Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Huseynov Namiq Salman oqlu Soruşur Yazılma Tarixi:03.03.2015 23:13:50

Men zabit olaraq 1992 ci ilden1998 ci ile kimi ordu siralarinda qulluq etmiwem.Terxis olunandan bu gune kimi mezuniyyet ve paltar pullarini almamiwam.Komeklik gostermeyinizi xahiw edirem.

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz orqana ərizə ilə müraciət etməlisiniz.
vusal rehimov Soruşur Yazılma Tarixi:03.03.2015 22:06:04

Salam.men SHXÇDX nə işə qəbul uchun erize ile muraciet etmishem.bilmey isterdim ki meni ne vaxt chagıracaqlar musabiqede ishtirak etmek uchun

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. 
Əlavə olaraq bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir.
shahin Zeynal Soruşur Yazılma Tarixi:03.03.2015 21:18:09

salam.men heqiqi herbi xidmet kecmishem.ehtiyatda olan zabitem (leytenant).26 yawim var.SHXCDX -de xidmet etmek isteyirem .bunun ucun men ne etmeliyem ve hansi gostericilere sahib olmaliyam?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Həqiqi hərbi xidmətə qəbulla əlaqədar barənizd\ \traflı məlumat verilməklə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilmiş vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
emil Soruşur Yazılma Tarixi:03.03.2015 19:44:13

Saglamliga gore mohlet hansi hallarda verilir?

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyalarının pozulmasından və davamlığından asılı olaraq çağırışçılar tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  tələblərinə əsasən  şəhadətləndirilirlər.
"Hərbi vəzifə və hərbi xidmət  haqqında" Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəiyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
Əlavə olaraq bildiririk ki, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Kerımlı Murad Soruşur Yazılma Tarixi:02.03.2015 23:13:23

16-05-1997 anadan olmuşam.2015 cı ıldr alı mektebe sened vere bılerem?

Bildiririk ki, Siz, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənədlərinizi təqdim etdikdə, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olması barədə sənəd tələb ediləcəkdir. Möhlət hüququna malik olduğunuz halda, qəbul imtahanlarında iştirak edə biləcəksiniz. Əks halda, qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
poqranwik Soruşur Yazılma Tarixi:02.03.2015 23:03:56

Salam xaiş edirem mene melumat veresiz 2013 octyabr 2015 aprel herbi xidmet kecenlerin prikazı cıxıb ?

ildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş hərbi xidmət müddətlərini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprel yının 1-dən 30-dək ordu sıralarından tərxis olunmaları barədə 02.03.2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti müvafiq Sərəncam vermişdir.
Ruslan Shirinov Soruşur Yazılma Tarixi:02.03.2015 20:28:54

salam men ali mektebi bitirmishem amma esgerliyde bitirmeden once olmusham.indi zabit kimi orduya getmey istiyirem bu mumkundurmu? esasda men qeydiyyatda oldugum sheherde her hansisa herbi hissede xidmet ede bileremmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Ehmedov Ehmed Soruşur Yazılma Tarixi:02.03.2015 19:42:38

salam atasiz ve tek usaqlar nece km uzaqa duse biler?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda qeyd etdiyiniz məsələ ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
Yaver Gulmaliyev Soruşur Yazılma Tarixi:02.03.2015 14:25:32

evvelceden salam menim atam qarabag elilidi martin 3 u paveski gelir menim on cebheye dusme ehtimali var xahis cavablandirasiz onceden tesekkurler

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Könül Abbasova Soruşur Yazılma Tarixi:02.03.2015 10:36:41

Qarabağ müharibəsi zamanı şəhid olmuş insanların siyahısını, kontaktlarını necə əldə etmək olar?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytının "Veteranlar və Şəhidlər" bölümündə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda aparılan döyüş əməliyyatlarında şəhid olanların, milli qəhrəmanların və veteranların siyahısı qeyd edilmişdir.
Cədvəldə sətir sayı :14890