Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Qurbanov Kərəm Arzu oğlu Soruşur Yazılma Tarixi:20.02.2015 10:50:18

Salam mən Kərəm Şirvan şəhəri qeydiyyatindayam,bu il Aprel ayinda hərbi xidmətə getməliyəm,lakin helem mektebde oxuyuram tehsil almag istəyirəm universitetə daxil olub orani oxuyub bitirmək istəyirəm,sonra isə xidmətə gedmək istəyirə!mənim ən böyük arzularimnan biri milli Qvardiyada xidmet etməkdir.Mənim boyum 1.90 idmanla məwqul olmuwam ora daxil olmaq ucun nə tələb edirlər?birdəki bu il Aprel ayinda hara düşəcəyimi bilmek istiyirəm

Bildiririk ki, sağlamlıq vəziyyətinə, ailə vəziyyətinə və digər qanuni əsaslarla hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmadığınız halda, Siz, qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Qeyd edirik ki, çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Afiq Memmedov Soruşur Yazılma Tarixi:20.02.2015 09:18:16

Salam men 2012-ci illde kollece qebul olmusam ve 2015-ci il iyul ayinin 12 de bitirecem . Bu il ali mektebe is vermek isteyirem ancaq bilmek isteyirem men ali mektebe is vere bileremmi.Onuda nezerinize catdirimki 2015 -ci il fevral ayinda menim 18 yasim tamam olub.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Siz qanunla müəyyən olunmuş hərbi xidmət müddətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz.
resid eyyubov Soruşur Yazılma Tarixi:19.02.2015 23:03:01

salam.men herbi xidmeti efqanistanda sulh meramli quvvelerde kecmek isteyirem,,bunun ucun ne etmeliyem? ve muddeti n eqederdir?

Sülhməramlı Qoşunlar MÜdafiə Nazirliyinin tabeçiliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı MÜdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Memmedov Afiq Soruşur Yazılma Tarixi:19.02.2015 21:05:27

Salam men 2012-ci ilde 9 illik sehadetname ile kollece qebul olmusam 2015 ci il Iyul ayinin 12-de kolleci bitireceyem.2015 ci il fevralin 2-de 18 yasim tamam oldu .Kollecde oxuduguma gore iyul ayinin 12 dek mohlet huququ verilib bilmek isteyiremki Ali tehsil almaq ucun SHXCDX -den arayis ala bileremmi KI, TQDK -ya teqdim edim imtahanlar iYUL ayinin 24 du is vere bilerem?????

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Siz qanunla müəyyən olunmuş hərbi xidmət müddətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz.
Sirnaliyev Maharram Soruşur Yazılma Tarixi:19.02.2015 16:14:34

Salam.Men ali tehsilliyem(Moskva seherinde tehsilimi bitirmisem, huquqsunans).2015-ci ilde herbi xidmetimi Daxili qosunlarda qutarmisam.Ise qebul olmaq isteyirem . Erizenin numunesini harda tapmaq olar. Man senedleri yollamisdim bakiya poctaynan zerife eliyeva kucesine. Imtine etdiler . sebebi erize yoxdu, Bu erizenin numunesi hardan tapmaq olar

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmaq  üçün ərizə, tərcümeyi -hal və anketin məlumatlarınızı elekron qaydada təqdim edildikdən sonra namizədliyinizə baxıla bilər.
Famil Ekberli Soruşur Yazılma Tarixi:19.02.2015 11:53:20

Salam mem Famil Ekberli 8 sayli lisey pese mektebinde oxuyuram tevelud 1995 ne vaxt herbiye cagiracaqlar

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Siz qanunla müəyyən olunmuş hərbi xidmət müddətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz.
Nicat Gadashov Soruşur Yazılma Tarixi:18.02.2015 23:17:50

Sualım beledir ki,yaşından asılı olmayaraq,xaricde dövlet universitetinde tehsil alan biri eskerliye aparılır ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Qedirli Elcin Soruşur Yazılma Tarixi:18.02.2015 23:07:32

Salam fevral ayinda 18 yawim oldu kollecde oxuyuram iyulda cagiriwimdi uniye sened vermek istyirem buna gore mene mohlet huququ verile bilermi?zehmet olmasa cvblandirardiz.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Siz qanunla müəyyən olunmuş hərbi xidmət müddətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz.
ismayılov Soruşur Yazılma Tarixi:18.02.2015 20:01:54

Mən 07.07.2014-cü ildə hərbi xidmətə çağrıldım. Mənə " Tibbi şəhadətləndirilmə vərəqimdə" həkim-mütəxəssisin rəyi: - Xəstəliklər cədvəlinin 85 maddənin 1-ci qrafasının C bəndi və ƏTC-nə (Azərbaycan Respubilikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş " Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı. Diaqnoz- Allergik rinit (Mix++, Pter+, Far+) Mən allergik rinit xəstəsiyem. 5№-li klinik xəstəxananın qoyduğu diaqnozu Mərkəzi hərbi həkim komissiyası müayinə aparmadan diaqnozu inkar edir. Size sualım eger men xeste deyilemse 5 № xestexana menim 9 ay xidmetden gecikmeme sebeb olub bunun ucun ne etmeliyem? bununla barismaliyam? Əgər həqiqətən xəstəyəmsə nece etmeliyem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə adınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14897