşur Yazılma Tarixi:14.02.2015 17:41:21

Salam, Mən bu il iyul ayında hərbi xidmətə getməliyəm. Hal-hazırda tələbəyəm. Mənim arzum hərbi xidməti zabit kimi keçməkdi, leytinantlıq kursunu bitirib 1 il 6 ay xidmət etmək. Bu 1 il 6 ay müddət də bildiyimə görə ancaq Milli Orduya düşəndə mümkündü. Sualım bu idi ki, mən milli orduya düşməyimçün əvvəlcədən addım ata bilərəmmi, yəni ki necəsə bir müraciət forması varmı, yoxsa bu məndən asılı olan bir şey deyil?Teshekkurler!

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Baloğlanov Tural Soruşur Yazılma Tarixi:14.02.2015 10:48:19

Salam men Milli Aviasiya Akademiyasında tehsil alıram 4-cu kurs telebesiyim. Men herbi xidmete zabit kimi getmek isteyirem hara muraciet edim bele bir sey olurmu olursa etrafli melumatlandirin zehmet olmasa

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Sevinc Şıxıyeva Soruşur Yazılma Tarixi:14.02.2015 10:18:14

Salam. Mən Rusiya vətəndaşıyam, xəbərlərdə oxudum ki Azərbaycanda təzə qanun çıxıb, xərbi qulluqçusu olmaq üçün Azərbaycan vətəndaşı olmaq vacib deyil, xarici ölkənin vətəndaşı olmaq olar, pasportun və diplomun kserokopiyası lazımdır və şəkil. Mən öyrənmək istəyirəm ki hara müraciət eləmək lazımdır işə düzəlmək üçün və hansı hərbi hissədə xidmət eləmək olar, oxuduğuma görə 19 yaşdan olar, mənim 22 yaşım var və bu yay Rusiyanin dövlət universitetin 'Gömrük işi' olan fakultəsini bitirib diplomun alıram.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasnın Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan  qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər.
Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına müraciət edə bilərsiniz.
Elvin Huseynov Soruşur Yazılma Tarixi:14.02.2015 01:16:35

Salam mohlet nece hesablanir 6 ay.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 18.1 maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir.
Murad Aliyev Soruşur Yazılma Tarixi:13.02.2015 21:02:25

Salam herbi qeydiyata nece yasinda cagirilir?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşə tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
kamil quliyev Soruşur Yazılma Tarixi:13.02.2015 20:13:14

Salam, fiziki terbiye ve genclerin caxrisaqedrki hazirliqi ixtisasi uzre ali pedaqoji tehsil almisam. halhazirda genclerin caxrisaqederki hazirliq muellimi ve GCH rehberi isdiyirem. herbi rutbe neca ala bilerem??

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, zabit kimi hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən, toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamalı müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilər "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik )1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.
Keçiriləcək toplanışların vaxtı və müddəti barədə toplanışlara cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər məlumatlandırılırlar.
Raci, Məmmədov Soruşur Yazılma Tarixi:12.02.2015 16:30:10

Salam, bilmək istərdimki 3.0 eynək taxan vətəndaş hərbi xidmətə yararlıdır yoxsa yararsız. Diqqətinizə görə minnətdaram

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyasının pozulma dərəcəsindən asılı olaraq aparılır.
Çağırışçı qeydiyyatda olduğu 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Ibrahim eliyev Soruşur Yazılma Tarixi:12.02.2015 13:49:02

1963 tevelludlu ehtiyyatda olan zabit herbide isleye bilermi

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Cədvəldə sətir sayı :14897