Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
azad babayev Soruşur Yazılma Tarixi:18.03.2015 15:25:00

salam.mene cagris gelib hekimlerden kecdin aprelin 1 aparillar ama men inustuta vermek isteyirem sahladmaq olar?

Bildiriirk ki, çağırış günü 18 yaşı tamam olmuş və heç bir möhlət hüququna malik olmayan vətəndaşlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
Bayramov Elnur Soruşur Yazılma Tarixi:17.03.2015 23:22:27

Salam. Menim sualim ondan ibaretdir ki, SHXCDX-de iwe qebul olunmaq ucun imtahan musabiqesi varmi? Eyer varsa bu haqda tam melumat almaq ucun haraya muraciet etmeliyem? Evvelceden tewekkurlerimi bildirirem..

Vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və  müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Orxan aliyev Soruşur Yazılma Tarixi:17.03.2015 21:23:33

Salam.Eshitdiyimize gore bu ilki yay texrislerini avqust ayinin evveli buraxacaqlar.bu ne derecede dogrudur?onceden teshekkur

Bildiririk ki, xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları ehtiyata yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək buraxılırlar.
Tağı-zade Baver Soruşur Yazılma Tarixi:17.03.2015 21:21:16

noyabrın 1 17 yaşım olucağ ama snayper ve sürücü kursuna yayda getmey istiyirem gede bilerem?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 17 yaşına çatmış vətəndaşların və çağrışçıların Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər.
Snayper xüsusi hərbi ixtisası üzrə hazırlıq kursları 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində  olan "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin  Bakı şəhərində yerləşən filiallarında təşkil edilir və bu  ixtisas üzrə hazırlığa yalnız müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar cəlb edilir.
 
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilir.
Sürücülük ixtisası üzrə hazırlıq kursları MMC-nin bir çox rayon (şəhər) filiallarında təşkil edilir.
Bu kurslara cəlb edilməniz üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə  və ya bölməsinə müraciət edə bilərsiniz.

ferid Soruşur Yazılma Tarixi:16.03.2015 22:35:47

salam xestelikler cedvelinin 66 b maddesine esasen herbi xidmete getmek mumkundurmu mualiceden sonra yaxsiliga dogru inkisaf var ise eyer tesekkurler

Funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan onuröa xəstəliklərində çağırışçılar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "b" bəndinin I qrafasının tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Möhlət hüququ bitdikdə, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Əlavə olaraq bildiririk ki, vətəndaşların 
vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür
Aziz Ibrahimov Soruşur Yazılma Tarixi:16.03.2015 21:57:50

Seferberlik ve herbi xidmete cagiris uzre dovlet xidmeti xetti ile suruculuk kursuna nece yazilmaq olar?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 17 yaşına çatmış vətəndaşların və çağrışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığını mütəmadi olaraq təşkil edir və keçirir.
Sürücülük kursları 
"Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında təşkil edilir və Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən hazırlığa cəlb edilən 17 yaşına çatmı. vətəndaşların, çağırışçıların hazırlığı dövlət büdcəsi hesabına, müddətli həqiqi hərbi xidmət keçmiş vətəndaşlar üçün isə ödənişli əsaslarla həyata keçirilir.
Müddətli həqiqi hərbi xidmət keçməyən və müəyyən tələblərə cavab verən vətəndaşlar sürücülük kurslarına cəlb edilmələri üçün hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
Müddətli həqiqi hərbi xidmət keçmiş vətəndaşlar isə ödənişli sürücülük kurslarına cəlb edilmələri üçün Xidmətin 
tabeliyində  olan "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qatdaşları 99 ünvanında yerləşən İcra Orqanına müraciət edə bilərlər.
Xeyal Cabarov Soruşur Yazılma Tarixi:16.03.2015 20:05:05

Salam men iyulda institu qurtariram men ne kadr zabit kimi herbi de qulluq elemey isteyirem bu munkundurmu

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Elxan Seyidli Soruşur Yazılma Tarixi:16.03.2015 19:53:08

Salam aleykum. bu il magistraturaya girenlere mohlet verilir?

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə maqistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Rəşad, Kərimov Soruşur Yazılma Tarixi:16.03.2015 15:29:37

Salam xidməti uyğunsuzluğun hüquqi əsasda nə mənası var? Bir orqandan digərinə gedəndəbunu əsas götürürlər. Deyirlər orda ciddi nöqsana yol vermisən. Amma deyəsən bilmirlər ki ciddi nöqsanlar o məcəllıdə dahaaydın yaxılıb. Xaiş edirik bu suala ətraflı cavab yazın. Biz sənədlərimizi hansısa orqana verende bu kimi əsaslar gətirənlərə nə cavab verək?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar
Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları aidiyyəti üzrə qulluq (xidmət) etmək istədikləri 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələri tərəfindən müəyyən edilir.
Rüstem Hüseynzade Soruşur Yazılma Tarixi:16.03.2015 13:57:09

Ata adı: Şöhret. Adım: Rüstem Soyadım: Hüseynzade. Doğum tarixi: 15.10.1996 cı il qeydiyatda olduğum yer Lenkeran rayonu. men ali tehsil almaq isteyirem ve bunun üçün may ayında tqdk imtahanına gire bileremmi? Herbiden çağırış gelmeyib ona görede may ayında imtahan vermek isteyirem olar imtahana gire bileremmi?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikaslnın 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14890