Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
sahil Soruşur Yazılma Tarixi:24.02.2015 14:11:53

Aile veziyyetine gore nece mohlet goturmek olar

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:
1. başqa övladı olmayan I qrup əlil ata, yaxud ana;
2. 3 və daha çox uşaq;
3.I qrup əlil arvad;
4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);
5. 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.
huseynov elnur Soruşur Yazılma Tarixi:24.02.2015 02:32:26

Salam xais edrem sualma cavab veresiniz.Mayda menim 17 yasim olacaq elebir herbi mekteb var ki men herbini oxuyum.Men herbici olmaq cox isteyrem. Esger getmemisden qabaq oxmaq isteyrem

Qeyd etdiyiniz məsələ ilə bağlı hərbi qulluqçu hazırlayan xüsusi təinatlı təhsil müəssisələrinə müraciət etməyiniz tövsiyə olunur.
Famil Ekberli Soruşur Yazılma Tarixi:23.02.2015 23:31:57

Salam men 1995tevelutdenem meni disimde 2 ci derece arali qalma var bu esger getmeyime mane olmur?gede bilerem

N.İ. Aqapova görə 60 faizdən az çeynəmə səməriliyi ilə II dərəcəli dişləm animaliyası (dişləmin 5 mm-dən 10 mm-ə qədər aparılması) və ya dişlımin 10 mm-dən  artıq aralanması ilə (çeynəmənin səmərəliyi nəzərə alınmadan) II dərəcəli dişləm anomaliyası olduqda çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 56-cı maddəsinin "b" bəndinin I qrafasının tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə müvəqqəti yararsız" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Logman Hemzeyev Soruşur Yazılma Tarixi:23.02.2015 20:47:40

Salam. Mene rayon cagiris komissiyasinda tibbi baxisdan kecerken elimde olan kesiye gore Respublika Psixatriya xestexanasina gonderis vermisdiler. Bu ayin 11-de hemen xestexanaya getdim komissiyadan kecdim. Artiq ustunnen 10gunnen cox kecib helede rayon sobesine cavab qayitmayib. Aprel ayinda 18yasim tamam olur ve herbi xitmete getmeliyem, helede mene cagiris vereqesi verilmeyilib. Bilmek isteyirdimki bu cavab nece gune qayitmalidi?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
samadov kenan Soruşur Yazılma Tarixi:23.02.2015 20:21:51

Salam aleykum menim size bir sualim var xais edirem cavablandirasiz.. men hal hazirda rusiya vetandawiyam ve azerbaycanda olanda sumqayit herbi kamisarliqinda qeydiyatda olmusam sora geldim rusiyaya ve buranin vetandasliqin aldim ve buranin herbi kamisarliqina qeydiyata dusdum indi men burda kollecde oxuyuram ve 2 aya qurtariram ve meni esgerliye caqiracaqlar burdan ama men iseemirem burda esgerlik cekmek .. sualim odurki men ora gelsem orda nece il xidmet edecem 1 il ya 1 il 6 ay ? Onuda deyimki 95 ci ilem 3 ildi oxuyuram burda mayda qurtaracam azerbaycan vetandadliqindanda otkaz elememisem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən xarici dövlətin vətəndaşlığınıı qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırıçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
"Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsili olanlar 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay
Memmedov Elsen Soruşur Yazılma Tarixi:23.02.2015 18:03:44

Salam. men ali tehsilliyem..Azerbaycan Turizm Inistitutun bitirmishem..esgerliyimi 2012-2013 cu illerde Daxili Qoshunlarda esger kimi cekmishem..indi zabit kimi yeniden herbiye qayida bilerem? Milli Orduya..

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Babayev Ramin EfladdIn oglu Soruşur Yazılma Tarixi:23.02.2015 16:12:14

salam xidmet etmek isteyirem konuluk

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayanvə ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Ferid Soruşur Yazılma Tarixi:23.02.2015 16:02:52

Salam, sag ayaqin 3 barmaginin iki falangasi yoxdur, men herbi qulluqa cagrilmaliyam?

Cüzi ağrı sindromu və statikanın pozulması ilə müşayiət olunan, təyin edilmiş hərbi nümunəli ayaqqabı gəzdirilməsinin uyğunlaşdırılması mümkün olan ayağın mülayim dərəcədə ifadə olunmuş deformasiyalarla çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin "c" bəndinin I qrafasının tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Dasdemırov xeyal Soruşur Yazılma Tarixi:23.02.2015 02:19:17

Salam axsamınız xeyır menım sualım mudetden artıq herbı xıdmete qebul senetlerın qebulu dayanıb ne vaxdan baslayacaq bılmek olar sagolun

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və HƏrbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçular üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığına görə, Sizin müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
kamil quliyev Soruşur Yazılma Tarixi:22.02.2015 13:33:22

Salam. ali pedaqoji tehsili olan ve herbi rutbesi olmayan mekteblerde herbi ders tedris eden muellimlere herbi rutbe verilecek???

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətndən, qoşun növü və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Bu qanunun 47-ci maddəsinə əsasən, toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.

Cədvəldə sətir sayı :14897