Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Nuruyev Soruşur Yazılma Tarixi:12.02.2015 12:36:08

Salam.Itirilmish herbi biletin berpasi ucun hansi proseduru heyata kecirmek lazimdir?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinadsız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir.
Ruslan Soruşur Yazılma Tarixi:12.02.2015 04:46:31

Salam,sizin sual cavablarnizi oxudum,toxunmaq istediyim bir meqam var. Fuadin meselesi menimde bawma gelib,aile veziyyetimle elaqedar mecbur olub xidmete uygunsuzluq maddesile ehtiyata buraxilmiwam,indi cetin veziyyetdeyem hec yerde iwe goturmurler. Sualim ise beledi niye 8 il vetenine xidmet etmiw zabite bele laqeyid munasibet beslenir,aile problerne gore mecbur qalib eytiyyata buraxilan zabite niye lori dilde desek qara leke damgasi vururlar? Budu zabite olan hormet? Sizce men indi neynemeliyem?

Bildiririk ki, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları aidiyyəti üzrə qulluq (xidmət) etmək istədikləri orqanlar tərəfindən müəyyən edilir.
Bu səbəbdən hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz 
Semedov fariz Soruşur Yazılma Tarixi:11.02.2015 21:42:56

salam SHXCDX-ne ise qebul olunmaq ucun ikinci defe imtahana buraxila bileremmi?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar müraciəti edən namizədlərin sayı çox olduğu üçün Sizin təkrar müsabiqəyə (test imtahanına) dəvət olunmağınız mümkün hesab edilməmişdir.
Nail elesgerli Soruşur Yazılma Tarixi:11.02.2015 16:59:20

Salam men herbi xidmete yararsiz oldugum ucun gede bilmemisdim indi hekim muainesinden kecdim ve sehetimde problem ol madiqini soyledi bes men herbi xidmete nece gede bilerem?

Bildiririk ki, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövltə səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər.
Bu məsələ ilə bağlı Siz və valideynləriniz qeydiyyatda olduğunuz Xidmətin idarə, şöbə və ya bölməsinin rəisinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etməlidirlər.

fuad Soruşur Yazılma Tarixi:11.02.2015 14:41:18

salam hərbi uçotdan çıxardılmış şəxş sağalıbsa yenidən könüllü onu tibbi komisyadan keçirdib hərbi uçota salıb hərbi xidmətinin qalan müddətini çəkmək üçün hərbi hissəyə göndərmək olarmı.xahiş edirəm ətraflı cavab yazasınız.belə olduqda kimə müraciət edilməlidir.

"Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız" sayılan vətəndaşların təkrar şəhadətləndirilməsi  qanunvericilikdə nəzərdə tutulmamışdır.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin  tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduöu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə 
(bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
vusal,elizade Soruşur Yazılma Tarixi:11.02.2015 10:10:10

2015 aprel ayinda texris olan prizivlerin pirikazin hacan cixacaq

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1 maddəsinə əsasən qanunla müəyyən olunmuş hərbi xidmət müddətlərini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hər il yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında ordu sıralarından tərxis olunurlar.
Samurad Süleymanov Soruşur Yazılma Tarixi:11.02.2015 08:59:02

Salam oktyabr ayinin 20.si elave yoxlanisa cagrilmisdim ve helekide kamisarliqdan xeber cixmiyib.İsterdim bilemki herbiye yararliyam yoxsa yox?! önceden cox sagolun.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Tahir Soruşur Yazılma Tarixi:10.02.2015 21:59:12

Men size sual unvanlamiwam amma cavab yazmamsiz bilmey isteyiremki men esgerlikde manqa komandiri cavus ola ola niye gore vayunkomat qurgu komandiri yazib bunu nece bawa duwmek olar qurgu komandiri ne demeydi men manqa komandiri olmuwam bele yazsinlarda...

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən eyniməzmunlu müraciətinizə cavab verilmişdir.
Coşqun Həsənli Soruşur Yazılma Tarixi:10.02.2015 21:06:28

Salam.Mən Sumqayıt şəhərində yaşayıram. Hərbi xidmətdə olmamışam bilet almışam 2011-ci ildə. 2014 -cü il iyun ayında 3 il müddətim tamam oldu yenidən həkimlərdən keçməyəçagırdılar. Hərbi biletimi saxladılar dedilər gələn həftə gələrsən sənə baş həkim arayış yazsın sən "Zərifə Əliyeva göz xəstəxanasına" gedərsən yenidən həkimdən keçmək üçün. Bir həftədən sonra işlə əlaqədar problemlərin çıxdıqı üçün unutdum getmədim 1 aydam sonra getdim dedilər Hərbi biletin itib dediler keç özün axtar axtardım tapa bilmədim. Dedilər 1 ci gün gələrsən baş qarışıq dı indi. Nəysə çıxdım o gedən məndə getdim işimlə əlaqədar vaxtım olmadı. Birdə qeyd edimki hətta mənim adım həkimlərdən keçmiş kimi qeyd etmişdilər. Amma mən orda etiraf etdimki keçməmişəm həkimdən axı mən və siyahıdan çıxartdılar. Mən indi nəetməliyəm? Birdə bir sualımda var mən əgər könüllü olaraq hərbi xidmət ərizəsini yazsam yenidən həkimlərdən keçəcəmmi,

Məlum olmuşdur ki, Siz, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən AO 1273863 saylı hərbi bilet ilə təmin olunmusunuz.
ibrahim beylerzade Soruşur Yazılma Tarixi:10.02.2015 19:19:38

salam men 2011ci ilde istanbul dovlet universitetine girdim. universitetde oxuduguma dair 4 illik senet alib voyinkamata yeni herbi hisseye verdim ve 4 illik mohlet huququ aldim amma 2012ci ilde universiteti dondurdum . 2014 cu ilde oz isteyimle universiteteden cixdim. bu il yeni 2015ci ilde universitete yeniden berpe oldum yeni geri dondum . hal hazirda 2 ci kursdayam. bilmek isteyiremki mene oxumagim ucun mohlet huququ verilecek? universiteti dondurdugum halda voyunkamata xeber vermediyim ucun her hansi problem yarana biler? teskkur edirem.

Bildiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Cədvəldə sətir sayı :14897