Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Memmedov Ayaz Soruşur Yazılma Tarixi:10.03.2015 09:15:38

salam bagiwdayin narahat eliyirem mene yanvarin 14 u pabiska gelmisdi menim biaz bedenmde problem olduxu ucun meni esger aparmadilar qaldim aprele mene inistutdan voykomata senet verilse menim qalma ehtimalim var yoxsa aparacaxlar xais elirem bu sualima cvb yazasiz

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Əfqan Abışov Soruşur Yazılma Tarixi:10.03.2015 01:34:46

Salam, mən şikayətimlə baglı 15.08.2014 tarixində Ağstafa rayon hərbi komisarlığı tərəfindən Hosbitala gondərildim.Hosbitalin bildirdiyi rəy nə vaxt Ağstafa rayon hərbi komisarlığa bildiriləcək ? Qeyd edimki, mən 11.04.1996-ci il təvəllüdəm

Məlum olmuşdur ki, Siz 16.03.2015-ci il tarixdə hərbi qeydiyyat sənədləri ilə təmin olunmusunuz.
Konul Agayeva Soruşur Yazılma Tarixi:09.03.2015 23:55:14

Salam. Ilk once anonimliyimin qorunmasini rica edirem. 21 dekabr 1984-cu il tevelludlu Memmedov Elnur Vidadi oglu muxtelif qeyri-qanuni yollarla herbi xidmetden yayinir. Ister saxta xestelik senedi,isterse de rusvet yoluyla herbi xidmetden boyun qacirdir. Unvani Bulbul prospekti 94,Mescidin yaxinliginda yasayir.Istenilen elave melumat ucun elektron unvanima muraciet edin. Tesekkurler

Məlum olmuşdur ki, 1984-cü il təvəllüdlü Məmmədov Elnur Vidadi oğluna 08.04.2015-ci il tarixdə səhhət ilə əlaqədar Bakı şəhəri Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutuna müayinə olunması üçün göndəriş verilmişdir.
Dövlət səhiyyə müəssisəsi tərəfindən tərdib edilmiş "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı" Xidmətin Nəsimi rayon idarəsinə təqdim edildikdən sonra, E.V. Məmmədovun həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Miri M-ov Soruşur Yazılma Tarixi:09.03.2015 23:39:18

Salam.. 14b ve 17b statyasının izahını yazardızda zehmet olmasa. Minnetdaram..

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 14-cü maddəsinin "b" bəndinə "Üzvi ruhi pozuntular: mülayim dərəcədə ifadə olunmuş astenik, affektiv, dissosiativ, koqnitiv, şəxsiyyət pozuntuları müşayiət olunan hallar, eləcədə xoş gedişli psixotik hallar", 17-ci maddəsinin "b" bəndinə işə "Somotoform və streslə bağlı nevrotik pozuntular: mülayim dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan xəstəlik təzahürləri olduqda" aiddir.
Gulsum Agayeva Soruşur Yazılma Tarixi:09.03.2015 22:41:10

Salam sizi qardaşıma görə narahat edirəm. Onun bu il mayın 10unda 18 yaşı tamam olur.o, kollece imtahan verə bilər? Eger vere bilsə və girsə qiyabi götrəcək . əger qiyabi girib oxusa ve ya eyanide goturse onu herbi xidmetə apararlar?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
kazımov bəxtiyar Soruşur Yazılma Tarixi:09.03.2015 22:29:51

salam mənim mayın 10u 18 yaşım tamam olur . kollecə imtahan verə bilerem? Egər vere bilsem kollece qebul olsam və qiyabi götürmək istirem.qiyabi götürsem məni kolleci bitirməmiş hərbi xidmət cagirilaram ya yox?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rzayev Mehemmedeli Soruşur Yazılma Tarixi:09.03.2015 19:45:34

Salam. Men 2013-2014 tedris ilinde DSX akademiyasina qebul olunmaq ucun erize vermisdim. Merkezi herbi hekim komissiyasinin qerarina esasen gozumde miapiya xesteliyi oldugu askar olundu. 05.08.1997 tevellud 2015 ci il oktyabr ayi cagirisi ile herbi xidmete yola dusmeliyem. Men muddetli heqiqi herbi xidmete yararliyam yoxsa yox? Xahis edirem cavablandirasiniz. Tesekkurler

Çağırışçının göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyasınınn və ya akkomodasiyasının pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nurlan Eliyev Soruşur Yazılma Tarixi:09.03.2015 16:36:05

Salam.Xahis edirem sualimi cavablandirasiniz.Muddetden artiq herbi xidmete cagirilis dayandirilibsa yeniden cagirilis olacaqmi 2015 ci ilde.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Nicat Qurbanov Soruşur Yazılma Tarixi:09.03.2015 15:26:31

Salam.İlk öncə biz vətəndaşlara belə rahat şərait yaradıldıqına görə başda rəhbərlik olmaqla bütün əziyyəti olan şəxslərə minnatdarlıq bildirirəm. Sualım belədir mən hal hazırda ordu sıralarında zabit kimi xidmət edirəm (ehtiyyat zabit hazırlıq kursunu bitirmişəm 1 il 6 ay müqavilə ilə) . Mənim müqaviləm 2015 oktyabr ayında bitir. Bilmək isdəyirəm mən ehtiyyata buraxıldıqdan sonra sizin xidmətdə zabit kimi çalışa bilərəm? Təşəkkürlər sualım bu qədər.

Bildiririk ki, həqiqi hərbi xidmətinizi bitirdikdən sonra həqiqi hərbi xidmətə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur. Ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Əlavə olaraq bildiririk ki, S
əfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qədul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz  hazır olmalısınız.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
ilkin zahidov Soruşur Yazılma Tarixi:09.03.2015 10:49:41

salam men 11.02.1997 tevelludem herbi qeydiyyatdan kecmisem bilmek istiyirem ki harada herbi xidmeti kececem aprel ayinda herbi xidmete yola dusecem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897