Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüsal Ağazadə Soruşur Yazılma Tarixi:10.03.2015 15:08:24

Mən mart ayının 5-də sizə işə qəbulla əlaqədar məktub göndərmişəmş.Sizcə mənim işə qəbul olunma ehtimalım varmı və ya siz işə götürən zaman en çox nəyə üstünlük verirsiz?

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikasl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
ilkin Soruşur Yazılma Tarixi:10.03.2015 12:05:14

salam mənim 18 yaşım aprelin 3 tamam olur! mən bu il may 24 kecirilecek qəbul imtahaninda iştirak ede bilərəmmi? ve hansi sened lazımdır? birdə cağırıs idarəsindən hansı əsaslarla möhlət ala bilərəm,

Bildiririk ki, Sizin 03.04.2015-ci il tarixdə 18 yaşınız tamam olduğu üçün 2015-ci ilin aprel çağırışına cəlb edilirsiniz. Öyrənildikdən və tibbi şəhadətləndirildikdən sonra barənizdə rayon çağırış komissiyasında qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Novruz Mahmudov Soruşur Yazılma Tarixi:10.03.2015 11:17:24

Şəxsin hərbi xidmətə yararsız olması baradə çıxarılan qərar hansı müddətətə bu baradə şəxsə bildirilir?

Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfndən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətinə tanış edilir.
Mərkəzi Çağırış Komissiyası mübahisəli məsələlər barədə xüsusi yoxlama keçirərək 20 gün müddətində qərar qəbul etməlidir.
Memmedov Ayaz Soruşur Yazılma Tarixi:10.03.2015 09:15:38

salam bagiwdayin narahat eliyirem mene yanvarin 14 u pabiska gelmisdi menim biaz bedenmde problem olduxu ucun meni esger aparmadilar qaldim aprele mene inistutdan voykomata senet verilse menim qalma ehtimalim var yoxsa aparacaxlar xais elirem bu sualima cvb yazasiz

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Əfqan Abışov Soruşur Yazılma Tarixi:10.03.2015 01:34:46

Salam, mən şikayətimlə baglı 15.08.2014 tarixində Ağstafa rayon hərbi komisarlığı tərəfindən Hosbitala gondərildim.Hosbitalin bildirdiyi rəy nə vaxt Ağstafa rayon hərbi komisarlığa bildiriləcək ? Qeyd edimki, mən 11.04.1996-ci il təvəllüdəm

Məlum olmuşdur ki, Siz 16.03.2015-ci il tarixdə hərbi qeydiyyat sənədləri ilə təmin olunmusunuz.
Konul Agayeva Soruşur Yazılma Tarixi:09.03.2015 23:55:14

Salam. Ilk once anonimliyimin qorunmasini rica edirem. 21 dekabr 1984-cu il tevelludlu Memmedov Elnur Vidadi oglu muxtelif qeyri-qanuni yollarla herbi xidmetden yayinir. Ister saxta xestelik senedi,isterse de rusvet yoluyla herbi xidmetden boyun qacirdir. Unvani Bulbul prospekti 94,Mescidin yaxinliginda yasayir.Istenilen elave melumat ucun elektron unvanima muraciet edin. Tesekkurler

Məlum olmuşdur ki, 1984-cü il təvəllüdlü Məmmədov Elnur Vidadi oğluna 08.04.2015-ci il tarixdə səhhət ilə əlaqədar Bakı şəhəri Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutuna müayinə olunması üçün göndəriş verilmişdir.
Dövlət səhiyyə müəssisəsi tərəfindən tərdib edilmiş "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı" Xidmətin Nəsimi rayon idarəsinə təqdim edildikdən sonra, E.V. Məmmədovun həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Miri M-ov Soruşur Yazılma Tarixi:09.03.2015 23:39:18

Salam.. 14b ve 17b statyasının izahını yazardızda zehmet olmasa. Minnetdaram..

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 14-cü maddəsinin "b" bəndinə "Üzvi ruhi pozuntular: mülayim dərəcədə ifadə olunmuş astenik, affektiv, dissosiativ, koqnitiv, şəxsiyyət pozuntuları müşayiət olunan hallar, eləcədə xoş gedişli psixotik hallar", 17-ci maddəsinin "b" bəndinə işə "Somotoform və streslə bağlı nevrotik pozuntular: mülayim dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan xəstəlik təzahürləri olduqda" aiddir.
Gulsum Agayeva Soruşur Yazılma Tarixi:09.03.2015 22:41:10

Salam sizi qardaşıma görə narahat edirəm. Onun bu il mayın 10unda 18 yaşı tamam olur.o, kollece imtahan verə bilər? Eger vere bilsə və girsə qiyabi götrəcək . əger qiyabi girib oxusa ve ya eyanide goturse onu herbi xidmetə apararlar?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
kazımov bəxtiyar Soruşur Yazılma Tarixi:09.03.2015 22:29:51

salam mənim mayın 10u 18 yaşım tamam olur . kollecə imtahan verə bilerem? Egər vere bilsem kollece qebul olsam və qiyabi götürmək istirem.qiyabi götürsem məni kolleci bitirməmiş hərbi xidmət cagirilaram ya yox?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rzayev Mehemmedeli Soruşur Yazılma Tarixi:09.03.2015 19:45:34

Salam. Men 2013-2014 tedris ilinde DSX akademiyasina qebul olunmaq ucun erize vermisdim. Merkezi herbi hekim komissiyasinin qerarina esasen gozumde miapiya xesteliyi oldugu askar olundu. 05.08.1997 tevellud 2015 ci il oktyabr ayi cagirisi ile herbi xidmete yola dusmeliyem. Men muddetli heqiqi herbi xidmete yararliyam yoxsa yox? Xahis edirem cavablandirasiniz. Tesekkurler

Çağırışçının göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyasınınn və ya akkomodasiyasının pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14890