Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
zaur Soruşur Yazılma Tarixi:25.02.2015 17:37:45

Salam men mudetden artiq herbi xidmet kecmek isdeyirem. Bakida ele iwdemey olur?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Nizami Ceferov Soruşur Yazılma Tarixi:25.02.2015 12:16:23

Salam, mənim körpücük sümüyümdə zədə var, jim turniq məşqlərini edəndə ağrılar olur. Bu halda hərbi xidmətə yararlı sayılır?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 64-70-ci maddələrinin I qrafasının tələblərinə əsasən orqanın hərəki, vegetativ-trofiki pozulmalarının dərəcəsindən və davamlı sindromu ilə müşayiət olub-olmamasından asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Ləman Nəsirli Soruşur Yazılma Tarixi:25.02.2015 01:52:29

Salam ali təsilim var böyum 155 herbi hisseyə böyuk maraqim və sevgim var .Mumkindir işləmək hərbi hissədə ??böyuma görə eziyyet cekirem ..cooox sevirem herbi sahesin zəhmət olmasa yol göstərərdiniz mənə.önceden teşekkürlər

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.

Hüsüyeva Mətanət Soruşur Yazılma Tarixi:25.02.2015 01:42:33

Salam mən cəbhədə könüllü olaraq xidmət etmək isdəyirəm amma orta məktəbi bitirməmişem ve 19 yaşım var bilmək isdəyirəm ki? mən orduda xidmət edə bilərəm??

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 12.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, 35 yaşınadək sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaları həqiqi hərbi xidmətə çağırılırlar.
Kenan Quliyev Soruşur Yazılma Tarixi:25.02.2015 01:00:52

Heqiqi herbi xidmete gedende qiyabi olaraq ali tehsil alirdim. Indi tehsilimi basa vurmusam. Orduya zabit qisminde nece qayida bilerem? Bunun ucun yas heddi necedir?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Hesret Memmedov Soruşur Yazılma Tarixi:24.02.2015 23:30:56

Salam men hal hazirda 2014cu ilde mektebi qutarmiwam hemin il men sened vermiwem ali tehsil muessisesine ama qebul olmadim ve istiyiremki bu il sened verem ad gunum 10.07.1997 ci ildedi men mohlet huququ ala bilerem zehmet olmasa izah eliyesiz

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəbini bitirərək, həmin ildə sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edən lakin heç bir təhsil müəssisəsinə qəbul olunmayan çağırışçılara,ikinci dəfə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
ilqar Həmidov Soruşur Yazılma Tarixi:24.02.2015 21:18:39

Salam.Mən 18.10.1999-cu ildən 22.06.2001-ci ile qədər Beyləqan,Fizuli rayonlarında 706 saylı herbi hissede tagım komandiri vəzifesində işləmişəm.Hərbi rütbəm baş leytenantdır.Həmin müddətdə məzuniyyətdən istifadə etməmişəm.Bilmək istəyirəm ki, yeni sərəncamla bağlı mene məzuniyyət pulu düşürmü və düşürse necə ala bilərəm?

Bildiririk ki, istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli və 2014-cü il 26 dekar tarixli 399 nömrəli Qərarlarına əsasən həyata keçirilir.
Odur ki, xidmət yerinin Müdafiə Nazirliyinin hərbi hissəsi olduğu üçün aidiyyəti üzrə Müdaiə NAzirliyində fəaliyyət göstərən istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görəvpul kompensasiyasının hesablanması komissiyasına ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Nahide Eliyeva Soruşur Yazılma Tarixi:24.02.2015 18:21:54

Men bilmek isteyirem ki .Nazirler kabineti qerar Qebul edib ki.Qadinlarda konullu herbi xidmet kece bilerler.Bes bunu nece icra etmek olar?Sexsen men konullu herbi xidmet kecib Herbici kimi islemek isteyirem.bunun ucun hara muraciret etmek lazimdi?,ve bunun icrasina ne vaxt baslanacaq.?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Baxşəliyev Bəylər Soruşur Yazılma Tarixi:24.02.2015 16:32:42

Salam adım Bəylərdi.Mənim sualım yararsız hərbi bilətlə əlaqədardır.Mən 2012-ci ilin iyul ayında hərbi xidmətimi başa vurmalı idim.Lakin xidmətimin bitməyinə 10 gün qalmış ağ ciyərin vərəmi diaqnozu ilə Ələt qəsəbəsində yerləşən hərbi hospitala yerləşdirildim.Tam sağaldıqdan sonra 31.08.2012-ci ildə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ordu sıralarından təxris olundum.Sualım ondan ibarətdir ki, mən hərbi xidmətə yararlı hesab edilib hərbi biletimi dəyişə bilərəm ya yox?

Bildiririk ki, təkrar tibbi müayinə zamanı dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində Sizdə əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda hərbi biletinizdə müvafiq qeydlər aparılacaqdır.
Rufet Memmedov Soruşur Yazılma Tarixi:24.02.2015 14:29:45

salam.menim atam anamla men teze doguldugum zamandan bosaniblar.men anamla tek yasayirdim.anam da yayda rehmete getdi.bir bacim var o da coxdandir ki, aile qurub bakida yasayir.bu yaxinlarda evlendim.meni esgeri apararlarmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.Siz, qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Cədvəldə sətir sayı :14897